Author: Aynure Gdp

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov, ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantıları çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb. GDP xəbər verir ki,görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq bildirilib və ötən ay imzalanmış Anlaşma Memorandumunun qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyinə əminlik vurğulanıb. Danışıqlar zamanı hər iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi, habelə maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində təcrübə və məlumat mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edilib. Bu istiqamətlərdəki birgə fəaliyyətin əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcəyi bildirilib.

Read More

Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapan məlumatlara əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan proqnoza görə orta illik inflyasiya 2029-cu ildə 4,2% səviyyəsinə enəcək. GDP xəbər verir ki, Nazirlik tərəfindən edilən qiymət proqnozlarında faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətlərinin aşağı düşməsi, nominal effektiv məzənnə indeksinin dinamikası və tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsi kimi amillər nəzərə alınıb. Baza ssenari əsasında cari il üçün 5,4% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2029-cu ildə 4,2% səviyyəsinə enəcəyi gözlənilir. Bu, ölkədə qiymət sabitliyinin təmin edilməsi istiqamətində görülən işlərin effektivliyini əks etdirir. Maliyyə Nazirliyinin Ortamüddətli Xərclər…

Read More

Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapan məlumatlara əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan proqnozlara görə 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcək. GDP xəbər verir ki, proqnozlara əsasən, 2029-cu ildə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi isə 129,5 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağı proqnozlaşdırılır. Bu göstəricilər ölkə iqtisadiyyatının davamlı inkişafını və qeyri-neft sektorunun artan rolu təsdiqləyir. Maliyyə Nazirliyinin Ortamüddətli Xərclər…

Read More

Ölkənin əsas kapitalına yönəldilmiş investisiyaların 75,2 faizi daxili mənbələr hesabına formalaşmışdır. GDP xəbər verir ki, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapan məlumatlara əsasən, ümumi investisiyaların 2,3 milyard manatı yəni 28,7%, neft-qaz sektoruna, 5,8 milyard manatı isə (71,3%) qeyri-neft-qaz sektoruna yönəldilmişdir. Hesabat dövründə qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitin həcmində 13,5 faiz artım qeydə alınıb. Bu göstəricilər hökumətin iqtisadiyyatın diversifikasiyası və daxili investisiya mənbələrinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin təsirini əks etdirir. Qeyd edək ki, Ortamüddətli Xərclər Çərçivəsi dövlətın maliyyə planlaşdırmasında və iqtisadi inkişaf prioritetlərinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır.

Read More

İcbari Sığorta Bürosu (İSB) “Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması” xidmətini istifadəyə verib.  GDP bu barədə Büroya istinadən xəbər verir. Məlumata görə, yeni sistem İSB-nin iştirakçısı olan sığorta şirkətlərinə könüllü və ya icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında onun səbəb olduğu sığorta hadisəsi barədə məlumatları elektron formada təqdim etməyə imkan yaradır. Vətəndaşlar bu razılığı vermək üçün İSB-nin informasiya sistemindəki şəxsi kabinetə gücləndirilmiş elektron imza vasitələri (myGov ID, SİMA İmza, Asan İmza və ya Elektron imza (e-imza)) ilə daxil ola bilərlər. Şəxsi kabinetdə “Hadisə tarixçəsi ilə bağlı razılıq ərizəsi” bölməsindən yeni ərizə yaradıla, “bütün müraciətlərim” bölməsindən…

Read More

Azərbaycan Biznesinın İnkişafı Fondu tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində biznesə dəstək üçün 249,1 milyon manat güzəştli kredit ayrılıb. GDP xəbər verir ki, dövlətin sahibkarlıq infrastrukturunu gücləndirmək strategiyası çərçivəsində həyata keçirilən proqram üzrə daxili investisiyaların artırılmasına yönəldilib. Fond tərəfindən verilən güzəştli kreditlər 4590 müxtəlif layihənin maliyyələşdirilməsinə yönəldilib. Kreditlərin ayrılması ilə əlaqədar açıqlanan məlumata görə, bu layihələr əsasında ölkə üzrə 3500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Read More

Bakcell-in meqa lotereyasında hər gün yeni “iPhone 17” qalibləri seçilir. Marja.az xəbər verir ki, bu gün isə artıq 2-ci “Zeekr 001” avtomobilinin qalibi bəlli olacaq. Lotereyada hədiyyə qazanmaq üçün “Şans” paketlərini əldə etmək və şirkətin xidmətlərindən istifadə etmək kifayətdir. “Şans” paketləri həm lotereyada əlavə şans, həm də şəbəkədaxili danışıq dəqiqələri qazandırır. Lotereya şərtləri barədə ətraflı məlumat üçün: lotereya.bakcell.com

Read More

TuranBank-ın 2025-ci ilin yanvar–sentyabr dövründə ümumi aktivləri 892.534 min manat olaraq qeydə alınıb ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 40.941 min manat və ya 4,81% artım deməkdir. Aktivlərin strukturunda isə əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Belə ki, nağd pul və ekvivalentlər 106.198 min manatdan 80.510 min manata düşərək 25.688 min manat və ya 24,18% azalıb. Eyni şəkildə, ticarət və investisiya qiymətli kağızları da 29.333 min manatdan 16.094 min manata enərək 13.239 min manat və ya 45,13% azalma nümayiş etdirib. Hesabat dövründə digər tərəfdən TuranBank-ın banklarda saxladığı depozitləri 48.135 min manatdan 78.220 min manata yüksələrək 30.085 min manat və ya 62,52%…

Read More

AccessBank 2025-ci ilin ilk doqquz ayında faiz gəlirləri 21,753 min manat və ya 13.15% artıb ki, bu da əsasən müştərilərə verilən kreditlər üzrə gəlirlərin 21,412 min manat artması hesabına gerçəkləşmişdir. Lakin eyni zamanda faiz xərcləri 10,575 min manat və ya 16.95% artmış, xüsusilə cəlb edilmiş kreditlər üzrə xərclər 5,944 min manat və ya 55.34% artıb. Nəticədə xalis faiz gəliri 11,178 min manat və ya 10.85% yüksələrək 114,197 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri 410 min manat və ya 3% azalma ilə 13,259 min manat, qeyri-faiz xərcləri isə 7,865 min manat və ya 12.12% artım ilə 72,774 min manat olmuşdur.…

Read More

Bank Respublikanın 30 sentyabr 2025-ci il tarixinə xalis mənfəəti 43.167,72 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə 39.273,09 min manatdan 3.894,63 min manat və ya 9,9% çoxdur.Xüsusilə, müştəri kreditləri üzrə faiz gəlirləri 31.1% artaraq ən mühüm töhfəni verib. Bu, bankın əsas kredit biznesinin genişləndiyini və faiz marjlarının yaxşı idarə olunduğunu göstərir. Bankın ümumi faiz gəliri 217.737,20 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə bankın əldə etdiyi 172.618,52 min manatdan 45.118,68 min manat və ya 26,1% çoxdur. GDP Bank Respublikanın 2025-ci ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatına istinadla xəbər verir ki, xüsusilə,…

Read More