- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Beynəlxalq ticarət gərginliyi fonunda Çin 2025-ci il ixrac mövsümünün əvvəlində ABŞ-dən soya alış-verişinə heç bir sifariş verməyib. Bu, 1990-cı illərdən bəri ilk belə hadisədir. GDP xəbər verir ki, Bloomberg-un məlumatına görə, bu addım Pekinin Vaşinqtonla davam edən ticarət danışıqlarında kənd təsərrüfatını leverec kimi istifadə etdiyi strategiya dəyişikliyini qeyd edir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin 11 sentyabra olan məlumatlarına görə, Çin təchizatçı kimi ABŞ-ni tamamilə təcrid edib . Bunun əksinə olaraq, 2024-cü il mövsümündə ABŞ Çinin soya idxalının 20%-ni təmin etmiş, bu da 12 milyard dollar dəyərində olmuş və ABŞ-nin ümumi soya ixracatının yarısından çoxunu təşkil edib. Dünyanın ən böyük soya idxalçısı…
Dünyanın ən varlı şəxslərindən biri və LVMH (Moët Hennessy Louis Vuitton) konqlomeratının sahibi Bernard Arno, Fransada planlaşdırılan yeni varlandırma vergisi təklifini şiddətli şəkildə tənqid edib. Arno, aktivləri 100 milyon avrodan çox olan şəxslərdən alınması nəzərdə tutulan 2% dərəcəsindəki vergini “Fransa iqtisadiyyatı üçün ölümcül” və “liberal iqtisadiyyatı məhv etməyə cəhd” olaraq qiymətləndirib.ş Təklif edilən vergi qanunu, hökumətin büdcə kəsirini azaltmaq və sosial proqramlara maliyyə ayırmaq məqsədilə irəli sürülüb. Təxminlərə görə, bu tədbir ildə əlavə 5-7 milyard avro gəlir gətirə bilər.
Uorren Baffettin “Berkshire Hathaway” holdinqi Yaponiya ticarət evlərinə — “soqo syoşa”ya yatırımlarını artırmağa davam edir. Baffettin holdinqi Yaponiya ticarət evi Mitsui-də səsvermə hüququ verən səhm payını 10%-dən yuxarı qaldırıb və şirkətin səhmlər paketini daha da artırmaq imkanını nəzərdən keçirə bilər. GDP xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Agentliyin məlumatına görə, 2025-ci ilin mart ayına olan vəziyyətə əsasən, ABŞ şirkəti Mitsui-nin 9,82% səhmlərinə sahib idi. Bu xəbərin ardından Mitsui səhmləri 22 sentyabr, bazar ertəsi Tokio birjasında 2,2% bahalaşıb. Digər yapon ticarət evlərinin — Mitsubishi, Itochu, Marubeni və Sumitomo — səhmləri də dəyər qazanıb. Uorren Baffett ilk dəfə 2020-ci ildə beş ən böyük yapon ticarət evinə — “soqo syoşa”ya investisiya etdiyini açıqlamışdı. Əvvəlcə Berkshire…
Cənubi Koreyada treydinqi kibersporta çeviriblər. GDP xəbər verir ki, iştirakçılara eyni balansla hesablar təqdim olunur. Müəyyən vaxt ərzində kapitalını daha sürətlə artıran qalib sayılır. Qeyd edək ki, Cənubi Koreya fərdi treyderlərin sayına görə dünyada lider mövqedədir. https://www.youtube.com/watch?v=GlHpvLpAYUs
Microsoft-un prezidenti şirkətin süni intellektə milyardlarla dollar sərmayə qoymasına baxmayaraq yox ola biləcəyindən ehtiyat edir. GDP xəbər verir ki, son vaxtlar Microsoft-da iri miqyaslı ixtisarlar baş verir — minlərlə əməkdaş işdən azad olunur. Bir çox işçilər artıq iş mühitində dəyişiklikləri hiss edirlər: sabitliyin yerini daim işdən çıxarılma və ya İİ ilə əvəz olunma qorxusu tutur. Baş direktor Satya Nadella qorxur ki, Microsoft vaxtında uyğunlaşa bilməsə, “köhnəlmiş” şirkətə çevrilə bilər. O, bir vaxtlar lider olan, lakin strateji səhvlər və dəyişikliklərə tez uyğunlaşa bilməməsi səbəbindən rəqiblər tərəfindən sıxışdırılan Digital Equipment Corporation şirkətini xatırladır.
