Author: Aynure Gdp

“Business Insight” Beynəlxalq Araşdırma Qrupu tərəfindən aparılan “MOBİL TƏTBİQ DÜNYASI” araşdırmasının nəticələri açıqlanıb. Sorğuya əsasən, ölkə əhalisinin 73%-i mobil operator tətbiqlərindən istifadə edir. Paytaxt və regionlar arasında istifadə faizində müəyyən fərq müşahidə olunur. Belə ki, paytaxt sakinlərinin 76%-i, region sakinlərinin isə 71%-i bu tətbiqlərdən yararlanır. Gender fərqi də qeydə alınıb: mobil tətbiq istifadəçiləri arasında 54% təşkil edən kişilərin sayı 46% təşkil edən qadınlardan çoxdur. Araşdırma gənc nəslin bu texnologiyalara daha meyilli olduğunu aşkar edib. 35 yaşadək respondentlərin 79%-i mobil operator tətbiqlərindən istifadə edir. Bu göstərici 36 yaş və yuxarı olan şəxslərdə 66% təşkil edir.

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) növbəlilik prinsipinə əsasən, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Kapital Bazarı Tənzimləyiciləri Forumunun Kapital Bazarının İnkişafı üzrə işçi qrupuna 2025-ci ildə də sədrlik edəcək. Sədrlik çərçivəsində üzv dövlətlər arasında kapital bazarının inkişafına dair təhlillər aparılır və müvafiq siyasət tövsiyələri hazırlanır. 2024-cü ildə işçi qrupun təşəbbüsü ilə “Sukuk bazarının inkişafı və yaşıl sukuk təşəbbüsləri” mövzusunda hesabat hazırlanmışdı. Bu işin davamı kimi 2025-ci il üçün fəaliyyət mövzusu “Azərbaycanda Sukukun tətbiqi üçün hüquqi və tənzimləyici şərtlər: xarici təcrübə, tənzimləyici boşluqlar və islahatlara ehtiyac” kimi müəyyən edilib. Bu mövzuda aparılan araşdırmanın nəticələri 14-cü…

Read More

Onlayn kontent platforması “OnlyFans” işçi başına düşən gəlirə görə dünyanın ən gəlirli şirkəti elan edilib. GDP xəbər verir ki, şirkət hər bir əməkdaşına görə 37,6 milyon dollar gəlir əldə edib. Müqayisə üçün, texnologiya sektorunun nəhəngləri bu göstəricidə xeyli geridə qalıb. NVIDIA hər işçiyə 3,6 milyon dollar, Apple 2,4 milyon dollar, Meta 2,2 milyon dollar, Google isə 1,9 milyon dollar gəlir gətirib.

Read More

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib ki, cari ilin aprel ayından etibarən, milli valyutada olan xəzinə vəsaitlərinin daha səmərəli idarə edilməsinə başlanılıb. Bu dövr ərzində, yerli banklarda depozit şəklində yerləşdirilən vəsaitlərdən əldə olunan gəlirlər 75.1 milyon manata çatıb. GDP -nin məlumatına görə, Mursaqulov qeyd edib ki, bu ilin aprel ayından etibarən 22 depozit hərracı keçirilib. 2024-cü ildə isə depozit hərracları keçirilmədiyindən, dövlət xəzinəsinə məxsus vəsaitlərin idarə olunmasından əldə edilən gəlir 17.5 milyon manat olub. Cari ildə, xüsusilə milli valyutada olan vəsaitlərin depozit şəklində yerləşdirilməsi ilə, gəlirlər əhəmiyyətli dərəcədə artaraq 75.1 milyon…

Read More

İpoteka və Kredit Zəmanət Fondu 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi ipoteka kreditlərinin həcmi 3,2% azalıb və 365,6 milyon manatdan 354 milyon manata düşüb. GDP xəbər verir ki, verilən kreditlərin orta məbləği əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə bu məbləğ 94 683 manat idisə, 2025-ci ildə 104 800 manata yüksəlib ki, bu da 10,7%-lik bir artım deməkdir. Bu artım daşınmaz əmlak qiymətlərinin yüksəlməsi və daha bahalı mənzillərə olan tələbin artması ilə əlaqədardır. Güzəştli ipoteka kreditlərində isə dəyişikliklər daha sabit olub. Güzəştli kreditlərin həcmi 3,8% artaraq 66,5 milyon manatdan 69 milyon manata yüksəlib. Həmçinin, güzəştli ipoteka…

