İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşlarının könüllü tibbi sığortası və balansındakı avtonəqliyyat vasitələrinin KASKO sığortası üzrə elan etdiyi açıq tenderlərə yekun vurub.
GDP xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən hər iki tenderin qalibi “Meqa Sığorta” şirkəti olub. Tenderin nəticələrinə əsasən “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” Publik Hüquqi Şəxs ilə “Meqa Sığorta” ASC arasında müvafiq sığorta müqavilələrinin bağlanması nəzərədə tutulur.