2024-cü ilin ikinci rübü ərzində maliyyə axınlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% və ya 4.2 mlrd. manat artaraq 26.5 mlrd. manat təşkil edib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi “Sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabtın”da məlumat verilib.
Bildirilir ki, 2024-cü ilin ikinci rübünün əvvəllərində maliyyə axınları ötən illərin (2018-2023) səviyyələrindən yuxarıda qərarlaşıb. (Şəkil 2).
İkinci rübün ilk ayı ərzində sahələrarası maliyyə axınları üzrə daxilolmalarda artım müşahidə edilmişdir. May ayının ortalarından başlayan sabitləşmə ayın sonunda azalma ilə əvəzlənmişdir. İyun ayının əvvəllərindən dinamika yuxarı doğru istiqamət alıb.