Daşkənddə keçirilən II Mərkəzi Asiya Neft-Qaz Forumunda ABB Invest-in icraçı direktoru Nadir Babazadə spiker kimi çıxış edib.
GDP xəbər verir ki, Nadir Babazadə neft-qaz layihələrinin maliyyələşdirilməsində kapital bazarlarının rolu, uzunmüddətli maliyyə resurslarının cəlbi imkanları və beynəlxalq təcrübə barədə danışıb.
O, Azərbaycanın xarici bazarlardan maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində təcrübəsini də forum iştirakçıları ilə bölüşüb.

