Author: Aynure Gdp

Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 2025-ci ilin sentyabr ayında 61,1 milyon dollar və ya 0,5% artaraq 30 sentyabr 2025-ci il tarixində 11 milyard 310,5 milyon dollara çatıb. Bu barədə GDP Mərkəzi Banka istinadən xəbər verir ki, 29 avqust 2025-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 249.4 milyon dollar təşkil etmişdi.  2025-ci ilin 8 ayı ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları351 milyon dollar və ya 3,2% artıb.

Read More

İnnovasiya və sürət lideri “Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla davam edir.Tədbirin ilk günündə “Bakcell”in “Telekom” vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller “FinTex və telekommunikasiya sahələri arasında sinerji” mövzusunda panel müzakirəsində iştirak edib. “Özbəkistan Respublikasının Fintex Assosiasiyası”nın inkişaf üzrə rəhbəri və idarə heyətinin sədri Nargis Dustmatovanın moderatorluğu ilə keçirilən tədbirə Klaus Müller ilə yanaşı, “Birbank”ın gündəlik bank ofisinin rəhbəri Zakir Xanməmmədov, “Freedom Telecom International”ın baş icraçı direktoru Yohannes Hummer və “GoldenPay”ın baş icraçı direktoru Eynar Abdullayev qatılıb. Paneldə çıxış zamanı Klaus Müller “Bakcell”in innovativ biznes yanaşması, süni intellekt və rəqəmsal həllərin məhsul və xidmətlərdə tətbiqi barədə ətraflı məlumat verib.…

Read More

Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) maliyyə bazarlarında iştirak edən bütün vətəndaşları və investorları diqqətli olmağa çağırır. Son dövrlərdə müşahidələrimiz göstərir ki, müxtəlif qeyri-rəsmi platformalar, etibarsız vasitəçilər və fırıldaqçı mexanizmlər vasitəsilə vəsaitlərin ələ keçirilməsi halları artmaqdadır. Hətta bu fırıldaqçılar təəssüf ki, bizim tanınan media platformalarında da özlərini reklam etdirməyə nail olurlar. AKBA olaraq vurğulamaq istəyirik ki, maliyyə bazarında hər hansı addım atmadan öncə vəsaitlərin yerləşdiriləcəyi platforma və şirkət barədə ətraflı araşdırma aparmaq, məlumatlı qərar vermək mühüm əhəmiyyət kəsb edir. Vəsaitlərin investisiya olunması və ya müəyyən tərəfə köçürülməsi yalnız tam əminlik yarandıqdan sonra həyata keçirilməlidir. Azərbaycan Respublikasında investisiyalar üzrə vasitəçilik və məsləhət…

Read More

“PAŞA Bank” İdarə Heyətinin sədri müavini Bəhruz Nağıyev “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə (BCAW2025) etdiyi çıxışında bankın iqlim dəyişikliyi risklərini idarəetmə mexanizmləri barədə məlumat verib. “İndi biz iqlim risklərini nəzərə alaraq fəaliyyət göstəririk. İqlim risklərini nəzərə alaraq öz kredit sistemimizin inteqrasiyasını həyata keçiririk. Bununla bağlı bizim xüsusi modelləşməmiz var. Və bu modelləşmə əsasında kreditlərin iqlim risklərinə təsirlərini hesablayırıq,” – deyə Nağıyev bildirib. Bank nümayəndəsi qeyd etdi ki, hazırda PAŞA Bank-da bu yanaşma daxili tələb kimi formalaşıb. Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının da bütün sənaye üçün oxşar tələbləri mövcuddur. Nağıyev enerji keçidi mövzusuna da toxunarak bildirib:“İnkar etmək olmaz ki, bizim ölkəmiz karbohidrogen…

Read More

“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Savaş Uzan “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW2025) ikinci günündə etdiyi çıxışında Holdinqin kənd təsərrüfatı və təkrar emal sahəsindəki dayanıqlılıq təşəbbüsləri barədə məlumat verib. GDP -nin məlumatına görə, çıxışında 25 ildən artıqdır ki, “Azərsun Holdinq” tərəfindən Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların birləşdirilməşdirilərək istifadəsi istiqamətində addımların atıldığını bildirən Savaş Uzan qeyd edib: “Bu torpaqlarda biz innovativ metodlardan istifadə edərək ən son texnologiyaları tətbiq etmişik. Dron və suvarma sistemləri də daxil olmaqla, digər dayanıqlı təcrübələrdən istifadə etmişik. Bu prosesdə biz tək olmamışıq, fermerlərlə birgə işləmişik və bu sahədə uğurlu nəticələrimiz olub.” Savaş Uzan xüsusi ilə Holdinqin təkrar emal…

