- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Mərkəzi Bankın məlumatlarına görə, xalis kredit portfelinin payı 48%-dən 47%-ə enmişdir. Bu, bankların kredit tədarükünə ehtiyatlı yanaşdığını göstərir. Eyni zamanda, likvid aktivlərin payı 27%-dən 28%-ə yüksələrək sektorun likvidlik riskinə qarşı daha hazırlıqlı olduğunu ortaya qoyur. Qiymətli kağızlara gəlincə, 2025-ci ilin ilk yarısında aktivlərin 18%-i bu kateqoriyaya daxildir. Öhdəliklərdə struktur dəyişikliyi: Maliyyələşmə mənbələrində diqqət çəkən dəyişikliklər müşahidə olunur. Hüquqi şəxslərin depozitlərinin payı 48%-dən 45%-ə enərək 3 faiz bənd azalıb. Fiziki şəxslərin depozitləri isə 31%-dən 30%-ə qədər geriləyib. Bunun əksinə olaraq, digər maliyyə mənbələrinin ümumi payı 20%-dən 25%-ə yüksəlib. Xüsusilə, mərkəzi idarəetmə orqanlarının depozit və kreditləri (6%) və digər maliyyə institutları qarşısında öhdəliklər (14%) sektorun maliyyələşməsində daha əhəmiyyətli…
ABŞ prezidenti Donald Tramp bildirib ki, gömrük rüsumları hesabına ölkə artıq 200 milyard dollardan çox gəlir əldə edib. GDP xəbər verir ki, onun sözlərinə görə, məqsəd bu rəqəmi ildə 1 trilyon dollara çatdırmaqdır.
İnnovasiya lideri “Bakcell” Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən “İnnovasiyalar və süni intellekt” adlı konfransın əsas tərəfdaşı olub. Konfransda dövlət qurumları, beynəlxalq təşkilatları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycanda müxtəlif sənaye sahələrində süni intellekt və innovasiyaların tətbiqlərini müzakirə etmək, dövlət və özəl qurumlar arasında əməkdaşlığı inkişaf etdirmək olub. “Azərbaycanın süni intellekt hekayəsi – innovasiyaya rəhbərlik edən yerli təşəbbüskarlar” adlı panel müzakirəsində “Bakcell”in baş icraçı direktoru Klaus Müller çıxış edib. O, şirkətin Azərbaycanda telekommunikasiya sahəsində innovasiya və süni intellekt üzrə həyata keçirdiyi yerli və beynəlxalq layihələrdən, eləcə də, “Bakcell”in məhsul və xidmətlərində ən son texnoloji həllərin…
Oktyabrın 2-də Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevi qəbul edib. GDP xəbər verir ki, görüş zamanı Zakir Nuriyevin 65 illik yubileyi münasibətilə təbriklər çatdırılıb, uzun müddət bank rəhbəri, eləcə də ABA-nın prezidenti kimi bank sektorunun dayanıqlılığının artırılması istiqamətində fəaliyyəti və sektora verdiyi töhfələr yüksək qiymətləndirilib. Mərkəzi Bankın sədri qeyd edib ki, Zakir Nuriyevin ABA rəhbəri kimi fəal idarəçiliyi və təşəbbüsləri bank sektorunda əməkdaşlıq əlaqələrinin güclənməsinə, eləcə də sahənin davamlı inkişafında mühüm rol oynayıb. O, Zakir Nuriyevin fəaliyyəti nəticəsində sektorda qurulan konstruktiv əməkdaşlıq atmosferinin bankçılıq sahəsinin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb.Zakir Nuriyev göstərilən diqqət və dəstəyə…
Almaniyanın Frankfurt şəhərində keçirilən SIBOS 2025 konfransı çərçivəsində ABB ilə Almaniyanın Helaba Bankı arasında müqavilə imzalanıb. GDP xəbər verir ki, 37 milyon avro məbləğində müqavilə korporativ müştərilərin yerli istehsalının dəstəklənməsi və ixrac potensialının artırılması məqsədinə yönəlib. Qeyd edək ki, Almaniyanın Helaba Bankı real sektorun maliyyələşdirilməsi sahəsində Avropanın qabaqcıl banklarındandır.
