ABB Bakıda ilk Məşvərət Şurasının iclasını keçirib.
GDP xəbər verir ki,bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Məşvərət Şurasının üzvləri sırasına bankçılıq, transformasiya, rəqəmsal maliyyə xidmətləri, texnologiya və müştəri təcrübəsi sahələrində beynəlxalq təcrübəyə malik Sezgin Lule, Erkin Aydin, Sonjoy Phukan və Yigit Caglayan daxil olublar.
İclasda ABB-nin rəhbər komandası, Qrupa daxil olan şirkətlərin baş icraçı direktorları, həmçinin McKinsey & Company və Mastercard Advisory-nin nümayəndələri iştirak ediblər.
Gün ərzində ABB-nin inkişafının növbəti mərhələsi ilə bağlı müzakirələr aparılıb. Gündəliyə süni intellekt və texnologiyalar, “beyond banking” yanaşması, ödəniş innovasiyaları və rəqəmsal aktivlər, regional genişlənmə, Özbəkistanda ABB Davr Bank-ın gələcək inkişafı, eləcə də sərvətlərin idarə edilməsi məsələləri daxil olub.
Abbas İbrahimov qeyd edib ki, Məşvərət Şurasının əsas məqsədi ABB-nin strateji müzakirələrinə müstəqil baxış, beynəlxalq təcrübə və konstruktiv yanaşma gətirməkdir. Onun sözlərinə görə, bu platforma bankın mövcud yanaşmalarını sınaqdan keçirməyə, ABB-yə fərqli perspektivlərdən baxmağa və hansı istiqamətlərdə daha sürətli irəliləməyin vacib olduğunu müəyyənləşdirməyə imkan verəcək.
ABB rəhbəri vurğulayıb ki, bankın inkişafının yeni mərhələsində kənar və müstəqil baxış daha əsaslandırılmış strateji qərarların qəbulunda mühüm rol oynayacaq








