Author: Aynure Gdp

Azərbaycanın aparıcı fintex platforması m10 və dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance, strateji tərəfdaşlıqlarını davam etdirdiyini və xidmət spektrini genişləndirdiyini elan edib. GDP xəbər verir ki,bu tərəfdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti altında fəaliyyət göstərən “sandbox” (tənzimləyici qum qutusu) mühitində uğurla sınaqdan keçirilən inteqrasiya layihəsinin növbəti mərhələsinə keçid edilib. Tərəfdaşlığın əsas məqsədi Azərbaycan manatı (AZN) ilə birbaşa və rəsmi kriptovalyuta əməliyyatlarını təmin etməkdir. Yenilənmiş inteqrasiya sayəsində istifadəçilər indi m10 və Binance hesabları arasında milli valyuta ilə birbaşa depozit və çıxarış əməliyyatları apara biləcəklər. Bu proses vasitəçiləri aradan qaldıraraq, tam şəffaflıq və yüksək təhlükəsizlik təmin edir. Qeyd edək…

Read More

Azericard MMC-nin baş direktoru Fərid Quliyev şirkətin yeni strateji mərhələyə daxil olduğunu açıqlayıb. GDP-yə eksluziv açıqlamasında bunu Fərid Quliyev, ödənişlər sektorunda mövqeləri daha da gücləndirmək, yüksək dayanıqlıq (uptime) təmin etmək və fintech ekosisteminin sürətli inkişafına şərait yaradan əsas platformalardan birinə çevrilmək kimi əsas məqsədlərlə əlaqələndirib. Fərid Quliyev vurğulayıb ki, “Azərikard” olaraq biz bazarda mövcud rolumuzu sadəcə qorumaqla kifayətlənmirik – onu daha da gücləndiririk. Bu məqsədlə bütün əməliyyatlarımızı davamlı optimallaşdırma, avtomatlaşdırma və süni intellektə əsaslanan yanaşmalar vasitəsilə yenidən dizayn edirik. Müəllif: Aynur Qəniyeva Baş direktor bildirib ki, onların məqsədi təkcə ödəniş xidmətləri göstərən texnoloji şirkət olmaq deyil, həm də “payments” sənayesinin…

Read More

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov öz rəsmi X hesabında paylaşım edərək, Gürcüstan Milli Bankı və Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin (GFTN) dəvəti ilə GFTN-Tbilisi Maliyyə Sammitində iştirak etdiyini bildirib. GDP xəbər verir ki, bu barədə rəsmi “X” hesabında məlumat verən T. Kazımov, sammit çərçivəsində “Maliyyə xidmətləri və ödənişlərdə növbəti qlobal innovasiya dövrü” mövzusunda keçirilən panel müzakirəsində çıxış etdiyini vurğulayıb. Mərkəzi Bankın sədri çıxışı zamanı qlobal çağırışlar və imkanlar, Azərbaycanda ödəniş sistemlərinin inkişafı, innovativ maliyyə həllərinin tətbiqi və gələcək perspektivlər barədə fikirlərini bölüşdüyünü açıqlayıb. Kazımov həmçinin qeyd edib ki, bu kimi beynəlxalq platformalar maliyyə texnologiyalarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi və…

Read More

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar gələn il üzrə 600 milyon manat proqnozlaşdırılıb. GDP xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə bu göstərici 2025-ci ilin proqnozu ilə müqayisədə 12,2 milyon manat və ya 2 faiz az, lakin 2024-cü ilin faktiki icrası ilə müqayisədə 22,2 milyon manat və ya 3,8 faiz çox olacaq. Məlumata görə, 2025-ci illə müqayisədə azalmaya əsas səbəb Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) gözlənilən dividend ödənişlərinin 12 milyon manat və ya 2,6 faiz azalaraq 450 milyon manat səviyyəsində nəzərdə tutulması ilə bağlıdır.

Read More

Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) Serbiyaya 72,7 milyon ABŞ dolları həcmində investisiya qoyub. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında bildirilib. ARDNF-nin Serbiyada olan investisiyalarının böyük hissəsi sabit gəlirli qiymətli kağızlara, müəyyən hissəsi isə özəl səhm alətlərinə yatırılıb. Qeyd edək ki, 2025-ci ilin iyunun sonuna ARDNF-nin investisiya portfelinin dəyəri 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il iyunun sonu ilə müqayisədə 8 milyard 583,7 milyon ABŞ dolları və yaxud 14,8 % çoxdur.

Read More

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) sığorta sektorunda rəqəmsallaşmanı daha da genişləndirmək və şəffaflığı artırmaq istiqamətində yeni bir addım atıb. Büronun informasiya sistemi vasitəsilə Daxili İşlər Nazirliyindən “Forma 4” arayışının elektron sorğulanması imkanı indi könüllü sığorta müqavilələri üçün də tətbiq edilib. Daha əvvəl bu xidmət yalnız İSB-nin üzvü olan sığortaçılar üçün mövcud idi və tək icbari sığorta müqavilələri ilə məhdudlaşırdı. Yenilənmiş qaydaya əsasən, artıq Büronun üzvü olan sığortaçılar həm icbari, həm də könüllü sığorta müqavilələri üzrə, üzv olmayan sığortaçılar isə yalnız könüllü sığorta sahəsində “Forma 4” sənədini əldə edə biləcəklər. Layihənin əsas məqsədi kimi sığorta bazarında məlumat axınının vahid…

Read More

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət müəyyən edilib. GDP xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyinin kollegiyası qərar qəbul edib. Qəbul edilən qərarla alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət aşağıdakı kimidir: Sıra№siQablaşdırma tutumu(litrlə)Minimum pərakəndə satış qiyməti(ƏDV ilə, manat)Daxili istehsal üzrəİdxal üzrə1.0,0501,962,432.0,1002,983,923.0,2004,176,064.0,2504,957,315.0,3306,509,626.0,3757,6011,147.0,5009,5014,228.0,70012,4219,039.0,75013,9321,0110.1,016,7326,1711.1,526,1040,2612.1,7526,3342,85

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) keçirilən növbəti görüşdə bankçılığın aktual məsələlərini müzakirə edib. GDP xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Onun sözlərinə görə, tərəflər həmçinin pul-kredit siyasəti, nəzarət və tənzimləmə çərçivələri, maliyyə sektorunun inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparıb. Baş bankir ekspertlərlə mütəmadi fikir mübadiləsi və ikitərəfli dialoqun inkişafının ictimai rəyin düzgün formalaşmasına, bununla da Mərkəzi Bankın qərarlarının əhaliyə və tərəfdaşlara daha dolğun və şəffaf şəkildə çatdırılmasına mühüm töhfə verdiyini qeyd edib.

Read More

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun maliyyə göstəricilərində nələr dəyişib. “Şahdəniz” yatağından gəlir: ARDNF-in investisiya portfelinin müddətə uyğun quruluşu (01.10.2025): ARDNF-in aktivlər üzrə portfel bölgüsü: Azərbaycanın valyuta ehtiyatları: ARDNF-in investisiyalarının regional bölgüsü: Ümumi portfel dəyəri:

Read More