- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin həyata keçirilməsinə dair yaranmış vəziyyətlə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə görüşlər keçirilib. Bu barədə Agentlikdən bildirilib. Qeyd edilib ki, görüşlər zamanı müzakirə edilmiş məsələlərlə əlaqədar olaraq hazırda rəqabət qanunvericiliyinin tələbləri çərçivəsində taksi xidmətlərinin göstərilməsi zamanı yaranmış vəziyyətin bütün hüquqi və iqtisadi tərəfləri ilə bağlı təhlillər davam etdirilir. Məsələ ilə bağlı rəqabət orqanının apardığı təhlillər bazar subyektləri davranışlarının rəqabət qanunvericiliyi prizmasından dəyərləndirilməsi və istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınmasına yönəlib. Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişindaşımaların həyata keçirilməsi ilə bağlı yeni qaydalar qəbul edilib.…
Gürcüstan Respublikasının Milli Bankının (GMB) nümayəndə heyəti Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) səfər edib. GDP xəbər verir ki, səfər ikitərəfli texniki əməkdaşlıq çərçivəsində təşkil olunub və əsas məqsəd maliyyə sahəsində tənzimləyici qurumlar arasında peşəkar dialoqun gücləndirilməsi olub. Görüş zamanı GMB nümayəndələri beynəlxalq maliyyə təşkilatları tərəfindən buraxılan istiqrazların qeydiyyatı və emissiyasının tənzimlənməsi, qiymətli kağızların ticarəti, depozitar və ticarətsonrası sistemin fəaliyyəti üzrə təcrübələrini bölüşüblər. Bundan əlavə, beynəlxalq maliyyə təşkilatlarının yerli valyutada buraxdıqları istiqrazların daxili maliyyə bazarları üçün potensial əhəmiyyəti barədə müzakirələr aparılıb. Qeyd edək ki, səfər cari ilin mart ayında AMB və GMB arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində baş tutub. Memorandum pul…
Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşməsinə dəstək verən banklar arasında Bank Respublika və AccessBank beynəlxalq maliyyə qurumlarından ən çox vəsait cəlb edərək, borclanan banklar kimi ön plana çıxır. GDP xəbər verir ki, Bank Respublika ölkə iqtisadiyyatını dəstəkləmək məqsədilə beynəlxalq maliyyə qurumlarından ümumi dəyəri 115.95 milyon ABŞ dollarından çox (197.115 milyon manat)olan vəsait cəlb edib. Bankın beynəlxalq tərəfdaşları arasında Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE), Niderland İnkişaf Bankı (FMO) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kimi nüfuzlu qurumlar yer alır. Digər tərəfdən, eyni sahədə fəaliyyət göstərən AccessBank isə müxtəlif beynəlxalq maliyyə qurumlarından…
Alibaba səhmləri süni intellekt (Sİ) sahəsinə yatırımların artırılacağı xəbərlərindən sonra dörd ilin maksimum həddinə yüksəlib. GDP xəbər verir ki, çərşənbə günü ticarət zamanı şirkətin kotirovkaları 7,8% artaraq son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Çinli internet-riteyl nəhəngi özünün ən böyük süni intellekt dil modelini – Qwen3-Max-ı təqdim edib və Sİ-ni əsas biznes strategiyası kimi müəyyənləşdirib, – deyə Reuters xəbər verib. Şirkətin illik konfransında Alibaba Cloud-un baş texniki direktoru Çjou Cinjən bildirib ki, bu modelin 1 trilyondan çox parametri var və məhz bu parametrlər Sİ sisteminin informasiyanı necə emal etdiyini müəyyənləşdirir. Alibaba-nın baş icraçı direktoru Eddi Vu tədbir zamanı çıxış edərək bildirib ki, qarşıdakı…
İnnovasiya və sürət lideri “Bakcell” regionun ən mühüm texnoloji tədbiri – “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır. Tədbir çərçivəsində “Bakcell”in Azərbaycanda tətbiq etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həlləri təqdim olunacaq. Tədbirin ilk günündə “Bakcell”in baş icraçı direktoru Klaus Müller maliyyə və telekommunikasiya sahələri arasında qarşılıqlı imkanlar mövzusuna həsr olunacaq panel müzakirədə çıxış edəcək. Bundan əlavə, sammit zamanı iştirakçılar “Bakcell”in stendində şirkət tərəfindən təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olmaq imkanı əldə edəcəklər. “Bakcell” təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində daim təşəbbüslər həyata keçirir. Bununla yanaşı, şirkət dayanıqlı…
