Author: Aynure Gdp

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) nümayəndə heyəti İcraçı direktor İsrafil Məmmədovun rəhbərliyi altında 27-28 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə işgüzar səfər edib. GDp xəbər verir ki, səfər çərçivəsində ARDNF nümayəndə heyəti “The Arab Energy Fund”, “Starwood Capital Group”, “Gulf Islamic Investments”, “Investindustrial”, “Warburg Pincus”, “Luma Group”, “CVC Capital Partners”, “Franklin Templeton”, “Brookfield Asset Management”, “BTG Pactual”, “China Investment Corporation” və “FSI (Fondo Strategico Italiano)” kimi dünyanın aparıcı investisiya və maliyyə qurumlarının rəhbərləri ilə görüşlər həyata keçirib. Görüşlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, birgə investisiya layihələri, yeni bazarlarda fəaliyyət, uzunmüddətli kapitalın idarə edilməsi, dayanıqlı və məsuliyyətli investisiya modelləri ilə yanaşı suveren…

Read More

Azərbaycan Fintex Assosiasiyasının Ümumi Yığıncağı çərçivəsində təşkilatın yeni İdarə Heyəti və Nəzarət-təftiş komissiyası seçilib. Assosiasiyanın üzv təşkilatlarının iştirakı ilə keçirilən səsvermə nəticəsində İdarə Heyətinin sədri Edqar Abdullayev (UNITED PAYMENT AZERBAIJAN), sədrin müavini isə Eynar Abdullayev (GoldenPay OJSC) seçilmişdir. İdarə Heyətinin üzvlüyünə Zeynal Kərimzadə (Epoint.az), İqbal Rüstəmov (PashaPay) və Rasim Həmmədov (Expresspay) təyin edilmişdir. Nəzarət-təftiş komissiyasının üzvləri isə Mehriban Əlizadə (PulPal – onlayn ödəniş sistemi), Valeriya Qəniyeva (Max Systems LLC) və Murad Mirzə (akart.az) olmuşdur. Assosiasiyanın yeni seçilmiş idarə heyətinə uğurlar arzulanır, Azərbaycanın fintex ekosisteminin inkişafı və gücləndirilməsi istiqamətində səmərəli fəaliyyət görməsi gözlənilir.

Read More

ETX vətəndaşları, mobil mesajlaşma platformalarında, xüsusilə “WhatsApp”-da son dövrdə artan dələduzluq halları qarşısında ehtiyatlı olmağa çağırır. Son zamanlar bilinməyən və ya tanış nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində istifadəçilərin hesablarına icazəsiz giriş cəhdlərinin sayı kəskin şəkildə artıb. GDP Elektron Təhlükəsizlik Xidmətinə istinadla xəbər verir ki, kibertəhlükəsizlik mütəxəssisləri bildirir ki, dələduzlar bu üsulla vətəndaşlara SMS vasitəsilə göndərilən “One-Time Password” (OTP) və ya təsdiqləmə kodlarını ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı təqdirdə istifadəçilərin “WhatsApp” hesabları oğurlanır və onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaitləri və şəxsi məlumatları oğurlanma təhlükəsi altında qalır. Təhlükəsizlik Tədbirləri Bu artan təhlükə qarşısında…

Read More

Bakı Fond Birjası (BFB) Azərbaycanın kapital bazarının inkişafı və yeni investisiya imkanlarının araşdırılması məqsədilə Londonda qeydə alınmış “Anglo Asian Mining PLC”  şirkətinin Prezidenti Rza Vaziri ilə geniş görüş keçirib. GDP xəbər verir ki, məlumata görə, görüşdə BFB rəhbərliyi bazar infrastrukturunu gücləndirmək və beynəlxalq standartlara uyğunlaşdırmaq üçün həyata keçirdiyi strateji təşəbbüslər barədə məlumat yayıb. Tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri də müzakirə olunub. BFB-nin Dünya Birjalar Federasiyasına tam üzv qəbul olunmasının bu prosesdə mühüm addım olduğu qeyd edilib. Bu, birjanın nəinki regional, həm də qlobal maliyyə axınlarına inteqrasiyasını sürətləndirə bilər. Rza Vaziri, “Anglo Asian Mining”in Azərbaycan əsaslı ilk və aparıcı şirkət olaraq…

Read More

2025-ci ilin yanvar ayında 3,26 səviyyəsində olan manatın dövriyyə sürəti sentyabr ayına kimi 3,41 səviyyəsinə qalxıb. GDP Mərkəzi Banka istinadla xəbər verir ki,  manatın dövriyyə sürətində 9 aylıq dövrdə 0,15 vahid və ya 4,6% artım qeydə alınıb. Göstərici fevral ayında qeydə alınan qısamüddətli azalmanın (3,23) ardınca, mart ayından etibarən sabit artım tendensiyası bərpa olunub. Qeyd edək ki, manatın dövriyyə sürətinin artması iqtisadiyyatda pulun daha sürətli dövriyyə etdiyini, istehlakçı xərclərinin və iqtisadi fəaliyyətin artdığını göstərə bilər. Bu göstəricidəki artım ümumilikdə iqtisadi canlanmanın əlaməti kimi qiymətləndirilir.

