ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı rəsmi məlumatlara görə, ötən həftə sonuna olan kommersiya xam neft ehtiyatları proqnozları üstələyərək kəskin artım qeydə alıb.
GDP xəbər verir ki, hesabata əsasən, ehtiyatlar həftəlik 2,998 milyon barel yüksələrək 3 milyon barelə çatıb. Bu, analitiklərin orta hesabla 1,9 milyon barel azalma gözləntisinə tamamilə ziddir. Qeyd edək ki, bir həftə əvvəl ehtiyatlar 3,775 milyon barel azalmışdı.
Bazar iştirakçıları hasilatın azaldılması tendensiyasının davam edəcəyini ehtimal etsə də, açıqlanan rəqəmlər gözləniləndən xeyli zəif çıxıb. Ekspertlər hesab edir ki, bu, fiziki bazarda təklifin hələ də tələbi üstələdiyini göstərir. Məlumata baxmayaraq, OPEC+ ölkələrinin hasilatı ixtisar etməsi hazırda bazarda yaranmış bu artıqlığı tam kompensasiya edə bilmir.

