Mərkəzi Bank tərəfindən Sabirabad rayonunda vətəndaşların səyyar qəbulu həyata keçirilib.
GDP xəbər verir ki, maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Mərkəzi Bank tərəfindən görülən mütəmadi tədbirlərin davamı olaraq 20.08.2024-cü il tarixində Sabirabad rayonunda vətəndaşların səyyar qəbulu həyata keçirilib.
Məlumata görə, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilərək müvafiq izahatlar verilmiş, bəzi məsələlər yerindəcə öz həllini tapmışdır. Əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşlara ərizə tərtib etmələri üçün dəstək göstərilib.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.