Sektor müdiri / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / Risklərin idarəolunması sektoru
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər:
* Cəmiyyətin Risk Siyasətinin formalaşdırılması, tətbiq olunması və onun təkmilləşdirilməsini təmin etmək;
* Cəmiyyətin biznes proseslərinin təhlil olunması və risklərin idarəolunması sisteminin qurulmasını təmin etmək;
* Risklərin idarəolunması alətlərini tətbiq etməklə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi; prioritetləşdirilməsi və onlara qarşı tədbirlərin görülməsini təmin etmək;
* Risk reyestrinin hazırlanması, mövcud risklərin mütəmadi nəzərdən keçirilməsi və onun daimi yenilənməsini təmin etmək;
* Risklərin idarəolunmasında biznes proseslərin dəyişkənliyi baxımından təhlillərin aparılması və müvafiq tədbirlərin görülməsini təmin etmək;
* Risklərin müəyyən olunması və analizi proseslərində struktur bölmələrlə qarşılıqlı kommunikasiyanın təmin olunması;
* Risklərin idarəolunması sahəsində beynəlxalq standartları tətbiq etmək;
* Cəmiyyətdə risk əsaslı yanaşma mühitinin formalaşdırılmasını və təşviq olunmasını təmin etmək;
* Risklərin idarəolunması sisteminin təkmilləşdirilməsi və onun işləkliyini təmin etmək;
* Risklərin idarəolunması sektorunun məqsədlərinə nail olunması istiqamətində zəruri tədbirlər görmək;
* Risklərin idarəolunması sektorunun fəaliyyətinini təşkil etmək və fəaliyyətə dair hesabatlılığı təmin etmək;
* Rəhbərliyin Risklərin idarəolunması və qanunvericlik aktlarına uyğun verdiyi göstəriş və tapşırıqları tam və vaxtında icra olunmasını təmin etmək;
* Risklərin idarəolunması sistemi çərçivəsində komanda işinin təşviq olunmasını təmin etmək;
* Risklərin idarəolunması sisteminin tətbiqi zamanı nəticəyönümlü qərarların alınmasını təmin etmək;
* Risklərin müəyyən olunması zamanı ortaya çıxan problemlərin həlli istiqamətində zəruri tədbirlər görmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
* Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis və rus dilləri arzuolunandır;
* Yüksək riyazi analiz qabiliyyəti və analitik düşünmə, Risk əsaslı yanaşma;
* Peşəkar MS Excel, 1C, ERP proqramları üzrə biliklər;
* Ezamiyyətlərə getməyə hazır olmalı;
* ACCA, CIA, CRMA və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür.
Tələb olunan təhsil və iş təcrübəsi:
* Ali təhsil (Mühasibat uçotu və audit, İqtisadiyyat, Maliyyə ixtisaslar üzrə);
* Müvafiq sahə üzrə minimum 5 il, Risklərin idarəolunması sahəsi üzrə 3 il iş təcrübəsi.
İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı müsahibə əsnasında təyin olunur.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.