- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) ilə dünyanın aparıcı qlobal depozitar və klirinq təşkilatlarından biri olan “Clearstream” şirkətinin nümayəndələri arasında görüş keçirilib. GDP xəbər verir ki, görüşdə MDM-i Müşahidə Şurasının sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli, “Clearstream”i isə Qlobal Məhsullar üzrə Baş Meneceri Yan Vilyems təmsil edib. Görüş zamanı depozitar xidmətlər sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri və Azərbaycan kapital bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyası məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı hesablaşma mexanizmlərinin yaradılması, o cümlədən MDM-in “Clearstream”də, “Clearstream”in isə MDM-də nominal saxlayıcı hesablarının açılması imkanları ilə bağlı müzakirələr aparıb. Bu, “Clearstream”in geniş beynəlxalq investor bazasının Azərbaycan fond bazarına…
Türkiyə və ABŞ dinc nüvə enerjisi sahəsində strateji tərəfdaşlıq memorandumu imzalayıb
ABŞ-ın keçmiş prezidenti Donald Trump TikTok-un fəaliyyəti ilə bağlı sövdələşməni imzalayıb. GDP xəbər verir ki,sənədə əsasən, sosial şəbəkə ABŞ-da tamamilə amerikan şirkətlərinin nəzarətinə keçir. Qərar çərçivəsində TikTok-un proqram təminatı və alqoritmləri yerli istifadəçilər üçün “təhlükəsiz” hesab edilən versiyaya uyğunlaşdırılacaq. Bununla da platformanın təhlükəsizliyinə dair narahatlıqların aradan qaldırılması nəzərdə tutulur. Həmçinin, TikTok-un Çində yerləşən ana şirkəti olan ByteDance platforma ilə bütün əlaqələrini itirəcək və onun məlumatlarına istənilən giriş imkanından məhrum ediləcək. Tədbir əsasən məlumatların təhlükəsizliyi və milli təhlükəsizlik baxımından atılmış addım kimi qiymətləndirilir. https://youtu.be/0sn41lKWtco
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini Bəhruz Bəhramov “PowerChina Resources Ltd.“ şirkətinin İdarə heyətinin sədri Conq Hayşyanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. GDP Neft Fonduna istinadla xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlıq çərçivəsində investisiya və əməkdaşlıq imkanları, xüsusilə bərpa olunan enerji və infrastruktur layihələri sahəsində birgə fəaliyyət perspektivləri müzakirə olunub. Conq Hayşyanq rəhbərlik etdiyi şirkətin beynəlxalq təcrübəsi və Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verərək, ölkənin yaşıl enerji gündəliyinə dəstək göstərməkdə maraqlı olduqlarını bildirib. Bəhruz Bəhramov isə ARDNF-in beynəlxalq tərəfdaşlarla strateji əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. O,…
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) Azərbaycan manatında 50 milyon manat həcmində üzən faizli istiqraz emissiyasına başlayır. GDP xəbər verir ki, Emissiya Prospektinə əsasən, istiqrazlar 1 oktyabr 2025-ci ildə ticarətə buraxılacaq və 1 oktyabr 2026-cı ildə geri ödəniləcək. İstiqrazların illik faizi Azərbaycan Banklararası Faiz Dərəcəsi (AZIR) əsasında müəyyən olunacaq və ödənişlər rüblük qaydada həyata keçiriləcək. 500 ədəd, hər biri 100 min AZN nominal dəyərində olan istiqrazlar Bakı Fond Birjasında listinqə daxil ediləcək. EBRD bildirib ki, “Bu emissiya Azərbaycanın kapital bazarında mühüm hadisə hesab olunur və yerli bazarda milli valyutada istiqrazların rolunu daha da gücləndirəcək”. İstiqrazlar bankın birbaşa və təminatsız…
