Noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq çərçivəsində informasiya-kommunikasiya texnologiyaları (İKT) sistemlərinin texniki sınaqları mərhələsinə start verilib.
GDP xəbər verir ki,bu barədə Azərbaycanın COP29 əməliyyat şirkəti məlumat yayıb.
Konsepsiya sübutu – PoC sınaqları avqustun 19-da Bakı Olimpiya Stadionunda Azərbaycan Əməliyyat Şirkəti COP29 və UNFCCC (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) nümayəndələrinin iştirakı ilə başlayıb.
Üç həftə davam edəcək sınaqda konfrans zamanı istifadə olunan şəbəkələrin təhlükəsizliyi və effektivliyi yoxlanılacaq. Həmçinin akkreditasiya prosesinin simulyasiya testləri və kibertəhlükəsizlik auditi keçiriləcək.
PoC mərhələsi sentyabrın 8-də başa çatacaq, bundan sonra İKT infrastrukturunun COP29 konfransına hazırlığı qiymətləndiriləcək.