Dövlət büdcəsi gəlirlərinin 15270,0 milyon manatı və ya 42,0 %-i vergilər və rüsumlar üzrə daxilolmaların payına düşür.
GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında məlumat verilib.
Bildilir ki, vergi və rüsumlar üzrə daxilolmaların məbləği 15270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin ilkin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1% çoxdur. Qeyd olunan vəsaitin 4580,0 milyon manatı və ya 30,0 faizi neft-qaz sektorunun, 10690,0 milyon manatı və ya 70,0%-i isə qeyri-neft/qaz sektorunun payına düşəcəkdir.