Close Menu
    What's Hot

    Brent neftinin qiyməti 97 dollara düşüb

    01 Oktyabr 2026

    Gümüşün qiyməti 61 dolları ötüb

    01 Oktyabr 2026

    PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

    30 Sentyabr 2026
    Trending
    • Brent neftinin qiyməti 97 dollara düşüb
    • Gümüşün qiyməti 61 dolları ötüb
    • PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
    • Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
    • ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
    • Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir
    • Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb
    • “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026
      Recent

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026

      Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək

      30 Sentyabr 2026

      Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

      29 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
      Recent

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026

      “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

      29 Sentyabr 2026

      AZAL Naxçıvan reyslərini təxirə saldı

      28 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » Azərbaycan bankları nə qədər mənfəət əldə edib neçə bankın gəliri azalıb?
    İqtisadiyyat

    Azərbaycan bankları nə qədər mənfəət əldə edib neçə bankın gəliri azalıb?

    16 İyul 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanda fəaliyyət göstərən 22 bank 2024-cü ilin yanvar -iyun ayları üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabatlara görə ölkədə ən çox mənfəət əldə edən bank ABB -dir belə ki, bu bank ABB 2024-cü ilin ilk 6 ayını 172.39 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2023-ci ilin ilk yarısı ilə müqayisədə 8.35 milyon manat artım deməkdir.

    Hesabat dövründə Bank “BTB” ASC, “Bank VTB (Azərbaycan)” ASC,”Bank of Baku” ASC,”AFB Bank” ASC, “Xalq” Bank” ASC-nin xalis mənfəəti azalıb.

    GDP bankların 2024-cü ilin yanvar iyun ayları ərzində əldə etdiyi xalis mənfəətin həcmini və dinamikasını təqdim edir.

    “Bank VTB (Azərbaycan)” ASC

    “Bank VTB (Azərbaycan)” ASC 2024-cü ikinci rübünü (yanvar-iyun) 4 milyon 720 min manat xalis mənfəət ilə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqaisədə 1 milyon 27 min manat və ya 17.8% azdır. 2023 cü ilin ilk 6 ayı ərzində “Bank VTB (Azərbaycan)” ASC 5 milyon 747 min manat xalis mənfəət əldə edib. Bank dövr ərzində mənfəət vergisi ödəməyib.

    “Yapı Kredi Bank Azərbaycan” 

    “Yapı Kredi Bank Azərbaycan” QSC 2024-cü ilin ikinci rübündə 4.4 milyon manat mənfəətəldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 22% artımın göstəricisidir. Bankın öhdəlikləri illik müqaisədə 13 milyon 366,36 min manatdan 17 milyon 561,79 min manata qədər artıb.

    “Kapital Bank” ASC

    2024-cü ilin 1-ci yarısında Kapital Bankı-ın xalis mənfəəti 123,9 milyon manat olub ki, bu da keçən ilin eyni dövründəki 146.7 milyon manatla müqayisədə 15% azalmanın göstəricisidir. Bankın cəmi aktivləri son bir ildə 25% artaraq 9 milyard 984.5 milyon manat.

    ABB ASC

    ABB 2024-cü ilin ilk 6 ayını 172.39 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2023-ci ilin ilk yarısı ilə müqayisədə 8.35 milyon manat artım deməkdir. Bank 2023-ci ilin eyni dövrünü 164,04 milyon manat xalis mənfəətlə bağlamışdı.

    Bank Respublika

    “Bank Respublika”ın xalis mənfəəti 2024-cü ilin II rübü ərzində illik müqaisə 49% artaraq 26,26 milyon manat təşkil edib. Bankın xalis əməliyyat mənfəəti 52% artaraq 33,386 milyon manata çatıb.

    “Unibank KB” ASC-nin

    Unibank KB ASC-nin 2024-cü ilin ilk 6 ayında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq,11,5 milyon manat təşkil edib. “Unibank”ın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 140 milyon manat artaraq, bu ilin ikinci rübünün yekununda 1 milyard 245 milyon manat təşkil edib.

    Azər Türk Bank

    “Azər Türk Bank”ın 01 iyul 2024-cü il tarixinə 13,5 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90% çoxdur. Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 76% artaraq 1,5 milyard manat olub.

    “AccessBank” QSC

    “AccessBank” QSC 2024-cü 2-ci rübündə 27 milyon 197 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 7 milyon 728 min manat və ya 39,7% daha çoxdur.

    “Premium Bank”

    “Premium Bank” ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 5 milyon 673 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 112 min manat xalis mənfəət ilə bağlamışdı.

