Close Menu
    What's Hot

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026
    Trending
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    • Avto-icbari sığorta üzrə ən çox şikayət edilən sığorta şirkətlərini açıqlanıb-SİYAHI
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
      Recent

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026

      Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

      09 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Ramil Mahmudov: “Norm təkcə məhsul istehsalçısı deyil, peşəkar ekosistem yaradan lider kimi tanınır”
    Biznes

    Ramil Mahmudov: “Norm təkcə məhsul istehsalçısı deyil, peşəkar ekosistem yaradan lider kimi tanınır”

    08 Oktyabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    İstənilən sahədə fəaliyyət göstərən iri şirkətlərin uzunmüddətli strategiyalarında gəlirləri artırmaq və səhmdarlara daha çox dividend qazandırmaq missiyası durur. Lakin bu missiya ilə parallel olaraq şirkətlər yalnız mənfət əldə etmək üçün deyil, həm də cəmiyyətə, ətraf mühitə və insanlara qarşı məsuliyyətli davranmağı öz strateji planında əks etdirir. Bu, iri şirkətlər tərəfindən həyata keçirilən sosial məsuliyyət proqramlarıdır ki, burada şirkətlər cəmiyyətin rifahına, ətraf mühitin qorunmasına və insanların sosial inkişafına töhfə verməyə çalışırlar.

    Azərbaycanda belə şirkətlərdən biri də ölkənin ən iri sement istehsalçısı olan “NORM” ASC-dir. Bu şirkət sosial məsuliyyətini daha dərindən düşünərək cəmiyyətin rifahı, o cümlədən insanların sosial inkişafına dəstək verən iri bir sosial layihənin təşəbbüskarı və icraçısıdır.  Azərbaycanın 41 rayonunu əhatə edən “Norm Ustalar Klubu” adlanan bu layihə ölkənin tikinti mədəniyyətinə dəyər verilən sosial məsuliyyət missiyasıdır.

    Bu sosial layihə ilə bağlı geniş məlumatı “NORM” ASC-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Ramil Mahmudovun  müsahibəsində təqdim edirik. 

    Hörmətli Ramil müəllim, “Norm Ustalar Klubu” layihəsinin ideyası necə yarandı və bu təşəbbüslə şirkət hansı sosial və strateji məqsədləri hədəfləyir?

    -Bildiyimiz kimi, “Norm Ustalar Klubu” layihəsi sadəcə bir loyallıq proqramı kimi deyil, bir ekosistem, peşəkar şəbəkə və platforma kimi formalaşdırılıb. Biz gördük ki, sement istehsalında ən vacib həlqə, yəni ustalar çox zaman kölgədə qalır. Halbuki, evin keyfiyyətini, müştərinin razılığını və brendə olan inamı məhz ustalar formalaşdırır.

    Bu ideyadan yola çıxaraq məqsədimiz yalnız məhsul tanıtmaq deyil, peşəkar icma yaratmaq, ustalara sosial, iqtisadi və mənəvi dəyər qazandırmaq idi. Layihə həm sosial məsuliyyət, həm də uzunmüddətli brend strategiyasının bir hissəsidir. Çünki biz inanırıq. Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən.

    “Ustalar Klubu”nun fəlsəfəsi nədən ibarətdir?

    -Layihənin mərkəzində “insan – ailə – peşə” üçlüyü dayanır. Biz ustaları təkcə müştəri deyil, Norm ailəsinin bir üzvü kimi görürük. Bu klub həm birlik, həm də bilik platformasıdır. Burada məqsəd ustaları sadəcə mükafatlandırmaq deyil, onları inkişaf etdirmək, tanıtmaq və cəmiyyətin önündə dəyərləndirməkdir. Ustalar özlərini bir brendin parçası kimi hiss etdikdə, bu həm onların peşə motivasiyasını artırır, həm də sənaye standartlarını yüksəldir. Bizim üçün bu layihə həm ürək işi, həm də sosial məsuliyyət missiyasıdır.

    Kluba kimlər üzv ola bilər və üzvlük prosesi necə baş verir?

    -Klubun üzvü olmaq üçün usta olmaq kifayətdir, fərq etməz, o Bakıda işləyir, yoxsa bölgədə. Sadəcə “Norm Master Club” mobil tətbiqini yükləyib qeydiyyatdan keçmək, sualları cavablandırmaq və məhsul üzərindəki QR kodları skan etməklə sistemə qoşulmaq mümkündür. Bu, Azərbaycanın tikinti sahəsində ilk tam rəqəmsal loyallıq platformasıdır. Ustalar burada həm bonus toplayır, həm də maarifləndirici videolara baxır, aksiyalarda iştirak edir, təlimlərə yazılırlar. Qısa desək – bu, ustalar üçün bir məktəb və peşəkar şəbəkədir

    -Norm Ustalar Klubu ustalar üçün hansı dəyərləri və üstünlükləri yaradır?

