Author: Aynure Gdp

Carlsberg şirkəti cəmi 12 millimetr hündürlüyündə və 0,05 millilitr (bir damcı) həcmində olan dünyanın ən kiçik spirtsiz pivə butulkasını istehsal edib. Miniatür butulka tam etiket və qapaqla təchiz olunub. Şirkətin məlumatına görə, bu simvolik layihə insanların alkoqoldan məsuliyyətli istifadəsinin vacibliyini xatırlatmaq məqsədi daşıyır. Carlsberg nümayəndələri bildiriblər ki, layihə həm brendin innovativ ruhunu, həm də sağlam həyat tərzinin təbliğinə verdiyi önəmi vurğulayır.

Read More

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu (SK-AIH) və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında çərçivə sazişi imzalanıb. Bu barədə “Samruk-Kazyna” məlumat yayıb. “İmzalanmış saziş çərçivəsində tərəflər bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi də daxil olmaqla, enerji sahəsində birgə layihələr portfelini müəyyən etməyi planlaşdırırlar. “SK-AIH” fondu minoritar səhmdar qismində çıxış edəcək. Əməkdaşlıq Qazaxıstanla Azərbaycan arasında investisiya əlaqələrinin genişləndirilməsi və yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır”, – məlumatda qeyd olunub.

Read More

Kapital Bank- “Birbank” SİMA yeni nəsil imzanın inteqrasiyasına başlayıb. Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Fərid Hüseynov GDP.Az-a açıqlamasında bildirib ki, proses artıq bu ay etibarilə start götürüb: “Bu ay başlamışıq. Yəqin ki, marta qədər tamamlanar, amma detallı hələ baxmaq lazım olacaq,” – deyə o qeyd edib. Məsələ ilə bağlı AzInTelecom MMC-nin PR şöbəsinin rəhbəri Amin Nəzərli isə bildirib ki, quruma məxsus olan SİMA – yeni nəsil rəqəmsal imzanın Kapital Bank -“Birbank”a inteqrasiyası ilə bağlı razılıq əldə olunub: “Hazırda qarşılıqlı əməkdaşlıq çərçivəsində tərəfdaşa lazım olan bütün texniki və inzibati məsələlərdə dəstək göstərilməklə inteqrasiya prosesi aparılır,” – deyə Nəzərli vurğulayıb. Beləliklə, Kapital Bank və AzInTelecom arasındakı bu əməkdaşlıq rəqəmsal identifikasiya və…

Read More

“PAŞA Bank” ASC İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev GDP-yə verdiyi eksklüziv müsahibəsində bildirib ki, Maliyyə Nazirliyi tərəfindən keçirilən depozit hərraclarının məqsədi bank sektorunda likvidlik problemini aradan qaldırmaq deyil. Nağıyev qeyd edib ki, nə “PAŞA Bank”, nə də bütövlükdə ölkənin bank sektorunda likvidliklə bağlı hər hansı problem mövcud deyil: “PAŞA Bankın hazırda hər hansı bir likvidlik problemi yoxdur. Baxmayaraq ki, tələb 30% səviyyəsindədir, bizim ani likvidlik əmsalımız bu tələbdən 2-3 dəfə yüksəkdir. LCR (Likvidliyin Örtücülük Əmsalı) əmsalı isə 200%-dən yuxarıdır. Bizim heç bir likvidlik çətinliyimiz yoxdur. Nəinki bizim, həm də bütöv bank sektoru adından danışmaq istərdim – bank sektorunun da…