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır. Bunu EBRD-nin xəzinədarın müavini və maliyyələşdirmə üzrə rəhbəri İzabella Laurent Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Bakı Fond Birjası ilə birgə təşkil olunan Azərbaycan Sabit Gəlir Forumunun “Beynəlxalq Maliyyə İnstitutlarının Yerli Maliyyə Bazarlarındakı Rolu” panelində bildirib. Onun sözlərinə görə, bankın komandası hazırda təklif sirkulyarını (offering circular) yekunlaşdırır və Bakı Fond Birjası (BFB) ilə Milli Depozit Mərkəzi (MDM) arasında müqavilələrin bağlanması prosesi davam edir: “Ümid edirik ki, bütün bu işlər yaxın zamanda başa çatacaq və üzən faizli istiqrazların (floating rate note) buraxılışına start veriləcək. Əməliyyatın bir və ya iki həftə ərzində…
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell bildirib ki, inflyasiya hələ də yüksək səviyyədə qalır, əmək bazarı isə zəifləyir və bu səbəbdən mərkəzi bankın növbəti siyasət addımı üçün “risksiz yol” mövcud deyil. “Bu, çətin vəziyyətdir,” – Pauell çərşənbə axşamı Rod-Aylenddəki çıxışında deyib. O, FED-in maksimum məşğulluq və qiymət sabitliyi üzrə ikili hədəfləri arasında balans saxlamalı olduğunu vurğulayıb. “İkitərəfli risklər o deməkdir ki, risksiz yol yoxdur,” – deyə o əlavə edib. Pauell çıxışında keçən həftə FED-in uçot dərəcəsini 25 baza bəndi azaltması və ilin sonuna qədər daha iki dəfə 25 baza bəndlik azaldılmanın mümkünlüyü ilə bağlı açıqlamalarını təkrarlayıb. FED rəhbəri…
Apple şirkətinin baş icraçı direktoru Tim Kuk Yaponiyaya səfər edib. Bu, onun 2022-ci ilin dekabrından sonra ölkəyə ilk rəsmi səfəridir. Səfər çərçivəsində Tim Kukun Tokionun məşhur Ginza ticarət bölgəsində yenidən təmir edilərək açılışa hazır vəziyyətə gətirilmiş Apple Store-u ziyarət etməsi nəzərdə tutulur. Kukun səfəri Yaponiyada smartfon bazarını tənzimləyəcək yeni qanun layihəsinin müzakirə olunduğu, Apple üçün isə həssas bir dövrə təsadüf edir. Qanunun qəbul edilməsi şirkətin regiondakı fəaliyyətinə birbaşa təsir göstərə bilər.
Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstanın Qiymətli Kağızların Mərkəzi Depozitarı arasında depozitarlararası əməkdaşlığın qurulmasına dair mühüm saziş imzalanıb. GDP xəbər verir ki, Saziş Almatıda keçirilən Ümumdünya Mərkəzi Depozitarlar Forumunun çərçivəsində hər iki qurumun idarə heyəti sədrinin iştirakı ilə rəsmiləşdirilib. Yeni əməkdaşlıq çərçivəsində tərəflər qarşılıqlı hesablar açaraq, qiymətli kağızlar bazarına transsərhəd çıxışı daha da asanlaşdıracaq. Bu təşəbbüs həm Azərbaycan, həm də Qazaxıstan investorlarına qarşı tərəfin kapital bazarına birbaşa çıxış imkanı yaradacaq. Depozitarlararası əlaqənin qurulması nəticəsində bazar iştirakçıları qiymətli kağızları mərkəzi depozitarların nominal saxlayıcı hesablarında saxlayaraq, hesablaşma əməliyyatlarını daha effektiv şəkildə həyata keçirə biləcəklər. Bu isə investisiya portfellərinin diversifikasiyasına və regionda…
Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə nitq və eşitmə məhdudiyyətli gənclər üçün “Zəka Fest” inklüziv intellektual oyun turniri təşkil olunub. Beynəlxalq Jest Dili Gününə həsr edilən bu layihə “Şəkərbura Şou”nun təşəbbüsü, “Karlara Dəstək” İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İctimai Televiziya və digər tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Turnirin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqların sosial inteqrasiyasını gücləndirmək və yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar üçün inkişafetdirici oyunların əlçatanlığını təmin etməkdir. Turnirdə ümumilikdə yeddi komanda mübarizə aparıb. Beş saat davam edən intellektual marafon yeddi raund və final mərhələsindən ibarət olub. İştirakçılar komanda işi və fərdi düşünmə bacarıqlarından…
