Author: Aynure Gdp

Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması (200 min manatdan 400 min manata çatdırılması) nağd ödənişlərə aid deyil. GDP xəbər verir ki,  bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “ƏDV limitinin artırılması nağdsız ödənişlərə tətbiq edilir. Çünki pərakəndə satışda nağdsız ödənişlərin xüsusi çəkisi 78,2 %-dir. Bu baxımdan limit kifayət qədər əhatəlidir. Nağd ödənişlərdə daha çox yayınma var. Bu səbəbdən də daha çox nağdsız ödəniş stimullaşdırılır”, – deyə o qeyd edib.…

Read More

ABŞ Prezidenti Donald Tramp öz layihələrini reallaşdırmaq üçün korporativ donorlar vasitəsilə təxminən 2 milyard dollar vəsait toplayıb. GDP xəbər verir ki, bu barədə “Axios” agentliyi mənbələrə istinadən məlumat yayıb. Xəbərdə bildirilir ki, layihələr arasında Ağ Evdə mərasim zalının tikintisi, həmçinin ABŞ-nin yaxınlaşan 250 illiyi münasibətilə keçiriləcək tədbirlər də var. Qeyd olunur ki, indiyədək heç bir ABŞ prezidenti bu qədər qısa müddətdə və bu qədər müxtəlif məqsədlər üçün bu həcmdə maliyyə toplaya bilməyib. Məlumata əsasən, Tramp bu təşəbbüslərə hələ vəzifəyə başladığı ilk günlərdən diqqət yetirir və dayanmaq niyyətində deyil.

Read More

Dünyanın aparıcı şirkətlərinə məxsus qeyri-maddi aktivlərin dəyəri son bir ildə 23% artaraq 97,6 trilyon dollara çatıb. GDP xəbər verir ki, bu, konsaltinq firması Brand Finance-ın illik hesabatında qeyd olunub. Bu, 1996-cı ildə hesablamaların aparılmasına başlanılandan bəri qeydə alınmış rekord göstəricidir. Bu il birinci yeri Nvidia Corp. tutub, onun qeyri-maddi aktivlərinin dəyəri 50% artaraq 4,3 trilyon dollara çatıb. İkinci yerdə 3,78 trilyon dollar və ya 27% göstəricisi ilə Microsoft Corp. qalıb. Keçən il reytinqin lideri olan Apple Inc. isə göstəricisinin 6% azalması (3,08 trilyon dollara enməsi) səbəbilə üçüncü yerə enib. Onları aşağıdakı şirkətlər təqib edir: Amazon.com Inc. – 2,1 trilyon dollar…

Read More

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 22 milyard 566,8 milyon manat (22,566,800,000) təşkil etmişdir. GDP Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 4 milyard 590,8 milyon manat (4,590,800,000) və ya 25,54% artımın göstəricisidir. Eyni dövr ərzində quraşdırılan NKA sayı 109,164 ədəd olmuşdur ki, bu da 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən 6,959 ədəd və ya 6,81% artım deməkdir. 2025-ci ilin yanvar-sentyabr aylarında NKA vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat (20,126,000,000) təşkil etmişdir. 2025-ci ilin yanvar-oktyabr ayında isə dövriyyə 22 milyard 566,8 milyon manat (22,566,800,000)…

Read More

2025-ci ilin yanvar-oktyabr dövrü ilə 2024-cü ilin eyni dövrü arasında aparılan müqayisə, bazarın ümumi vəziyyətini və fəaliyyətinin inkişafını göstərən maraqlı nəticələrə işarə edir. Ümumi ticarət həcmi 2024-cü ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 8.52% artaraq 54,620,573,461 manata yüksəlmişdir. Bu artım, əsasən dövlət qiymətli kağızları və REPO əməliyyatlarının artımı nəticəsində baş vermişdir. Lakin, əməliyyat sayı 61.57% azalarak 25,039-ə enmişdir. Bu azalma, bazarda daha böyük həcmdə daha az sayda əməliyyatın həyata keçirildiyini göstərir. Dövlət qiymətli kağızları sahəsindəki artım, həcm baxımından 36.24% olmuş, lakin əməliyyat sayı 70.30% azalmışdır. Korporativ qiymətli kağızlar sahəsində isə həm həcm, həm də əməliyyat sayı baxımından ciddi azalmalar yaşanmışdır. İpoteka…

Read More

Çərşənbə axşamı (Noyabrın 4-də) bazarlarda tam bir “qırğın” yaşandı. Süni intellekt (Sİ) sektorundakı həddindən artıq qiymətləndirmələrin yaratdığı panika və makroiqtisadi narahatlıqların “kokteyli” bütün bazarı silkələdi. Nəticədə, ABŞ fond bazarında 730 milyard dollar dəyərində səhm “buxarlandı”. GDP xəbər verir ki, bu təlatüm şəraitində kriptovalyuta bazarı da zərərdən yaxasını qurtara bilmədi. Rəqəmsal aktivlərin ümumi dəyəri bir gecədə 289 milyard dollar azaldı. Hətta adətən qorunma aktivləri kimi görülən qızıl və digər qiymətli metallar belə bu ümumi mənfi atmosferdən təsirlənərək qiymət itkisi ilə üzləşdi. Bitcoin, səhmlər və metallar hamısı birgə ucuzlaşıb Bitcoin noyabrın 4-də Bitstamp birjasında bir koin üçün 98,995  ABŞ dolları səviyyəsinə enərək…

Read More

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəz (İİTKM) 2024-cü ildə  271,473 manat xalis zərər edib ki, bu da 2023-cü ilin 161,982 manat zərəri ilə müqayisədə 109,491 manat və ya 67.59% artım təşkil edir. GDP xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas əməliyyat gəlirləri 2024-cü ildə 450,109 manat təşkil etmişdir ki, bu da 2023-cü ilin 233,308 manat gəliri ilə müqayisədə 216,801 manat və ya 92.93% əhəmiyyətli artım deməkdir. Digər əməliyyat gəlirləri isə 2,598,096 manatdan 2,586,279 manata qədər az dəyişərək, cəmi 0.46% artıb. Bununla belə, gəlirlərdəki bu müsbət dəyişikliklər xərclərin sürətli artımı ilə örtülmüşdür. Hesabat dövründə İqtisadi İslahatların Təhlili və…

Read More

SOCAR-ın İnteqrasiya Olunmuş Qaz Segmentinin və “SOCAR Midstream Gas Operations” MMC-nin  rəhbər şəxlərindən ibarət nümayəndə heyəti Huawei-in qərargahına işgüzar səfər edib. GDP xəbər verir ki, SOCAR-ın Vitse-prezidenti və “SOCAR Midstream Gas Operations”-un İcraçı Direktoru Polad Rüstəmovun rəhbərlik etdiyi heyətin tərkibində şirkətin qaz infrastrukturunun istismarı, modernləşdirilməsi və texnologiya tərəfdaşlığı üzrə məsul şəxslər də yer alıb. Səfər zamanı tərəflər SOCAR-ın qaz infrastrukturu üçün rəqəmsal həllər və ağıllı idarəetmə sistemlərinin inteqrasiyası imkanlarını müzakirə ediblər. Görüşdə əsas diqqət operativ səmərəliliyin artırılması və enerjinin idarə edilməsində innovativ texnologiyaların tətbiqinə yönəlib. Həmçinin, SOCAR-ın davam edən rəqəmsal transformasiya prosesini dəstəkləmək üçün əməkdaşlığın genişləndirilməsi və gələcək texnologiya təşəbbüslərinin…

Read More

“2025-ci ilin 9 ayı üzrə sığortahaqları 1157 milyon, sığorta ödənişləri isə 684 milyon manat təşkil edib”. GDP xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Sığortahaqları ötən ilin eyni dövrü ilə müqayisədə 13%, sığorta ödənişləri isə 23.5% artıb. Sığortahaqlarının 76%-i könüllü, 24%-i isə icbari sığorta növlərinin payına düşür. 2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq. Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi…

Read More