Read More

“PAŞA Bank” İdarə Heyətinin sədri müavini Bəhruz Nağıyev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW2025) ikinci günündə çıxış edərək yaşıl maliyyənin inkişafı və bankın öhtələrini yerinə yetirmək üçün zəruri şərtlər barədə məlumat verib. GDP xəbər verir ki, Nağıyevin qeyd etdiyinə görə, yaşıl layihələrdə uğur qazanmaq üçün maliyyə və güclü qanunvericilik çərçivəsi əsas amillərdəndir. O, vurğulayıb ki, yaşıl layihələrin uğurla həyata keçirilmısi üçün bank sektorunun bütün ehtiyaclarını əks etdirən müvafiq çərçivələrin formalaşdırılması vacibdir. “Bəlkə COP29-a qədər vəziyyət fərqli idi, amma COP29-dan sonra gözləntilər artdı, imkanlar və fürsətlər yarandı. COP29-la bağlı biz beynəlxalq yaşıl maliyyə vəsaitlərinə çıxış əldə etdik,” – deyə Nağıyev bildirib. Beynəlxalq…

Read More

Asiya İnkişaf Bankının sentyabr 2025 proqnozuna görə, Azərbaycan iqtisadiyyatı sabit, lakin orta templə inkişaf edir. GDP -nin mnəlumatına görə bankın hesabatında bildirilir ki, 2024-cü ildə iqtisadi artım 3,0% təşkil edib. Cari ildə artımın 3,4%-ə yüksələcəyi, 2026-cı ildə isə bir qədər azalaraq 3,2%-ə enəcəyi gözlənilir. İnflyasiya göstəriciləri də idarəolunan səviyyədə qalır: 2024-cü ildə 3,2%, 2025-ci ildə 2,8%, 2026-cı ildə isə 3,0%. Proqnozlara əsasən, Azərbaycanın iqtisadi inkişafına əsas təsir edən amil neft və qaz hasilatındakı dəyişikliklərdir.

Read More

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Energetika Naziri Pərviz Şahbazov Azərbaycanın alternativ enerji sahəsindəki inkişaf planları barədə açıqlama verib. GDP xəbər verir ki, nazirin sözlərinə görə, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzur bölgələrində ümumilikdə 1,6 QVt gücündə günəş və külək enerjisi stansiyalarının tikilib istifadəyə verilməsi nəzərdə tutulur. “Bu layihələr çərçivəsində Azərbaycanın yaşıl energetika sahəsində enerji istehsalını iki dəfə artıracağıq. Eyni zamanda, zərərli qaz emissiyalarını 2 milyon kubmetrədək azaltmağı planlaşdırırıq”, – deyə Pərviz Şahbazov bildirib. Qeyd olunur ki, layihələr ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində mühüm addım hesab olunur.

Read More

ABB 2025-ci il SIBOS tədbirində fəal iştirak edir. Uzun fasilədən sonra bank yenidən öz stendi ilə qlobal maliyyə ictimaiyyətinə təqdim olunub. GDP xəbər verir ki, tədbir çərçivəsində ABB nümayəndələri aparıcı beynəlxalq banklar və maliyyə institutları ilə görüşlər keçirib, həmçinin əsas seminar və sənaye müzakirələrinə qatılıb. ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib ki, bu görüşlər zamanı First Abu Dhabi Bank (FAB) ilə əməkdaşlıq daha da genişləndirilib. Tərəflər ABB-nin qiymətli kağızlar portfelinin şaxələndirilməsini dəstəkləyən və gələcək əməkdaşlığı möhkəmləndirən “saxlanc hesabı” (custody account) sazişini imzalayıblar. Bu addım bankın beynəlxalq maliyyə bazarları ilə əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi…

Read More

İnnovasiya və sürət lideri “Bakcell” “INMerge” İnnovasiya Sammitində tərəfdaş qismində çıxış edir.Sammit çərçivəsində “Bakcell”in son dövr innovasiya və süni intellekt əsaslı interaktiv stendi fəaliyyət göstərir. Stenddə “Bakcell”in təqdim etdiyi yeniliklər və süni intellekt əsaslı məhsul və xidmətlər barədə məlumat əldə etmək mümkündür. Bununla yanaşı, ziyarətçilər virtual reallıq (VR) texnologiyasına əsaslanan interaktiv oyunlarda iştirak edərək müxtəlif prestijli hədiyyələr qazanmaq imkanı əldə edirlər. Stenddə xüsusilə quraşdırılmış robot-barista iştirakçılara yeni dövr texnologiyalar vasitəsilə hazırlanan içkilər təqdim edir.Sammitin ilk günündə “Bakcell”in “Telekom” vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller və nüfuzlu qlobal liderlərin texnologiya kommunikasiyaları, rəqəmsal inkişaf və innovasiya ekosisteminin inkişafı mövzusunda geniş müzakirəsi…

Read More