Read More

Ölkənin aparıcı banklarından biri olan Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbər heyəti uzunmüddətli tərəfdaşı Veysəloğlu Şirkətlər Qrupunu (VŞQ) səfər edib. Tərəflər arasında VŞQ-nin Mərkəz ofisində baş tutan görüşdə ABB tərəfdən İdarə Heyətinin sədri Abbas İbrahimov, Korporativ və KOS Satış ofisinin rəhbəri Ülvi Qasımov və ofisin direktor müavini Taleh Abbasov iştirak ediblər. Veysəloğlu Şirkətlər Qrupunu isə təsisçi və Baş icraçı direktor Aydın Talıbov, Qrup CEO-nun Maliyyə və İnzibati İdarəetmə üzrə müavini Kenul Karimova, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natavan İbrahimova və digər rəhbərlər qarşılayıblar. Görüş səmimi və işgüzar atmosferdə baş tutub. Tərəflər qarşılıqlı fəaliyyət istiqamətləri, son dövr ərzində əldə edilən nailiyyətlər…

Read More

ARDF-in Daşınmaz Əmlak Departamentinin rəhbəri Elşən Həziyev keçən həftə həmkarı Könül Cavadova ilə birlikdə Tokioda Asiya-Sakit okean (APAC) regionunun aparıcı alternativ investisiya idarəedicilərindən biri olan “PAG Real Assets” şirkətinin İllik Toplantısında iştirak edib. GDP xəbər verir ki, tədbirdə Neft Fondu rəsmilərinin PAG-ın rəhbərliyindən bazar perspektivlərini dinləmək, həmçinin ARDNF-in Yaponiya, Cənubi Koreya, Sinqapur, Avstraliya və Yeni Zelandiyadakı investisiyalarının güclü performansını və çoxşaxəli portfeli ilə tanış olub. Toplantı çərçivəsində Elşən Həziyev, PAG-ınİcraçı Direktoru və Həmtəsisçisi, həm də “Alibaba”nın Müstəqil Direktoru Veycan Şan ilə görüşüb. Görüşdə Azərbaycanın tarixi, Qarabağ atları və ARDNF-in investisiya hədəfləri kimi müxtəlif mövzular müzakirə edilib. “Bu qədər məlumatlı və…

Read More

2025-ci ilin 30 sentyabr tarixinə olan PAŞA Bank-ın maliyyə nəticələrinə görə bankın ümumi aktivlər 2024-cü ilin müvafiq dövrü ikə müqaisədə 4,2% artıb artaraq 8,575,821 min manatdan 8,932,496 min manata yüksəlib. GDP xəbər verir ki, bu artım əsasən banklar və digər maliyyə institutlarındakı depozitlərin 83,6% artım (1,039 mln. manat) hesabına baş verib. Lakin nağd pul vəsaitləri və ekvivalentləri 52,6% azalaraq 821,802 min manata düşüb.Eyni zamanda müştərilərə verilmiş kreditlər (xalis) 3,7% artıb 3,258,950 min manata çatıb. Kredit portfelinin strukturunda biznes kreditləri 2,6%, daşınmaz əmlak kreditləri 13,8% artdığı halda, istehlak kreditləri 17,9% azalıb.Digər aktivlər də 50,8% artaraq 291,317 min manata yüksəlib, bu da ehtimal ki, yeni investisiya və əməliyyat genişlənmələri ilə əlaqəlidir. 30 sentyabr tarixinə PAŞA Bank-ın ümumi öhdəliklər 2,6% artıb artaraq 7,737,070 min…

Read More

Gdp.az xəbər verir ki, Bakcell-in süni intellekt lotereyasında 14 avtomobildən 2-cisinin qalibi bəlli olub! Süni intellektin seçimi ilə Gülşən Hacıyeva növbəti “Zeekr 001” avtomobilinin qalibidir. O, bu gün qalib öz avtomobilini təhvil alıb. Növbəti həftələrdə isə daha 11 “Zeekr 001” öz sahiblərini gözləyir! Meqa lotereyada həyəcan zirvədədir və hər gün daha da artır! Qalib olmaq istəyən Bakcell abunəçiləri “Şans” paketlərini əldə etməklə həm lotereyada əlavə şans, həm də şəbəkədaxili danışıq dəqiqələri qazanırlar. Ətraflı məlumat üçün: lotereya.bakcell.com

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-nin paytaxtı Vaşinqtona işgüzar səfər çərçivəsində “BlackRock” şirkətinin baş idarəçi direktoru və qlobal tərəfdaşlar ofisinin həmsədri Coud Abdel Macidlə görüşüb. GDP bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, görüşdə qlobal maliyyə sisteminin son tendensiyaları, Azərbaycanda maliyyə bazarlarında həyata keçirilən islahatlar, sektorun inkişaf dinamikası, eləcə də investisiya alətlərinin və ehtiyatların idarə olunmasının diversifikasiyası kimi mühüm məsələlər müzakirə olunub, həmçinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.

Read More