Author: Aynure Gdp

Mərkəzi Bankın sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının  Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar və rəqəmsal ödənişlərin inkişaf məsələləri müzakirə olunub. Tərəflər həmçinin Mərkəzi Bank ilə əməkdaşlıq çərçivəsində DB tərəfindən icra edilən “Maliyyə sektorunun modernləşdirilməsi 3” layihəsi üzrə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə geniş məlumat mübadiləsi aparıblar. Görüşdə eyni zamanda DB-nin Azərbaycandakı fəaliyyəti və gələcək perspektivləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Read More

Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib ki, şirkətin əməkdaşı Sitarə xanım Filateliyanın İnkişafı üzrə Dünya Assosiasiyasının (WADP) Sədri seçilmişdir. GDP xəbər verir ki, onun sözlərinə görə bu, Azərbaycan poçt xidmətinin beynəlxalq arenada əldə etdiyi növbəti uğurdur. Təşkilatın sədri seçilən Sitarə xanımın bu vəzifəyə seçilməsi Azərbaycan peşəkarlarının filateliya sahəsindəki biliyinin və təcrübəsinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi kimi qiymətləndirilir. Qeyd edək ki, Filateliyanın İnkişafı üzrə Dünya Assosiasiyası (WADP) kolleksiyaçılıq və poçt markalarının nəşri sahəsində aparıcı beynəlxalq təşkilatlardan biridir.

Read More

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) nümayəndə heyəti İcraçı direktor İsrafil Məmmədovun rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) illik iclasında iştirak edir. “Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması” mövzusuna həsr olunmuş forum dünyanın aparıcı suveren sərvət fondlarını bir araya gətirən yeganə beynəlxalq platformadır. Tədbir BƏƏ-nin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayid Əl-Nəhyanın himayəsi altında, Əbu-Dabi İnvestisiya Təşkilatı (ADIA), Mubadala İnvestisiya Şirkəti və digər strateji tərəfdaşların ev sahibliyi ilə baş tutur. Forum çərçivəsində qlobal iqtisadi və geosiyasi dəyişikliklər şəraitində suveren fondların uzunmüddətli dəyər yaradan investisiya strategiyaları, dayanıqlı kapital qoyuluşu, texnoloji transformasiya və alternativ aktivlərin inkişafı…

Read More

2025-ci ilin yanvar–sentyabr ayları ərzində  kommersiya banklarının xalis xarici aktivlər 4 730,9 milyon manatdan 4 978,4 milyon manata yüksələrək 247,5 milyon manat və ya 5,2 % artmışdır. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, kommersiya banklarının məcmu xarici aktivlər 8 486,9 milyon manatdan 8 992,3 milyon manata qalxmış, yəni 505,4 milyon manat və ya 6,0 % artım qeydə alınmışdır. kommersiya banklarının xarici öhdəlikləri  2025-ci ilin ilk 9 ayında  2 623,6 milyon manatdan -2 926,1 milyon manata yüksəlmiş, bu da 302,5 milyon manatlıq və ya 11,5 %-lik artım deməkdir. Artım bankların xarici maliyyə bazarlarından daha çox vəsait cəlb etməsi ilə bağlıdır.…

Read More

Almaniyanın Ştutgart şəhərində yerləşən avtomobil istehsalçısı Mercedes, 2025-ci ilin ilk doqquz ayında konsolidasiya olunmuş xalis mənfəətin 50,3% azalaraq 3,87 milyard avro olduğunu elan edib. GDP xəbər verir ki, keçən ilin eyni dövründə bu rəqəm 7,8 milyard avro təşkil edirdi. Mənfəətin kəskin şəkildə azalmasının səbəbləri arasında yeni gömrük rüsumları, satışların azalması və səmərəlilik tədbirləri ilə bağlı xərclər göstərilib. Şirkət hələ də satış həcmləri, gəlir və mənfəətin əhəmiyyətli dərəcədə aşağı düşəcəyini gözləyir. Gəlirliliyi yenidən artırmaq üçün şirkət 5 milyard avro dəyərində xərclərin azaldılması proqramıbaşladıb. 2027-ci ilə qədər istehsal və daimi xərclərin 10% azaldılması, həmçinin material xərclərinin optimallaşdırılması nəzərdə tutulur. Rəqəmlər göstərir ki,…