Read More

2025-ci il ərzində ipoteka krediti bazarında bir sıra dinamik dəyişikliklər müşahidə olunub. GDP xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, sentyabr ayına olan məlumatları nəzərə aldıqda, bankların ipoteka  kreditlərində ilin əvvəlinə nisbətən 28.5 mln manat və ya 134.4% artım müşahidə olunur. İpoteka və kredit Zəmanət Fondunun yerleşdirilmiş istiqrazlarının həcmi il ərzində sabit qalaraq 150 mln manat səviyyəsində olub. Fond cari ilin  aprel (100 mln), may (30 mln), iyul (40 mln), avqust (30 mln) və sentyabr (150 mln) aylarında əlavə istiqraz yerləşdirmələri həyata keçirilib. Dövlət xətti ilə verilən ipoteka kreditlərinin aylıq ödənişlər isə orta hesabla 456.9 manatdan  468.7 manata qədər yüksəlib,…

Read More

Mərkəzi Bankın rəsmi məlumatlarına əsasən, Azərbaycan bank sektoru 2023-cü ilin sentyabr ayını sabit inkişaf dinamikası ilə başa vurub. Ölkədə fəaliyyət göstərən bankların ümumi aktivləri 56,138 milyon manat təşkil edib. Sentyabr ayı ərzində bank sektorunda müsbət trendlər müşahidə olunub. Bankların ümumi aktivləri və öhdəlikləri 0,8% artım göstərərkən, balans kapitalı isə daha sürətli – 1,3% artaraq 7,170,2 milyon manat səviyyəsini ötüb. Bankların ümumi öhdəlikləri 48,967,8 milyon manat olaraq qeydə alınıb. Kapitalın daha sürətli artım tempi bankların öz kapital bazasını gücləndirdiyini və risklərə qarşı daha yaxşı mövqedə olduğunu göstərir.

Read More

“CityNet TV” yə yeni qoşulan abunəçilər indi TV Plus xidməti ilə yanaşı “Digiturk” paketini xüsusi endirimlə əldə edə bilərlər. Kampaniya çərçivəsində “CityNet TV Plus + Digiturk” paketinə 26.99 AZN deyil, aylıq cəmi 19.99 AZN ödəyərək qoşulmaq mümkündür. Futbol və əyləncə sevənlər üçün ideal olan bu fürsət sayəsində “CityNet TV” istifadəçiləri canlı idman həyəcanını və keyfiyyətli əyləncəni eyni anda yaşamaq imkanı əldə edirlər. Abunəçilər bu endirimli qiymətdən bir il boyunca (12 ay) yararlana biləcəklər. Təklif 31 dekabr 2025-ci il tarixinə qədər qoşulan müştərilər üçün keçərlidir. Xüsusi endirimdən yararlanmaq üçün *1177 ilə əlaqə saxlaya bilərsiniz. “Digiturk” paketi çərçivəsində idman həvəskarları “BeIN Sports…

Read More

Qızılın qiyməti bir unsiyası üçün 4000 ABŞ dolları  həddinin altına enərək, onilliyin ən aşağı dinamikasını nümayiş etdirib. GDP xəbər verir ki, bunun əsas səbəbi ABŞ və Çin arasında ticarət müqaviləsində irəliləyiş qeydə alınması və fond bazarının güclənməsidir. Qızılın qiyməti keçən həftə 4380 ABŞ dolları ilə rekord səviyyəyə qalxsa da, həddindən artıq alınmış vəziyyət və ticarət danışıqlarındakı irəliləyiş səbəbilə gerilədi. Citigroup təhlilçiləri yaxın aylarda qiymətin 3800 ABŞ dolları səviyyəsinə qədər enəcəyini proqnozlaşdırır. Mərkəzi bankların tələbinin zəifləməsi də qiymətin aşağı düşməsində mühüm amil olub. Ekspertlər qeyd edir ki, hətta 3500  ABŞ dolları səviyyəsi belə qızıl üçün tarixi baxımdan yüksək qiymət olaraq qalır.

Read More