2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 2 530 ədəd yubiley, xatirə və investisiya pul nişanı satıb.
GDP xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Bildirilir: “Yubiley və xatirə pul nişanlarının satışı Prezidentin İşlər İdarəsinə məxsus “Azərsuvenir” MMC, investisiya pul nişanlarının satışı isə müəyyən edilmiş agent banklar vasitəsilə həyata keçirilib.”
QEYD: AMB ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizin tarixində ilk dəfə yüksək əyarlı yerli qızıldan hazırlanmış 1 troy unsiya (31.1 qr.), 1/2 troy unsiya (15.55 qr.), 1/4 troy unsiya (7.78 qr.) və 1/10 troy unsiya (3.11 qr.) çəkilərdə investisiya pul nişanlarını, eləcə də 10 troy unsiya (311 qr.), 5 troy unsiya (155.5 qr.) və 1 troy unsiya (31.1 qr.) çəkilərdə yubiley pul nişanlarını tədavülə buraxıb. Bu yubiley pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.