“Norm” ASC 2023-ci ilin audit olunmuş maliyyə nəticələrinə dair hesabatı bölüşüb.
Nəticələr göstərir ki, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib.
GDP xəbər verir ki, “Norm” ASC-də satış gəliri 11% artaraq 226 milyon AZN təşkil edib, ümumi gəlir isə 21,1% artaraq 109 milyon AZN-yə çatıb. Əməliyyat mənfəəti 8,1 milyon manat, yəni 14,6% artaraq 63,5 milyon manata, vergidən əvvəlki mənfəəti isə 31% artaraq 66,8 milyon manata çatıb.
“Norm” ASC-nin Baş Maliyyə Direktoru Elvin Mirzəyev bildirib ki, şirkət 2023-cü ildə
fəaliyyətini uğurla davam etdirib və həm gəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub. O, həmçinin qeyd edib ki, şirkət ötən il yüksək məbləğdə – 14 milyon AZN-dən çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyən müəssələrindən biri olub.
Şirkətin Baş İcraçı Direktoru Henning Sasse “Norm” ASC-nin sement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunu vurğulayıb: “Biz hal-hazırda tikinti materialları seqmentində genişlənməyi hədəfləyirik və beynəlxalq konsultantlarla bu layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanır. Həmçinin, şirkətimiz bu il Azərbaycan Sement İstehsalçıları Assosiyasının üzvləri ilə “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub. Assosiasiya üzvləri və Avropa Sement Tədqiqatı Akademiyası (ECRA) ilə birlikdə Azərbaycanın sement və beton
sənayesində karbon emissiyalarının azaldılmasına dair Xalis Sıfır Yol Xəritəsinin hazırlanması istiqamətində aktiv işləyirik. Hədəfimiz Yol Xəritəsini yekunlaşdırıb, COP29 tədbirində ictimaiyyətə təqdim etməkdir”.
Trending
- Azərbaycan iqtisadiyyatı fevral ayında 0.3% ARTIB
- Tramp administrasiyası neft ehtiyatlarından rekord həcmdə atılmanı dəstəkləyib – KİV
- Citibank, Standard Chartered və HSBC Yaxın Şərqdə fəaliyyətini dayandırdı: Dubayda 100.000 dollarlıq məhdudiyyət və İran təhlükəsi
- İran hakerləri ABŞ-ın tibb şirkətinə hücum etdi
- YouTube 62 milyard dollarla ənənəvi medianı geridə qoydu
- Tramp neft ehtiyatlarından istifadə edəcəyini açıqlayıb: Qiymətlər 93 dollara yüksəlib
- Bakı Fond Birjasının rəhbəri Ruslan Xəlilov, ABŞ-da Azərbaycanın iqtisadi və maliyyə gələcəyinə dair panel müzakirələrində iştirak edib
- Bank Respublika-nın rəhbərliyi növbəti dövr üçün prioritetlər, gözləntilər və qarşıdakı planlar barədə komanda ilə fikir mübadiləsi aparıb