    “Expressbank” ASC 

    “Expressbank” ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 6 milyon 19 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ilin eyni dövrünü 6 milyon 320 min manat olub ki, bu da bankın mənfəətinin 301 min manat və ya 4,8% azaldığının göstəricisidir. Xalis mənfəətin cüzi azalması ehtiyata ayrılan vəsaitin artırılması ilə əlaqədardır.

    “Bank of Baku” ASC

    “Bank of Baku” ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 11 milyon 9 min manat xalis mənfəət ilə başa vurub ki bu da xalis mənfəətin ötən ilin müvafiq dövrü ilə müqaisədə 5,4 milyon və ya 35% azalmasının göstəricisidir. Bank ötən ilin eyni dövrünü 17 milyon 44 min manat xalis mənfəət ilə bağlamışdı.

    “Ziraat Bank Azərbaycan” ASC

    “Ziraat Bank Azərbaycan” ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 8 milyon 129 min manat xalis mənfəət ilə başa vurub ki, bu da illik müqaisədə bankın məfəətinin 4 milyon manat və ya  2 dəfə artmasının göstəricisidir. Bank ötən ilin eyni dövrünü 4 milyon 129 min manat xalis mənfəət ilə bağlamışdı.

    “PAŞA Bank” ASC

    “PAŞA Bank” ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 119 milyon 60 min manat xalis mənfəət ilə başa vurub ki, bu da illik müqayisədə 21 milyon 954 min manat və ya 22,6% artımın göstəricisidir. Bank ötən ilin eyni dövrünü 97 milyon 106 min manat xalis mənfəət ilə bağlamışdı.

    “Rabitəbank” ASC

    “Rabitəbank” ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 10 milyon 596 min manat xalis mənfəət ilə başa vurub. “Rabitəbank”ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 214 min manat və ya 2,1% artıb. Bank ötən ilin eyni dövrünü 10 milyon 382 min manat xalis mənfəət ilə bağlamışdı.

    “AFB Bank” ASC

    “AFB Bank” ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 634 min manat xalis mənfəət ilə başa vurub. “AFB Bank “ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 861 min manat və ya  88,5% azalıb. Bank ötən ilin eyni dövrünü 5 milyon 495 min manat xalis mənfəət ilə bağlamışdı.

    “Yelo Bank” ASC

    “Yelo Bank” ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 25 milyon 19 min manat xalis mənfəət ilə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyon 295 min manat və ya təximən 3 dəfə artımın göstəricisidir. Bank 2023-cü ilin eyni dövrünü 8 milyon 724 min manat xalis mənfəət ilə bağlamışdı.

    “Bank Avrasiya” ASC

    “Bank Avrasiya” ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 1 milyon 54 min manat xalis mənfəət ilə başa vurub.”Bank Avrasiya”nın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 218 min manat və ya 2,1 dəfə azalıb.Bank 2023-cü ilin eyni dövrünü 2 milyon 273 min manat xalis mənfəət ilə bağlamışdı.

    “Turan Bank” ASC

    “Turan Bank” ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 852 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 14 milyon 786 min manat xalis zərər ilə bağlamışdı. 2024 cü il ərzində “Turan Bank” xalis mənfəət ilə fəaliyyət göstərir.

    “Xalq” Bank” ASC

    2024-cü ilin II rübünün sonuna “Xalq” Bank” ASC-nin xalis mənfəəti 34 milyon 003.180 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə bankın əldə etdiyi mənfəətdən 3 milyon 910.620 min manat və ya 10.3% azdır. Bankın 2023 cü ilin ikinci rübündə xalis mənfəəti 37 milyon 913.800 min manat olub.

    ASB (Azərbaycan Sənaye Bankı)

    ASB (Azərbaycan Sənaye Bankı) 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 2 milyon 899 min manat xalis mənfəət ilə başa vurub. ASB-nin xalis mənfəəti 2024-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 920 min manat və ya 46,5% artıb. Bank 2023-cü ilin eyni dövrünü 1 milyon 979 min manat xalis mənfəət ilə bağlamışdı.

    “Bank Avrasiya” ASC

    “Bank Avrasiya” ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 1 milyon 54 min manat xalis mənfəət ilə başa vurub. “Bank Avrasiya”nın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 218 min manat və ya 2,1 dəfə azalıb. Bank 2023-cü ilin eyni dövrünü 2 milyon 273 min manat xalis mənfəət ilə bağlamışdı.

    Bank “BTB” ASC

    Bank “BTB” ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 226 min manat xalis mənfəət ilə başa vurub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 83 min yaxud 2.6% azdır. Bank 2023-cü ilin ilk yarısını 309 min manat xalis mənfəət ilə bağlamışdı.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

    29 Sentyabr 2026

    “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

    29 Sentyabr 2026

    AZAL Naxçıvan reyslərini təxirə saldı

    28 Sentyabr 2026

    Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

    28 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.