Azərbaycanda tikinti və istismar icazələrinin verilməsi prosesində sahibkarların üzləşdiyi müəyyən çətinliklər hələ də qalmaqdadır. Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin təşkilatçılığı ilə keçirilən “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması imkanları” mövzusunda tədbirdə deyib. Onun sözlərinə görə, cari il ərzində agentliyə tikinti sektoruna dair bir sıra müraciətlər daxil olub: “Onların böyük əksəriyyəti müvafiq icazələrin verilməsi ilə bağlıdır. Bundan əlavə, müraciətlər mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı yaranan çətinlikləri, tikinti aparılan sahədə ağacların köçürülməsi məsələlərini, tikinti materiallarının istehsalı üçün ‘Dağ-mədən ayırması” aktının…
Azərbaycanda suvarılan ərazilərin 11-12 %-də müasir suvarma sistemlərindən istifadə edilir. GDP xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günü çərçivəsində keçirilən “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, son bir-iki ildə ölkədə suvarma sistemlərindən istifadə 6-7 %-dən 11-12 %-ə artıb: “Bu, məni qane etmir. Biz bunun daha çoxuna nail olmalıyıq. Müasir suvarma sistemlərinin tətbiqinin 100 %-ə qədər artırmaq istiqamətində yol tutmalıyıq”. Nazir qeyd edib, iqlim dəyişikliyi deyəndə ağla təbii fəlakətlər və onların gətirdiyi fəsadlar gəlir: “Lakin su fəlakətinin fermerlərin təsərrüfatına və gəlirlərinə göstərdiyi təsirlər də diqqətdə saxlanılmalıdır. Azərbaycanda ildən-ilə…
Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi altında nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı – İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak edib. GDP xəbər verir ki, Mərkəzi Bankın sədri forumun “Ödəniş xidmətləri və sərhədsiz əməliyyatlar: praktik sessiyadan nəticələr” mövzusunda sessiyasında çıxış edərək, ödəniş sistemləri və transsərhəd əməliyyatlarla bağlı mühüm məsələlərə toxunub. Taleh Kazımov ödəniş sistemlərini müasir iqtisadiyyatın əsas sütunu adlandıraraq, onların qlobal maliyyə mənzərəsində strateji əhəmiyyətini vurğulayıb. Çıxışı zamanı o, xüsusilə transsərhəd ödənişlərin daha sürətli, şəffaf və əlçatan olması üçün zəruri olan addımları sıralayıb: “Rəqəmsal infrastruktura investisiyaların artırılması, müxtəlif ödəniş sistemləri…
Azərbaycan yaxın illərdə nəqliyyat sahəsini müasir texnologiyalar əsasında daha təmiz, ağıllı və dayanıqlı bir sistemə çevirmək niyyətindədir. GDP xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib. Onun sözlərinə görə, Paris Sazişi çərçivəsində 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmaq kimi çox iddialı hədəfləri olan bir ölkə üçün hökumətin, xüsusilə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında ciddi çağırışlar dayanır: “Bu, həm milli, həm də beynəlxalq səviyyədə müxtəlif maraqlı tərəflərin ehtiyac və gözləntilərini qarşılamağı tələb edən çoxölçülü bir sektordur. Dayanıqlı nəqliyyata keçid milli…
Azərbaycan Respublikası Milli Davamlı İnkişaq Fondu (ARDNF) dünyanın aparıcı investisiya qurumlarından biri olan, 75 ildən artıq təcrübəyə və 1,64 trilyon ABŞ dolları həcmində idarə olunan aktiv portfelinə malik “Franklin Templeton” ilə əməkdaşlığı çərçivəsində investisiya üzrə xüsusi təhsil proqramına start verib. GDP xəbər verir ki, Fondun insan kapitalını əsas sərvət hesab etdiyini vurğulayan ARDNF, hazırkı bacarıqların möhkəmləndirilməsi və gələcək tələblərə uyğun hazırlıqlı olmaq üçün bu cür təşəbbüslərin əhəmiyyətini qeyd edir. Təqdim olunan proqram, ARDNF-nin gələcəyə dair strateji baxışı ilə “Franklin Templeton”un qlobal investisiya təcrübəsini birləşdirir. Proqram seçilmiş əməkdaşlara aparıcı mütəxəssislərdən bilik almaq, peşəkar bacarıqlarını artırmaq və maliyyə sahəsində davamlı təsir göstərmək…