Nvidia Corp. süni intellekt çat-botu ChatGPT-in yaradıcısı OpenAI-a 100 milyard dollara qədər sərmayə yatırmaq niyyətindədir. GDP xəbər verir ki, bazar ertəsi şirkətlər strateji əməkdaşlığa dair niyyət protokolu imzalayıblar, bu barədə Nvidia-nın mətbuat relizində bildirilir. Əməkdaşlıq çərçivəsində OpenAI-nin növbəti nəsil İİ infrastrukturunun qurulması üçün ümumi enerji sərfi ən azı 10 GVtolan Nvidia sistemlərinin istifadəsi nəzərdə tutulur. Bu sistemlər şirkətin “güclü İİ” yaratmaq məqsədi ilə süni intellekt modellərinin öyrədilməsi və işlədilməsi üçün istifadə olunacaq. İnfrastruktur məlumat emalı mərkəzlərini və enerji istehsal güclərini əhatə edəcək. Qeyd edək ki, bazar ertəsi keçirilən ticarətlərdə Nvidia səhmləri 3,7% bahalaşıb.
Böyük Britaniya hazırda müasir tarixdə ən dərin ticarət böhranı ilə üz-üzədir. GDP xəbər verir ki, dünyada Britaniya mallarına tələbat iki ildən çoxdur azalır, ticarət kəsiri rekordları yeniləyərək 66,3 milyard funt sterlinqə çatıb.
2015‑ci ildə neftin qiymətinin çökməsi Azərbaycan kimi enerji‑asılı ölkənin iqtisadiyyatında böyük sarsıntı yaratdı; siyasətçilər isə makro‑maliyyə mənzərəsini sistemli şəkildə dəyişdirən genişmiqyaslı islahat proqramını işə saldılar. On il sonra bu yolun əhəmiyyəti daha da artır. Qlobal bazarlarda yenidən qeyri‑sabitlik hökm sürür — geosiyasi gərginliklər, iqlim keçidləri və inflyasiya tsikllərinin təsiri — Azərbaycan təcrübəsi göstərir ki, resurslara malik iqtisadiyyatlar necə davamlılığa doğru inkişaf edə bilər. Ölkənin inkişaf trayektoriyası bir məqamı vurğulayır: institusional güc və möhkəm siyasət çərçivələri sadəcə böhran sonrası vasitələr deyil, risklərin artdığı bir dünyada davamlı ehtiyaclardır. 2015‑ci ildə Brent neftinin qiyməti 40%-dən çox düşdü, bu isə Azərbaycanın büdcə gəlirlərini kəskin…
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İsfa” MMC ilə Şahdağ Qusar Futbol Klubu arasında sentyabrın 18-də tərəfdaşlıq haqqında müqavilə imzalanıb. GDP xəbər verir ki, sənədi “İsfa” MMC-nin direktoru Samir Xeyirbəyov və Şahdağ Qusar Futbol Klubunun prezidenti Rahid Əmirquliyev imzalayıblar. Müqavilənin müddəti 1 ildir.Bu əməkdaşlıq hər iki təşkilata gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.Əməkdaşlıq çərçivəsində klubun oyunlarında “İsfa” MMC-nin reklam materialları yerləşdiriləcək və komanda futboçularının geyimində şirətin adı yazılacaq. Qeyd edək ki, “İsfa” MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət innovativ damlama-suvarma və yağmurlama sistemlərinin satışı və quraşdırılması, meyvə tinglərinin istehsalı və satışı, intensiv…
“Deloitte” şirkəti “Azərbaycanda biznes perspektivləri” adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışını təqdim edib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayımlayıb. Bildirilir ki, bu buraxılışda əsas makroiqtisadi göstəricilərlə yanaşı maliyyə sektoruna dair qısa icmal da yer alıb. “Deloitte Azərbaycan”ın dəvəti ilə xüsusi qonaq qismində tədbirə qatılan Mərkəzi Bankın sədri Taleh Kazımov ölkədəki makroiqtisadi vəziyyət və maliyyə sektorunun inkişafı ilə bağlı fikirlərini bölüşüb, həmçinin real sektoru təmsil edən iştirakçıların suallarını cavablandırıb. Tədbir sektorun qarşılaşdığı çağırışlar və perspektivlərin müzakirəsi üçün geniş imkanlar yaradıb.