ABŞ fond indeksləri ticarətin əvvəlində aşağı düşür, investorlar Fed rəhbərlərinin yeni bəyanatları fonunda ABŞ-nin statistik məlumatlarını və Fedrin pul-kredit siyasəti perspektivlərini qiymətləndirirlər. ABŞ iqtisadiyyatının üçdə ikisini təşkil edən istehlak xərcləri aprel-iyun aylarında əvvəllər güman edilən 1,5% yox, 2,5% artım göstərib. İstehlak xərcləri məxrəci (PCE) ikinci rübdə əvvəlki üç aya nisbətən 2,1% artıb. Əvvəllər 2% artım haqqında məlumat verilmişdi. Fed tərəfindən inflyasiya risklərinin qiymətləndirilməsində diqqətlə izlənən əsas PCE məxrəci (qida və enerji daşıyıcılarının qiymətləri istisna olmaqla) 2,6% yüksəlib. Əvvəllər 2,5% artım haqqında məlumat verilmişdi. Dow Jones indeksi Moskva vaxtı ilə 16:48-ə olan məlumata görə 0,41% enişlə 45932,52 bənd səviyyəsinə düşüb. S&P…
Azərbaycan Mərkəzi Bankı (AMB) ev təsərrüfatlarının istehlak, yığım və borclanma davranışlarını öyrənmək məqsədilə “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” adlı yeni sorğuya start verib. GDP xəbər verir ki, sorğu bu gündən etibarən Mərkəzi Bankın rəsmi veb saytında yerləşdirilib və geniş ictimaiyyətin iştirakına açıqdır. Layihə çərçivəsində ev təsərrüfatlarının cari və gözlənilən istehlak-yığım meylləri, borc yükü və ödəmə imkanları ilə bağlı məlumatlar toplanacaq. AMB-nin yaydığı məlumata görə, bu məlumatlar ölkənin makroiqtisadi göstəricilərinin təhlili və proqnozlaşdırılması, eləcə də pul və maliyyə sabitliyi siyasətinin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Sorğu ildə 4 dəfə, hər rübdə bir dəfə keçirilməsi nəzərdə tutulur. Mərkəzi Bank bildirir ki, ev təsərrüfatlarının maliyyə davranışları inflyasiyanın səviyyəsi…
ABŞ iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə ölkənin Ticarət Nazirliyinin yekun məlumatlarına görə, illik dinamika ilə hesablandıqda 3,8% artım göstərib. Bu, son yeddi rüb ərzində qeydə alınan ən yüksək artım tempidir. Əvvəllər iqtisadiyyatın 3,3% artdığı bildirilmişdi. Trading Economics məlumatlarına görə, analitiklər ümumiyyətlə məlumatların yenidən nəzərdən keçirilməsi gözləntisi içərisində deyildilər.
Almaniyanın ən böyük bankı Deutsche Bankın analitikləri fikrini bildiriblər ki, Bitcoin qızılın tarixi yolunu təkrarlayır və mərkəzi bankların ehtiyatlarında yer ala bilər. GDP xəbər verir ki, bunu The Block xəbər verir. Artıq 2030-cu ilə qədər mərkəzi banklar həqiqi qızılın yanında onun rəqəmsal analoqu olan bitcoin-i də ehtiyatlarına daxil edə bilərlər. Deutsche Bankın mütəxəssisləri qızıl və bitcoin arasında tarixi oxşarlıqlar qurdular: “Görünür tarix özünü təkrarlayır. Eynilə bitcoin kimi, qızıl da bir zamanlar şübhə, şübhəcilik və spekulyasiya ilə üzləşmişdi.” Ekspertlər əsas arqument kimi bitcoinin 30 günlük volatillik göstəricisinin dinamikasını göstərdilər. Bu göstərici avqust ayında qiymətin yeni tarixi maksimuma yüksəlməsi fonunda tarixi minimuma…
“Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 69 dollara yüksəlib. Bu barədə ICE birjasının məlumatı göstərir. “Brent” markalı neftin qiyməti isə 1,84 % artaraq, 69,04 dollar/barelə çatıb. Fyuçersin qiyməti sonuncu dəfə sentyabrın əvvəlində bu səviyyəyə çatmışdı. Eyni zamanda WTI markalı xam neftin 2025-ci ilin noyabr ayı üçün fyuçersləri 1,76 % bahalaşaraq bir barelə görə 64,75 dollar olub.