    Bizim üçün bonus sadəcə motivasiya alətidir, əsas məqsəd isə peşəkar inkişaf və sosial dəstəkdir.
    Biz NORM sement olaraq ustalar üçün nə edirik? Peşəkar və texniki təlimlər keçir, sərgi, seminar və ustad dərslərində iştirak imkanı yaradırıq. Bununla yanaşı, ustalar sosial layihələrdə və idman tədbirlərində iştirak edirlər, uğurlu ustalar mediada tanıdılır və mükafatlandırılır. Bu, ustaların cəmiyyət qarşısında dəyərlərini artırır və onları daha çox fəxr hissi ilə işinə bağlayır.

    Ailələr üçün hansı sosial layihələr həyata keçirilir?

    -“Norm Ustalar Klubu”nun fərqli tərəfi ondan ibarətdir ki, biz bu layihəni yalnız ustalar üçün deyil, onların ailələri üçün də nəzərdə tutmuşuq. Ustaların övladları üçün təhsil və rəsm müsabiqələri, futbol turnirləri, intellektual yarışlar, həmçinin onlayn internship proqramı həyata keçiririk. Ustaların xanımları üçün isə sosial və bacarıq inkişafı layihələri, psixoloq və həkim konsultasiyaları təşkil olunur.

    Beləliklə, klub təkcə ustaların deyil, bütün ailənin rifahına yönələn sosial platformaya çevrilib. Biz inanırıq ki, ailəyə toxunan hər layihə cəmiyyətə müsbət enerji qaytarır.

    Bu günə qədər layihənin coğrafiyası necədir?

    -Hazırda “Norm Ustalar Klubu” artıq 41 regionda fəaliyyət göstərir. Hər il yüzlərlə yeni usta qoşulur, çünki onlar həm sosial dəyərləri, həm də brendin etibarlılığını görürlər. Ən önəmlisi, ustalar özləri artıq Norm markasının səfirlərinə çevriliblər.
    Bu layihə sayəsində Norm təkcə məhsul istehsalçısı deyil, peşəkar ekosistem yaradan lider kimi tanınır.

     Gələcəkdə “Norm Ustalar Klubu”nu necə inkişaf etdirməyi planlaşdırırsınız?

    Növbəti mərhələdə biz layihəni daha da rəqəmsallaşdırmağı və sertifikasiya mərhələsinə keçirməyi planlaşdırırıq.

    Artıq ustalar üçün rəsmi sertifikasiya imtahanları keçirilir və gələcəkdə bu, bütün sənaye üzrə peşə standartı rolunu oynayacaq.

    Hədəfimiz ustaları sadəcə müştəri deyil, Norm innovasiya platformasının bir hissəsinə çevirməkdir. Onların təcrübəsini və təkliflərini məhsul innovasiyalarına inteqrasiya etmək istəyirik.

    Bu layihə sizin liderlik baxışınızda hansı yeri tutur?

    Mənim üçün bu layihə rəhbərlik fəaliyyətimin ən dəyərli hissələrindən biridir. Çünki bu, sadəcə marketinq və ya PR layihəsi deyil – insana, ailəyə və peşəyə dəyər verən liderlik fəlsəfəsidir. “Norm Ustalar Klubu” mənim üçün sübutdur ki, hər böyük brendin gücü onun yaratdığı ekosistemdə gizlidir. Bu layihə vasitəsilə biz bazar liderliyini sosial liderliklə birləşdiririk. Mən inanıram ki, məhz belə təşəbbüslər ölkəmizdə sənaye mədəniyyətini və sosial məsuliyyəti yeni mərhələyə qaldıracaq.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ASCO-nun yarımillik maliyyə mənzərəsi: 23,4 milyon manat mənfəət, kapitalda 2% artım, pul vəsaitlərində isə 23,5% azalma

    04 Sentyabr 2026

    “Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi – Fotolar

    04 Sentyabr 2026

    Bu gündən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycan manatında bəyan ediləcək

    03 Sentyabr 2026

    Azərbaycanın Milli Etalon Vaxtının rəsmi internet səhifəsi istifadəyə verilib

    27 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.