Azərbaycanda “Instagram” və “Telegram”da narkotik satışı ilə məşğul olan 148 səhifə bağlanıb.
GDP xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayımlayıb.
Bildirilir ki, İnstaqramda 117 səhifə, Telegramda 31 kanal bloklanıb.
Sosial şəbəkələrdə narkotik satışı ilə məşğul olan bir sıra səhifələrin administratorları da həbs edilib: Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin.