Author: Aynure Gdp

“SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Nazir qeyd edib ki, SOCAR-ın son 5 ildə xalis mənfəəti təxminən 2 dəfədən çox artıb. “Vergi məbləğinin ödənilməsi ilə bağlı olan şərhlər yalnış mülahizədir. Bu məlumatlar açıqdır. Yanaşma belə oldu ki, müəssisə sadəcə olaraq yalnız mənfəət vergisini ödəyir. Bu, belə deyil. Müəssisə tərəfindən ödənilən vergilər müxtəlif növ vergilərdən ibarətdir. Ona görə də dövlət müəssisələrinin optimallaşdırılması hər zaman dövlətin aidiyyəti strukturlarının diqqətində bundan sonra da olacaq.…

Read More

“Le Royal Meridien Abu Dhabi” oteli otelçilik sahəsində 30 ilə yaxın təcrübəyə malik Rövşən Məmmədovu Maliyyə Direktoru vəzifəsinə təyin edib. R.Məmmədov qonaqpərvərlik, daşınmaz əmlak və sənaye sahələrində zəngin təcrübəyə malikdir. O, bu vəzifəyə qədər Azərbaycan Sənaye Korporasiyasında 19 törəmə müəssisəni əhatə edən 800 milyon ABŞ dolları dəyərində aktiv portfelini idarə edib. Karyerası boyunca R.Məmmədov Azərbaycan, Gürcüstan və Qazaxıstanda yerləşən “Trump International Hotel Baku”, “Hyatt Regency” və “Marriott International” kimi tanınmış otel şəbəkələrinin maliyyə departamentlərində rəhbər vəzifələrdə çalışıb və beynəlxalq səviyyədə dəyərli təcrübə toplayıb. Qeyd edək ki, Le Meridien 1972-ci ildə Air France tərəfindən Fransada yaradılıb. Lüks otellər şəbəkəsi kimi fəaliyyət…

Read More

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2026-cı il üçün dövlət büdcəsinə 150 milyon manat dividend ödəməsi nəzərdə tutulur. GDP-nin məlumatına görə, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi Rəydə bildirilir. Sənəddə qeyd olunur ki, bu məbləğ 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə dəyişməyib. Həmçinin Rəydə göstərilir ki, bank bu ilin yanvar-avqust aylarında 175,1 milyon manat dividend ödəyib və proqnozu 116,7 % yerinə yetirib. Beləliklə ABB-nin 2026-cı ildə nəzərdə tutulan dividend ödənişi, 2025-ci ildə ödənilən məbləğlə müqayisədə 25,1 milyon manat və ya təxminən 14.3% azalmışdır. Qeyd edək ki, ABB 2022-ci ildə 125 milyon manat, 2023-cü ildə 156,6 milyon…

Read More

Bu ilin 10 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 16,2 % artaraq 82,5 milyard ABŞ dollarına çatıb. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, oktyabrın sonuna təkcə AMB-nin valyuta ehtiyatları 11,4 milyard ABŞ dolları təşkil edib: “Strateji valyuta ehtiyatları beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edir, 37 aylıq mal və xidmət idxalına kifayət edir”.

Read More

BƏƏ-nin Enerji Naziri Suhail əl-Məzruey, 2026-cı ildə neft bazarında “artıq təklif” (oversupply) ehtimalına dair suala cavab verərkən, bu ehtimalı qətiyyətlə rədd edib. O, “Mən artıq təklif ssenarisi haqqında danışmayacağam,” deyərək, əlavə edib: “Gördüyümüz hər şey daha çox tələbatla bağlıdır.” Həmçinin, OPEC-in Baş Katibi Haitam əl-Qais də bazarda sürprizlərin gözlənilmədiyini və tələbatın güclü qaldığını vurğulayıb. O, OPEC+ qrupunun son qərarını şərh edərək bildirib ki, bu qərar təklif-tələbat balansını qorumağa yönəlib. OPEC+ ölkələri, o cümlədən BƏƏ, dekabr ayında hasilat hədəflərini artırmağa razılaşsalar da, təklif bolluğu qorxusu səbəbindən 2026-cı ilin birinci rübündə artımı dayandırma qərarı alıblar. BƏƏ-nin neft şirkəti ADNOC-un baş icraçı direktoru…

Read More

Audi, Lamborghini, Bentley və Ducati markalarını özündə birləşdirən Volkswagen Qrupunun premium bölməsi, əməliyyat rentabelliyi proqnozunu aşağı saldığını açıqlayıb. GDP xəbər verir ki, əvvəlki gözləntilər üzrə bu rəqəmin 7% səviyyəsində olacağı ehtimal edilirdi, amma yeni proqnoza əsasən əməliyyat rentabelliyi 4-6% arasında olacağı gözlənilir. Şirkət eyni zamanda, Porsche-nin elektrik avtomobillərinin buraxılışı da təxirə salınıb.

Read More

OpenAI, yeddi illik müqavilə çərçivəsində yüz minlərlə Nvidia Corp. qrafik prosessoruna (GPU) çıxış əldə etmək üçün Amazon Web Services (AWS)-ə 38 milyard dollar ödəyəcək. Bloomberg-in versiyasına görə, bu, OpenAI-ın “Süni İntellekt nəhəngi” statusuna keçidinin təsdiqidir.

Read More

Sərfəli mobil operator “Nar”ın “Çoox Şanslı” lotereyası çərçivəsində bu axşam ikinci avtomobil tirajı keçiriləcək. Beləliklə, növbəti “Haval H6 Ultra” avtomobilinin sahibi bəlli olacaq. Eyni zamanda, daha üç “Nar” abunəçisi “Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanacaq. Qaliblərin adları təsadüfi seçim əsasında müəyyən edilir və nəticələr canlı yayımda elan olunur. Bu lotereyada ilin sonuna qədər “Nar” abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro” smartfonu, hər həftə “Haval H6 Ultra” avtomobili və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazana bilər. Qeyd edək ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün “Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı…

Read More

Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov 27-30 oktyabr tarixlərində Çinin paytaxtı Pekində “Financial Street Forum 2025” beynəlxalq konfransında iştirak edib. Forum çərçivəsində Çin İnvestisiya Korporasiyası tərəfindən təşkil olunan “Gələcəyə doğru innovasiya: Yeni sərhədlərarası investisiya ekosisteminin formalaşdırılması” mövzusunda paralel sessiya keçirilib. Bu sessiyada spiker kimi çıxış edən Fərhad Zeynalov ARDNF-nin fəaliyyəti və investisiya strategiyası ilə bağlı mühüm məsələlərə toxunub. Çıxışı zamanı o, suveren sərvət fondlarının texnoloji tərəqqi və sənaye inkişafını dəstəkləyən sahələrə uzunmüddətli kapital qoyuluşlarının dayanıqlı iqtisadi artımın təminatında əhəmiyyətli rol oynadığını bildirib. Zeynalov həmçinin, ARDNF-nin institusional əməkdaşlığın gücləndirilməsinə, məsuliyyətli investisiya yanaşmalarının inkişaf etdirilməsinə və dayanıqlı iqtisadi…

Read More