Author: Aynure Gdp

“Azər Türk Bank” ASC-nin nizamnamə kapitalı 100 milyon 500 min manata çatdırılıb. GDP xəbər verir ki,bu, bankın nizamnamə kapitalının 21 milyon 500 min manat artırılması hesabına baş tutub. Artırımdan əvvəl bankın nizamnamə kapitalı 79 milyon manat təşkil edirdi. Bankın səhmdar strukturu ilə bağlı məlumatlar açıqlanıb. Buna əsasən, bankın nizamnamə kapitalının 51%-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Qeyd edək ki, SOCAR 2025-ci ildə “Azər-Türk Bank” ASC-nin səhmdarları sırasına daxil olub. Bankın digər səhmdarları sırasında Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Türkiyənin “Zıraat Bank”ı, “Zıraat Bank İnternational”, “AzRe Təkrarsığorta” ASC və “Qala Həyat Sığorta” ASC…

Read More

Birləşmiş Ərəb Əmirliklərində keçirilən ADIPEC sərgisi çərçivəsində ADNOC şirkətinin beynəlxalq enerji investisiya qolu olan XRG tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşma imzalanıb. GDP xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin sentyabrında ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü çərçivəsində mübadilə edilən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu”na uyğun olaraq imzalanıb. Razılaşmanı iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və XRG-nin icraçı sədri, baş…

Read More

Neft qiymətləri Bazar ertəsi günü Asiya ticarət seansında OPEC-in gələn ilin birinci rübündə hasilat artımını dayandırmaq qərarının artıq tədarük narahatlığını azaltması ilə yüksəlib.opec GDP xəbər verir ki, brent xam neftinin futures müqavilələri 0.73% qalxaraq barrelı 65.24 ABŞ dolları, ABŞ-nin WTI xam nefti isə 0.74%artımını artımla 61.43 ABŞ dolları səviyyəsinə qalxdı. Bazar günü baş tutan iclasda OPEC+ dekabr ayında gündəlik 137.000 barrel hasilat artımı razılaşmasına çatdı və 2026-cı ilin yanvar, fevral və mart aylarında isə mövsümü zəif tələbat gözləntiləri səbəbiartımınılə istehsal artımlarını dayandırmaq qərarı verdi. Analitiklər bu qərarı tədarükün qeyri-müəyyənliyi və zəif tələbat fonunda ehtiyatlı yanaşma kimi qiymətləndirdilər. Eyni zamanda, ABŞ…

Read More

28 oktyabr – 1 noyabr 2025-ci  il həftəsində Azərilayt (Azerilight)  markalı Azərbaycan neftinin qiyməti orta hesabla 66.06 ABŞ dolları təşkil edib. GDP xəbər verir ki, Azərbaycan neftinin qiymətində  həftə ərzində  ucuzlaşma tendensiyası müşahidə edilmişdir. Belə ki,  həftənin ilk günü olan 28 oktyabrda 67.03 ABŞ dolları olan qiymət, həftənin son günü olan 1 noyabrda 65.87 ABŞ dolları səviyyəsinə qədər enmişdir. Azərbaycan nefti həftə ərzində 1.16 ABŞ dolları və ya 1.73% ucuzlaşıb. Göstərici Dəyər Həftəlik eniş 1.16 ABŞ dolları Faiz ifadəsində 1.73% Orta qiymət 66.06 ABŞ dolları Müəllif: Aynur Qəniyeva

Read More

 PAŞA Kapital İnvestisiya Şirkəti və Sea Breeze  arasında qarşılıqlı Strateji Tərəfdaşlığa dair Memorandum imzalanıb. GDP xəbər verir ki, bu əməkdaşlıq qiymətli kağızlar və daşınmaz əmlak bazarlarında  bir ilkdir. Məlumata görə, memorandumun əsas məqsədi hər iki şirkətin müştərilərinə özəl xüsusi şərtlərlə yeni investisiya imkanları yaratmaq, innovativ maliyyə həllərini tətbiq etmək və uzunmüddətli dayanıqlı tərəfdaşlıq modeli qurmaqdır. Bu tərəfdaşlıq çərçivəsində, Sea Breeze-də  daşınmaz əmlak əldə etmək istəyən şəxslər PAŞA Kapital vasitəsilə aşağıdakı sərfəli şərtlərdən faydalana biləcəklər: Ümumi alış məbləğində 20%-dək qənaət; Müqavilənin AZN valyutasında bağlanılması imkanı. Bu strateji tərəfdaşlıq, yalnız iqtisadi inkişafı dəstəkləmək ilə kifayətlənməyib, həm də regionun infrastrukturunun gücləndirilməsinə, yeni iş…

