Bazar ertəsi neftin dünya bazarlarında qiyməti ucuzlaşır.
GDP xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı “Qrem qanunu”nda nəzərdə tutulan məhdudlaşdırıcı tədbirləri tətbiq etməmək qərarından sonra dünya bazarına Rusiya yanacağının tədarükünün artacağına dair gözləntilərdir.
Ötən cümə günü Donald Tramp Konqresə Rusiyaya və onun enerji resurslarının əsas alıcılarına qarşı yüksək gömrük rüsumlarının tətbiqini nəzərdə tutan sanksiyaların qüvvəyə minməsini dayandırdığını bildirib.
Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Londonun ICE Futures birjasında dekabr ayı üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki ticarət sessiyasının bağlanış göstəricisi ilə müqayisədə 1,95 dollar və ya 1,77% azalaraq bir barel üçün 107,91 dollar təşkil edib.
Eyni zamanda, Nyu-York Əmtəə Birjasının elektron hərraclarında noyabr ayı üzrə WTI markalı neftin fyuçerslərinin qiyməti 1,27 dollar və ya 1,25% azalaraq bir barel üçün 100,14 dollara enib.

