Author: Aynure Gdp

ABB-nin Baş direktoru Fuad İslamov, ODDO BHF Bank və Euler Hermes nümayəndələri ilə keçirilən görüş barədə məlumat verib. GDP-nin məlumatına görə, Fuad İslamov bildirib ki, görüş zamanı əməkdaşlıq imkanları müzakirə olunub və Almaniya şirkətlərinin Azərbaycanda, xüsusilə bərpa olunan enerji və iri sənaye sahələrindəki potensial layihələr araşdırılıb. İslamov, Euler Hermes sığortası altında uzunmüddətli maliyyələşdirmənin iri miqyaslı təşəbbüslər üçün yaxşı bir həll ola biləcəyini vurğulayıb. O, əməkdaşlıq üçün güclü potensial gördüklərini və qarşılıqlı faydalı layihələrin inkişaf etdirilməsinin, eyni zamanda Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Fuad İslamov, bu cür təşəbbüslərin hər iki ölkə üçün də iqtisadi inkişaf və…

Read More

Mərkəzi Bankın sədri Taleh Kazımov, Mentorluq proqramı çərçivəsində keçirilən dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Sənan Mustafayev və İsmayıl Hüseynov ilə növbəti dəfə görüşüb. Görüşdə qaliblərin proqram çərçivəsində növbəti fəaliyyət istiqamətləri və peşəkar təşəbbüsləri müzakirə edilib. Taleh Kazımov, görüşdə həmçinin, qaliblərə gələcək strateji inkişaf planları və bank-maliyyə sektorunda uğur əldə etmək üçün praktiki tövsiyələr verib. Müzakirələr zamanı, həmçinin sektordakı inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. “Yüksəliş” müsabiqəsinin qalibləri, bu görüşün öz peşəkar inkişaflarına böyük töhfə verdiyini və növbəti mərhələlərdə daha böyük addımlar atmaq üçün vacib istiqamətləri müəyyən etdiklərini qeyd ediblər.

Read More

PashaPay-in baş icraçı direktoru Samir Məmmədov Bakıda keçirilən “Baku Fintech Forum 2025″də fintex sahəsinin Azərbaycan iqtisadiyyatının gələcəyindəki əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, fintexlər ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək və bu sahə rahatlıq və yenilik gətirərək yeni davranış formalarının yaranmasına səbəb olacaq. Məmmədov, fintexlərin nağd iqtisadiyyata qalib gəlməyin ən asan yolu olduğunu bildirib: “Dünya təcrübəsi göstərir ki, texnologiya şirkətləri və fintexlər bir çox sahələrdə uğur əldə edir. Bizim də peşəkar missiyamız nağd iqtisadiyyatı nağdsız iqtisadiyyata çevirməkdir. Nağdsızlaşdırma ilə maliyyə inkluzivliyini təmin edərək, daha rahat və daha təhlükəsiz həllər təqdim etməyi hədəfləyirik.” Fintexlərin maliyyə sisteminin müasir tələblərinə uyğunlaşmasına kömək etdiyini vurğulayan…

Read More

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Böyük Britaniyanın ən mühüm nəqliyyat qovşaqlarından biri olan London Qatvik Hava Limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirib. Bu investisiya, “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində reallaşıb və ARDNF-ın Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını nümayiş etdirir. Neft Fondunun İcraçı direktorunun müavini Bəhruz Bəhramov investisiya fəlsəfəsi ilə bağlı fikirlərini bölüşərək bildirib: “Neft Fondunda biz uzunmüddətli investisiyaların bazarın nəbzini tutmaqla yox, zamanın özünü anlamaqla bağlı olduğuna inanırıq. Sərvət fondları səbirli, intizamlı və qlobal səviyyədə bağlı olmalıdır. Diqqətimiz həm indiki…

Read More

Bakı Fintex Forum 2025-də çıxış edən Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilov, son iki ildə siyasət və nəzarət prizmasından nəzər yetirdikdə, Azərbaycanda artıq 18 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 2 operator fəaliyyət göstərdiyini bildirib. O, həmçinin qeyd edib ki, bu il ərzində lisenziyalaşdırılmış təşkilatların cəmi dövriyyəsi 38.8 milyard manatı keçib. Vüsal Xəlilov bu rəqəmin böyük bir göstərici olduğunu və gələcəkdə daha da artacağına inandığını vurğulayıb.

