Azərbaycan iyulda OPEC+ kvotasından sutkada 61 min barel geri qalıb.
GDP xəbər verir ki, bu barədə S&P Global Commodity Insights məlumat yayımlayıb.
Bu dövrdə ölkədə neft hasilatı sutkada 551 min barel kvota ilə 490 min barel təşkil edib.
Azərbaycanın Energetika Nazirliyi bildirir ki, iyulda ölkədə orta gündəlik neft hasilatı 483,82 min barel, kondensat isə 122,584 min barel təşkil edib.