Close Menu
    What's Hot

    “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib

    01 Oktyabr 2026

    Brent neftinin qiyməti 97 dollara düşüb

    01 Oktyabr 2026

    Gümüşün qiyməti 61 dolları ötüb

    01 Oktyabr 2026
    Trending
    • “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
    • Brent neftinin qiyməti 97 dollara düşüb
    • Gümüşün qiyməti 61 dolları ötüb
    • PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
    • Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
    • ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
    • Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir
    • Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026
      Recent

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026

      Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək

      30 Sentyabr 2026

      Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

      29 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
      Recent

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026

      “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

      29 Sentyabr 2026

      AZAL Naxçıvan reyslərini təxirə saldı

      28 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » Hər hansı şəxs gəlirdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilər ?- İLQAR ƏSƏDOV ŞƏRH EDİR
    Bu günün xəbərləri

    Hər hansı şəxs gəlirdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilər ?- İLQAR ƏSƏDOV ŞƏRH EDİR

    30 İyul 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

    Bəs gəlirdən tutulmayan vergini (əmlak, torpaq, mədən, ƏDV və s.) 2 dəfə və ya daha artıq ödəmək məcburiyyətimiz ola bilərmi ?

    Aydındır məsələdir ki, yox, amma gördüyümüz kimi mövcud maddə 9 dövlət vergisi və eləcə də onların hesablanmasına əsas vermiş bütün halları əhatə etmir.

    İndi isə yuxarıdakı maddənin fonunda dövlətimizin vergiqoyma və vergitutma siyasəti ilə bağlı bir hüquqi məsələni qələmə alaq. Məsələ isə yol vergisi olacaqdır.

    Beynəlxalq tətbiqata baxdığımız zaman yol vergisinin müxtəlif ölkələrdə müxtəlif məqsədlər üçün tutulduğunu müşahidə edirik. Ümumi mahiyyətində yol vergisi yollardan istifadə, daha açıq şəkildə desək onlardan istifadə zamanı onların faydalı ömrünün azaldılması səbəbi ilə tutulmaqdadır.

    Yol vergisinin benzinin, dizelin, maye qazın tərkibinə daxil edilməsi bəzi şəxsləri yanlışlıqla yol vergisinin adı çəkilən neft məhsullarının daxili yanma mühərriklərində yandırılmaqla atmoseferə buraxılmış zərərli qazlara görə ödənildiyi fikrinə sürükləyir. Lakin bu belə deyildir. Beləki atmosferə atılmış zərərli qazlara görə həmin neft məhsullarından istifadə zamanı siz artıq daha öncədən məhsulun tərkibinə daxil edilmiş aksiz vergisini ödəyirsiniz.

    Yol vergisinin məhz bu cür ödənilməsinə 2015-ci ildən başlanılmışdır. Bildirim ki, həmin vaxta qədər bu vergi yanacağın tərkibinə daxil edilmirdi və hər bir avtomobil nəqliyyatı üçün ayrıca ödənilirdi. Sonrakı tətbiqat isə “Daha çox sürən daha çox yolu korlayır deyə daha çox vergi ödəsin” prinsipini, hansıki daha ədalətli yanaşma hesab edilir, həyata keçirməyə imkan verdi.

    Lakin bununla belə Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri də ölkəmizdə qaldıqları günlərin sayından, nəqliyyat vasitəsinin texniki göstəriciləri və daşıdıqları yüklərin təhlükəli olub olmamasından asılı olaraq yol vergisinə cəlb edilirlər.

    Nəzərə almaq lazımdır ki, həmin nəqliyyat vasitələri də digər avtomobillər kimi ölkəmizdəki yanacaq doldurma məntəqələrindən yanacaq alıb istifadə edirlər. Beləliklə həmin şəxslər istifadə edəcəkləri yollara görə həm gömrük nəzarət orqanlarından keçərkən həm də ölkə ərazisində hərəkət edərkən vergi ödəmiş olurlar. Bu da şəxsin eyni səbəblə bağlı birdən artıq dəfə vergi ödəməsi anlamına gəlir.

    Çox təəssüf ki, bu məsələ qanunverici və icraedici hakimiyyət orqanlarının diqqətindən yayınmış, yaxud lazımınca diqqətə alınmamışdır.

    Məsələnin ədalətli həllinə nail olmaq üçün həmin nəqliyyat vasitələrinin ölkə ərazisini tərk edən zaman ölkə ərazisində alınmış yanacaqlara görə ödənilmiş yol vergisinin nəzərə alınması və (və ya) geri qaytarılması mexanizminin işlənməsinə ehtiyac vardır.

    Başqa bir məsələ Məcəllənin sürətlə inkişaf edən avtomobil sənayesinin yeni məhsullarına hazır hala gətirilməsidir. Artıq tam elektrik mühərriki ilə işləyən avtomobillərin mövcudluğu hər birimizə məlumdur. Son illərdə belə avtomobillərin ölkəmizə idxalının artması yeni bir sual yaradır :

    Belə avtomobillər benzin, dizel və maye qaz işlətmədiyi üçün onları necə vergiləyək, axı onlar da digər avtomobillər kimi yolları aşınmaya məruz qoyurlar ?

    Bu sual dövlətin vergi siyasəti ilə bağlı qarşıya qoymalı olduğu prioritet məsələlərdən biri olmalıdır.

    Son olaraq bildirim ki, ödəyicilərdən toplanmış yol vergisi yeni yolların çəkilməsi, təmiri, bərpası, hərəkət sıxlığının azaldılması və ətraf mühitin mühafizəsi istiqamətində xərcləndiyi zaman öz ümdə mahiyyətini qorumuş olur.

    Müəllif: İlqar Əsədov vergi mütəxəssisi

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

    29 Sentyabr 2026

    “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

    29 Sentyabr 2026

    AZAL Naxçıvan reyslərini təxirə saldı

    28 Sentyabr 2026

    Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

    28 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.