Read More

“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırmanın nəticələrinə görə, Azərbaycanda istifadəçilərin ən çox razı qaldığı mobil bank tətbiqi ABB Mobile olub. GDP xəbər verir ki, araşdırma nəticələrinin əks olunduğu məlumata əsasən, ABB Mobile istifadəçilərinin 94,8%-i tətbiqdən razılıq ifadə edib. Onların 60,9%-i tətbiqə ən yüksək – “5”, 33,9%-i isə “4” qiymətini verib. Bu baxımdan bank mobil tətbiqləri arasında ikinci sırada LeoBank qərarlaşıb. Araşdırmaya əsasən, bu tətbiqdən istifadə edənlərin 93,9%-i məmnun qalıb. Respondentlərin 58,3%-i “5”, 35,6%-i isə “4” bal qeyd edib. Birbank istifadəçiləri arasında məmnunluq göstəricisi 91,2% təşkil edib. Onların 59,6%-i tətbiqi “5”, 31,6%-i isə “4” səviyyəsində dəyərləndirib. Daha az faizlə 7% “3”, 1,1% “2” və 0,7% “1” bal qeyd olunub. Daha aşağı nəticələrlə Ubank və Paşa Mobile Bank gəlir. Ubank istifadəçilərinin 88%-i tətbiqdən razı olduğunu bildirib – onların 68%-i “5”, 20%-i “4” bal verib. Paşa Mobile Bank üzrə məmnunluq göstəricisi 80% olub. Respondentlərin 53,3%-i tətbiqi “5”, 26,7%-i “4”…

Read More

“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırmanın nəticələrinə görə, “Birbank” 82%-lik göstərici ilə bank mobil tətbiqləri bazarında lider mövqedədir. GDP xəbər verir ki, araşdırmada qeyd olunur ki, “Birbank”ı 39%-lə “ABB Mobile”, 28%-lə isə “LeoBank” izləyir. Nəticələr göstərir ki, rəqəmsal bank xidmətləri sahəsində rəqabət artsa da, “Birbank” istifadəçi payı baxımından açıq fərqlə birinci yerdə qərarlaşıb. Ümumilikdə, bank tətbiqlərindən istifadə edənlərin payı mobil operatorların tətbiqlərindən istifadə edənlərlə müqayisədə 10% çoxdur — müvafiq olaraq 83%-ə qarşı 73%. təşkil edir.

Read More

“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırma göstərib ki, ölkə əhalisinin 83%-i bankların mobil tətbiqlərindən aktiv şəkildə istifadə edir. GDP xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, bu göstərici paytaxtda 86%, regionlarda isə 80% təşkil edir. İstifadəçilər arasında kişilərin payı 50,3%, qadınların payı isə 49,7% olub, bu da cinslər arasında istifadənin demək olar ki, bərabər səviyyədə olduğunu göstərir. Yaş göstəriciləri də maraqlı fərqləri ortaya qoyub. Belə ki, 35 yaşadək respondentlərin 85%-i, 36 yaş və yuxarı şəxslərin isə 80%-i bank mobil tətbiqlərindən yararlanır. Ümumilikdə, bank tətbiqlərindən istifadə edənlərin payı mobil operatorların tətbiqlərindən istifadə edənlərlə müqayisədə 10% çoxdur — müvafiq olaraq 83%-ə qarşı 73%. təşkil edir.

Read More

“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı araşdırmanın nəticələrinə görə, ölkə əhalisi mobil tətbiqlərdən əsasən rasional və praktik məqsədlərlə faydalanır. GDP “Business Insight International Research Group”un araşdırmasına istinadən xəbər verir ki, respondentlərin böyük əksəriyyəti – 82% – mobil tətbiqlər vasitəsilə internet paketi almaq, 73% – balansı yoxlamaq, 42% isə balansı artırmaq funksiyalarından mütəmadi istifadə etdiyini bildirib. Araşdırma həmçinin müəyyən narazılıqları da üzə çıxarıb. Belə ki, istifadəçilərin 82%-i mobil tətbiqlərdən istifadə zamanı heç bir problemlə qarşılaşmadığını qeyd etsə də, 18%-i müxtəlif çətinliklərin mövcud olduğunu bildirib. Bu problemlər arasında texniki xətalar, proqramın gec açılması, sistemin səhv verməsi, tətbiqin donması və ya yavaş işləməsi, eləcə də balans və məlumatların səhv göstərilməsi kimi hallar xüsusi olaraq qeyd olunub.

Read More