Read More

PayPal və Palantir-in həmtəsisçisi milyarder Piter Til, ən böyük kriptovalyutanın ilkin ideyalarından uzaqlaşdığını iddia edərək, Bitcoin barədə ciddi narahatlığını bildirib. GDP xəbər verir ki, məşhur sahibkar və investor dünyanın aparıcı aktivlərindən biri olan Bitcoin-in nəzarətinin BlackRock şirkətinə keçdiyini bildirib. Til, “Ola bilsin ki, Larri Fink BlackRock ETF-i ilə ESG əleyhdarlarına təslim olub, ya da ola bilsin ki, Bitcoin onlar tərəfindən udulub. Və mən qorxuram ki, ikincisi baş verib” ifadəsini işlədib.

Read More

ABŞ-nin məşhur elektromobil istehsalçısı “Tesla” əlverişli mənzil bazarında inqilab edə biləcək yeni bir layihə üzərində işləyir. GDP xəbər verir ki, şirkət “Tiny House” (Kiçik Ev) adlandırdığı, 76 m² sahəsi olan kompakt və enerjiyə qənaət edən bir ev modeli təklif etməyi planlaşdırır. Qeyri-rəsmi məlumatlara görə, belə bir evin təxmini qiyməti cəmi 7789 ABŞ dolları ola bilər. Bu qiymətə görə, layihə dünyada əlverişli mənzil probleminin həllində mühüm bir addım kimi qiymətləndirilir. Tesla-nın ən yeni enerji və qənaət texnologiyaları ilə təchiz olunması gözlənilən “Tiny House”, ənənəvi yaşayış sahələrindən fərqli olaraq, həm qiyməti, həm də enerji səmərəliliyi ilə seçiləcək. Lakin qeyd etmək lazımdır ki,…

Read More

ABŞ Federal Ehtiyat Sistemi (FED) bu il ikinci dəfə əsas faiz dərəcəsini 25 baza bəndi (0,25%) azaldaraq illik 3,75%-dən 4% həddinə endirib. FED xəbər verir ki, qurumun yaydığı press-relizdə bu qərarın əsaslandırılması kimi bir sıra amillər göstərilib. Qeyd olunur ki, iqtisadi fəaliyyət orta tempdə artmaqda davam edir, inflyasiya isə ilin əvvəlinə nisbətən yüksəlib və “bir qədər yüksək” səviyyədə qalır. İşsizlik səviyyəsi isə avqust ayına qədər aşağı səviyyədə qalmaqla birlikdə, cüzi artım təşkil edib. FED, Federal Açıq Bazar Komitəsinin (FOMC) məqsədinin uzunmüddətli dövrdə maksimum məşğulluq və 2% inflyasiya hədəfinə çatmaq olduğunu bir daha vurğulayıb. Bununla belə, komitə iqtisadi perspektivlərin qeyri-müəyyənliyini saxladığını…

Read More

Azərbaycan Mərkəzi Bankının (MB) sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabından bildirib ki, bank ilə Türkiyə Sığorta ve Özəl Pensiyaları Tənzimləmə ve Nəzarət Agentliyi (SƏGM) arasında sığorta sektorunda əməkdaşlığı daha da gücləndirəcək bir Anlaşma Memorandumu imzalanıb. GDP -nin məlumatına görə. Taleh Kazımov yazıb ki, MB tərəfindən SƏGM-nin sədri Davut Menteşin rəhbərlik etdiyi nümayəndə heyəti qəbul edilib. Görüşdə tərəflər qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşün əsas nəticəsi olaraq, hər iki ölkənin sığorta sektorunda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Kazımov qeyd edib ki, Memorandumun əsas məqsədi qurumlar arasında sığorta…

Read More