“PAŞA Həyat” tərəfindən Korporativ Həyat Sığortası üzrə sığortalanmış və xərçəng xəstəliyinin II mərhələsi diaqnozu qoyulmuş şəxsə kritik xəstəlik təminatına əsasən 50 000 AZN həcmində sığorta ödənişi edilmişdir.
GDP -nin məlumatına görə, şirkətin yaydığı məlumatda qeyd edilib ki, şirkət tərəfindən korporativ həyat sığorta növü üzrə bugünədək 1 mln. 695 min manatdan artıq ödəniş həyata keçirilmişdir.
“PAŞA Həyat” şirkətinin təqdim etdiyi Korporativ Həyat Sığortası şirkət işçilərini xərçəng daxil olmaqla, kritik xəstəliklərdən və bədbəxt hadisələrdən qoruyan sığorta növüdür.