Read More

Silk Way Group-un tərkib hissəsi olan Silk Way AFEZCO, Luxaviation Group-un üzvü ExecuJet ilə tərəfdaşlıq haqqında razılaşma əldə edib. GDP xəbər verir ki, tərəflər Ələt Beynəlxalq Hava Limanında yeni nəsil Sabit Baza (FBO) inşa edəcək. Tikintiyə 2025-ci ilin sonunda başlanılacaq, baza 2027-ci ilin əvvəlində istifadəyə veriləcək. ExecuJet Silk Way AFEZCO-nun yeni Gulfstream G500 təyyarəsinin idarəetməsini həyata keçirəcək. Bu, Luxaviation Group-un Azərbaycanda idarə etdiyi ilk təyyarə olacaq. Həmçinin Ələt Azad İqtisadi Zonasında birgə müəssisə yaradılması planlaşdırılır. Luxaviation Group-un baş direktoru Patrik Hansen bildirib ki, tərəfdaşlıq Xəzər regionunda xidmət keyfiyyəti üçün yeni standartlar təyin edəcək. Silk Way AFEZCO-nun baş direktoru Cavad Dbila…

Read More

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kristal Abşeron” MMC-nin (ticarət adı ilə “Kristal Bakı”) fəaliyyəti ilə bağlı rəsmi araşdırma başladı. GDP xəbər verir ki, Tikinti şirkəti, “Kristal Bakı” yaşayış kompleksindəki mənzillərin təmir səviyyəsi ilə bağlı aldadıcı reklam təqdim etdiyi iddiaları ilə üzləşir. Agentliyə çatdan birbaşa müraciətlərdə alıcılar, reklam materiallarında göstərilən keyfiyyətli təmir işləri ilə faktiki həyata keçirilən işlər arasında əhəmiyyətli fərqlər olduğunu bildiriblər. İstehlakçıların şikayətlərini əsas götürən Agentlik, məsələni rəqabət qanunvericiliyi çərçivəsində araşdırır. Araşdırmanın əsas məqsədi, reklamların istehlakçı hüquqlarını pozub-pozmadığını və rəqabət qaydalarına zidd hərəkətlərin olub-olmadığını müəyyən etməkdir. Hazırda yoxlama işləri davam edir. Agentlik araşdırmanın nəticələri barədə ictimaiyyəti vaxtında…

Read More

İnnovasiya lideri Bakcell-in süni intellekt əsaslı mega lotereyası abunəçilər arasında həyəcanı getdikcə artırır! Bu gün daha 3 abunəçi “iPhone 17” qazanaraq qaliblər sırasına qoşulub. Beləliklə, artıq 4 “iPhone 17” sahibinin adı məlumdur.“Zeekr 001” qalibi 8 oktyabrda açıqlanacaq!Bakcell abunəçiləri hər gün “iPhone 17”, hər həftə “Zeekr 001”, finalda isə “Porsche Cayenne” qazanmaq imkanı əldə edirlər. Sən də süni intellektin seçdiyi növbəti qalib ola bilərsən!Qalib olmaq indi çox asandır!Sadəcə Bakcell-in “Şans” paketlərindən birini al və şansını 8 dəfəyədək artır:• 1 AZN-lik “Şans” paketi – 3 şans + 10 şəbəkədaxili dəqiqə → *808#3#YES• 5 AZN-lik “Şans” paketi – 25 şans + 100 şəbəkədaxili…

Read More

İstənilən sahədə fəaliyyət göstərən iri şirkətlərin uzunmüddətli strategiyalarında gəlirləri artırmaq və səhmdarlara daha çox dividend qazandırmaq missiyası durur. Lakin bu missiya ilə parallel olaraq şirkətlər yalnız mənfət əldə etmək üçün deyil, həm də cəmiyyətə, ətraf mühitə və insanlara qarşı məsuliyyətli davranmağı öz strateji planında əks etdirir. Bu, iri şirkətlər tərəfindən həyata keçirilən sosial məsuliyyət proqramlarıdır ki, burada şirkətlər cəmiyyətin rifahına, ətraf mühitin qorunmasına və insanların sosial inkişafına töhfə verməyə çalışırlar. Azərbaycanda belə şirkətlərdən biri də ölkənin ən iri sement istehsalçısı olan “NORM” ASC-dir. Bu şirkət sosial məsuliyyətini daha dərindən düşünərək cəmiyyətin rifahı, o cümlədən insanların sosial inkişafına dəstək verən iri bir sosial layihənin…

Read More

Kriştianu Ronaldu futbolçular arasında ilk milyardər olub. GDP xəbər verir ki, Portuqaliyalı futbolçunun sərvəti 1,4 milyard dollara çatıb, bunu Bloomberg xəbər verib. Bu nailiyyət 40 yaşlı futbolçunun Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə bağladığı böyük müqavilə ilə əlaqələndirilir. Razılaşmaya əməkhaqqı, bonuslar və eksklyuziv hüquqlar daxildir. Ronaldun kapitalına onun böyük markalarla əməkdaşlığından əldə etdiyi gəlirlər də əhəmiyyətli dərəcədə töhfə verib. Gəlirlərin bir hissəsini, məsələn, mehmanxana biznesi, CR7 markalı geyimlər kimi kommersiya layihələri təşkil edir.

Read More