- Rəsmi medianın məlumatına görə, Saudi Aramco təhlükəsizliyi və davamlı tədarükü təmin etmək üçün bəzi neft daşımalarını Yanbu limanına yönləndirir
- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- “Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov fond bazarının əsas iştirakçıları ilə görüş keçirib. GDP xəbər verir ki,görüşdə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbərləri iştirak ediblər. Tərəflər 2023-cü ildə kapital bazarlarında əldə edilən nəticələri və investisiya şirkətlərinin fəaliyyətini müzakirə ediblər. Eyni zamanda, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində kapital bazarlarının inkişafı istiqamətində görülən işlər və bu bazarların dayanıqlılığının artırılması üçün irəli sürülən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildiyimiz kimi, Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. GDP xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Anar Rəhim oğlu Əliyev kimdir? 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb. 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında…
Eldəniz Verdiyev “Yelo Bank”da Kreditlərin Bərpası üzrə Baş direktor vəzifəsinə təyin olunub. GDP xəbər verir ki, bundan öncə o, İdarə Heyəti sədrinin müşaviri kimi fəaliyyət göstərib.O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadi münasibətlər üzrə həm bakalavr, həm də magistr təhsilinə malikdir. Uzun illər ərzində kreditlərin bərpası-maliyyə restrukturizasiyası və risklərin idarəedilməsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Əgər ABŞ silahlanma proqramını tam şəkildə yenidən qurmağa başlamazsa “növbəti müharibədə” məğlub olacaq. GDP xəbər verir ki, bu fikri milyarder Elon Musk sosial şəbəkədə bildirib. Musk qeyd etdi ki, Amerika silahlanma proqramlarını tamamilə dəyişdirməlidir, çünki hazırkı strategiya “dünənki müharibə” üçün yüksək qiymətə az miqdarda silah istehsalından ibarətdir. “Əgər dərhal və köklü dəyişikliklər edilməsə, Amerika növbəti müharibədə böyük bir məğlubiyyətə uğrayacaq”, — deyə sahibkar yazıb. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin gələn 30 il ərzində ildə 40 milyard dollar xərcləyərək 364 gəmi almağı planlaşdırdığını, halbuki bu vəsaiti 10 min pilotsuz təyyarə (dron) almağa yönəldərək “bütün dünyanı onlarla örtmək” olar olduğunu qeyd edən…
Sahil Babayevin Azərbaycanın Maliyyə naziri təyin edilməsi, bir sıra mühüm məsələlərə işarə edir. Babayev, uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi fəaliyyət göstərib və ölkənin sosial siyasətinin idarə edilməsində təcrübə qazanıb. 2025-ci ilin büdcəsi, həm daxili iqtisadi şərtlər, həm də qlobal maliyyə bazarlarındakı qeyri-sabitlik səbəbindən çətin hesab olunur. Bu, Maliyyə Nazirliyindən və hökumətdən daha ehtiyatlı və strateji yanaşmalar tələb edir.Bu təyinat, Sahil Babayevin maliyyə sahəsində də geniş bir təcrübəyə sahib olacağına dair ümidlər yaradır. Amma eyni zamanda, 2025-ci ilin büdcəsi icrası çətin büdcə hesab olunduğundan, Babayevin bu büdcəni necə idarə edəcəyi böyük sual olaraq qalır. 2025-ci ilin büdcəsi,…
Avropa Birliyi, çörək, çörək məmulatları, makaron məhsulları, emal edilmiş kartof məhsulları, pendir, süd məhsulları, meyvə və tərəvəz kompotları kimi məhsulların hər 100 qramında 4 qrama qədər qurd (mealworm) istifadəsinə icazə verir. GDP xəbər verir ki, bu qərarı Ursula fon der Leyen şəxsən imzalayıb. Bu qərar, alternativ zülal mənbələrinin istifadəsini genişləndirmək və ətraf mühitə daha az təsir göstərən qida istehsalına dəstək vermək məqsədi daşıyır. Quruda qurdlar yüksək zülal və digər faydalı maddələrə malik olduğu üçün onların qida sənayesində istifadəsi getdikcə daha çox yayılır. Bu tədbir, həmçinin davamlı qida istehsalına doğru atılmış bir addım kimi qiymətləndirilir.
Çin məhsullarına 10% rüsum tətbiq edilərkən, Meksika üçün bu göstərici 25% səviyyəsində müəyyən olunub. Kanada isə energetika resurslarına 10%, digər məhsullara isə 25% gömrük rüsumları tətbiq edəcək. Meksika prezidenti Şeynbaum, Trampın qərarına cavab olaraq, ölkəsinin iqtisadi maraqlarını müdafiə etmək üçün tarif və qeyri-tarif məhdudiyyətləri daxil olmaqla müxtəlif qarşı tədbirlər görəcəyini bildirib. Kanada baş naziri Cüstin Tryudo isə ABŞ-a qarşı cavab olaraq gömrük rüsumları tətbiq edərək, eyni zamanda ABŞ-a enerji resurslarının tədarükünü dayandırmaq ehtimalını açıqlayıb. ABŞ Prezidenti Donald Tramp, Kanadadan, Çindən və Meksikadan idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq etmək barədə sərəncam imzalayıb. Çin məhsullarına 10% rüsum tətbiq edilərkən, Meksika…
Minimum əməkhaqqının və bir sıra sahələrdə əməkhaqları ilə yanaşı, müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur. GDP xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində minimum pensiya artımı da təmin edilib. Dövlətimizin başçısının təsdiqlədiyi yeni qanunla 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz və ya 40 manat artırılaraq 320 manata çatdırılıb. Beləliklə, 2025-ci il fevralın 1-dək məbləği 320 manatdan aşağı olan bütün pensiyalar pensiyaçının hər hansı müraciətinə ehtiyac qalmadan…
Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci il tarixli və “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanlarına dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda sahibkarların 2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-nə qədər banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiya veriləcək. İndiyə qədər subsidiyanın verilmə müddəti ötən ilin sonuna qədər alınmış kreditləri əhatə edirdi. Subsidiyanı İpoteka və Kredit Zəmanət Fondu ödəyir.
İngiltərə Bankı, fevral ayı iclasının nəticəsi olaraq əsas faiz dərəcəsini 25 bənd azaldıb. GDP xəbər verir ki, bu barədə Böyük Britaniyanın Mərkəzi Bankı məlumat yayıb. Faiz dərəcəsi 4,75%-dən 4,5%-ə endirilib. Bu qərar analitiklərin konsensus proqnozları ilə uyğun gəldi. Faiz dərəcəsinin 25 bənd azaldılmasına, Pul-kredit siyasəti Komitəsinin (MPC) yeddi üzvü səs verib, iki üzv (Swati Dingra və Catherine Mann) isə dərhal 50 bənd azaldılmasını təklif ediblər.
