Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasına yeni sədr və üzvlər seçilib.
GDP xəbər verir ki, bu vəzifəyə Azərbaycan Mərkəzi Bankının (AMB)baş direktoru Gülər Paşayeva təyin olunub.
O, sözügedən vəzifədə Mərkəzi Bankın baş direktoru Toğrul Əliyevi əvəz edib. Bundan başqa Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasına Mərkəzi Bankdan daha bir təyinat isə Şuranın sədr müavini Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadədir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının üzvləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev, Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Sadiq Əliyev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aparatının Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri Rövşən Allahverdiyevdir.
Qeyd edək ki, Fond ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı Direktor tərəfindən idarə olunur. Fondun Himayəçilik Şurası yeddi nəfərdən ibarətdir. Himayəçilik Şurasının tərkibinə Mərkəzi Bankın iki nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.