Read More

AFB Bank 5 milyon manat həcmində ilk istiqraz emissiyasını tam yerləşdirdi. İstiqrazlar 80 investor tərəfindən tam həcmdə alınıb. Bankın İdarə Heyətinin sədri Amid Qənbərov bu barədə bildirib ki, bu, “sadəcə maliyyə əməliyyatı deyil, gələcək inkişaf yolunda inamlı bir addımdır”. O, bu uğuru mümkün edən komandaya, tərəfdaşlara və müştərilərə təşəkkür edib. Qeyd edək ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi 10 oktyabr 2025-ci il tarixində bankın istiqrazlarının ticarətə buraxılması üçün icazə vermişdi. İstiqrazların abunə yazılışı 15-24 oktyabr tarixləri arasında baş tutub və qısa müddətdə tam yerləşdirilib. Bu, maliyyə alətlərinə marağın artdığını və AFB Bank-a etimadın güclü olduğunu göstərir. Qənbərov bildirib: “Bu,…

Read More

HUAWEI WATCH Ultimate 2 ağıllı saatlarının satışı başlayıb. GDP xəbər verir ki, yeni model bir çox idman rejimini dəstəkləməklə yanaşı, sualtı imkanları ilə də fərqlənir. İstər maska ilə suya baş vurub balıqları izləyənlər, istərsə də riflər boyunca üzməyi sevənlər üçün cihaz olduqca funksionaldır. Saat əsasən peşəkar dalğıclar üçün nəzərdə tutulub. İstifadəçilər bu cihazla 150 metr dərinliyə enə və eyni zamanda sığortalayıcı partnyorla əlaqəni davam etdirə bilərlər. Quruda isə eSIM texnologiyası sayəsində zəng funksiyasından yararlanmaq mümkündür.

Read More

Euroclear, ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən lisenziya olmadan rus vətəndaşlarının aktivlərini blokdan çıxarmağa başlayıb. GDP xəbər verir ki, RBC-nin məlumatına görə, artıq bu prosesin üç uğurlu nümunəsi qeydə alınıb. Hüquqşünas Qleb Boyko, Euroclear-in ABŞ vətəndaşları və ya maliyyə institutlarının iştirak etmədiyi əməliyyatlarda OFAC lisenziyası tələb etmədiyini vurğulayıb. O, qeyd edib ki, hətta ABŞ-la əlaqəli aktivlərin blokdan çıxarılması zamanı belə, Euroclear yalnız Belçika lisenziyasını tələb edir.

Read More

Cəmi 1 AZN-lik “Şans” paketi ilə avtomobil qazandı. Gdp.az xəbər verir ki, Bakcell-in süni intellekt əsaslı lotereyasında 4-cü avtomobil qalibi bəlli olub. Həftəlik tirajın uduşu olan “Zeekr 001” avtomobili Arzu Hüseynova təqdim edilib. Qeyd edək ki, Arzu Hüseynov cəmi 1 AZN dəyərində “Şans” paketi alaraq qalib olub. Bakcell-in meqa lotereyasında süni intellekt vasitəsilə hər gün “iPhone 17”, hər həftə isə “Zeekr 001” qalibləri seçilir. Həyəcanlı anlar davam edir – qarşıdakı həftələrdə daha 9 “Zeekr 001” sahibini tapacaq! Qalib gəlmək çox asandır. Qalib olmaq üçün “Şans” paketlərini əldə et: • 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES • 5…

Read More