- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
- Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib
- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
Author: Aynure Gdp
Tayvanın fond birjası 9,7 faizlik enişlə bağlandıb.Bu, ölkənin birja tarixinin ən böyük düşüşü hesab olunur.Birjanın bu şəkildə geriləməsi, qlobal iqtisadi narahatlıqların artması ilə yanaşı, regional risklərin yüksəlməsi fonunda investorlar arasında tərəddüdlərin yaradıb.Eyni zamanda, Tayvan və Tailand tərəfindən fond birjasında “şort oyunu” (düşüşə oynama) qadağan edilib.Bu qərarın məqsədi, birja stabilizasiyasını dəstəkləmək və daha da şiddətli enişləri dayandırmaq idi. Qadağanın tətbiqi ilə iqtisadi sabitliyi qorumaq və investorların etibarını bərpa etmək ümidi ilə bağlı gözləntilər yarandıb.
Bu gün Satakunta Tətbiqi Elmlər Universiteti (SAMK), Azərbaycandan gələn biznes nümayəndə heyətini Pori şəhərində qəbul edəcək. GDP xəbər verir ki, 13 Azərbaycanlı şirkətin qatıldığı nümayəndə heyəti, Finlandiya, Estoniya və Latviya ilə strateji tərəfdaşlıqlar qurmağı hədəfləyir. Səfər, ətraf mühit texnologiyaları və təhsil sahələrində yeni biznes imkanları yaratmağa yönəlib. Pori Şəhər İdarəsində görüşlərdən sonra nümayəndə heyəti Safety and Security Center və Honkajoki Oy kimi şirkətləri ziyarət edəcək. 8 Aprel tarixində isə SAMK-də süni intellektin təhsil və biznesə təsiri müzakirə olunacaq. Bu ticarət missiyası, Azərbaycanın Mərkəzi Baltik bölgəsindəki bazarlarına girməyi hədəfləyən yeni biznes əlaqələrinin qurulmasına töhfə verəcək.
SOCAR Trading şirkətində yeni İdarə Heyəti sədri təyin edilib. ABŞ vətəndaşı Natiq Mustafayev, 2018-ci ildən bu vəzifəni icra edən Məryəm Almaszadəni əvəz edib. GDP xəbər verir ki, Natiq Mustafayevin iqtisadiyyat və maliyyə sahəsində geniş təcrübəsi var. O, 2010-2014-cü illərdə Credit Suisse (Avropa) Ltd.-də iqtisadçı, 2016-2024-cü illərdə isə Barings (Birləşmiş Krallıq) Ltd.-də inkişaf etməkdə olan bazarlar üzrə iqtisadçı vəzifəsində çalışıb. Həmçinin, “For Azerbaijan” təşkilatının təsisçilərindən biridir. Mustafayevin neft sektoru ilə bağlı da təcrübəsi var. 2008-2009-cu illərdə bp şirkətində biznes analitiki kimi fəaliyyət göstərib. Bundan əlavə, 2003-2008-ci illərdə Kolumbiya Universitetində dərs deyib. Mustafayev Azərbaycanda dövlət sektorunda da müəyyən təcrübə qazanıb. 2009-2010-cu illərdə…
Tramp administrasiyasının gözləniləndən daha sərt tariflər elan etməsindən sonra səhmlər kəskin şəkildə ucuzlaşdı. İnvestorlar iqtisadi artımın zəifləməsi, inflyasiyanın yüksəlməsi və resessiya riski ilə bağlı narahat oldular. Kiçik şirkətlərin səhmləri daha çox zərər gördü — Russell 2000 İndeksi təxminən 10% azaldı və həftəni öz zirvəsindən 30%-dən çox aşağıda başa vurdu. S&P 500 İndeksi də son beş ilin ən pis həftəlik performansını göstərdi. Cümə axşamı bir neçə indeks 2020-ci ildən bəri ən böyük birgünlük itkiləri yaşadı və ucuzlaşma cümə gününə qədər davam etdi. Çin də daxil olmaqla bir sıra ölkələr öz tariflərini açıqladı və ABŞ-la danışıqlara başlamaq planlarını bəyan etdilər. Bu isə…
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) və Junior Achievement Azərbaycan (JAA) arasında gənclərin maliyyə savadlılığının artırılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Sənədin imzalanması mərasimində iştirak edən tərəflər, bu təşəbbüsün gənclərin kapital bazarları ilə bağlı biliklərini genişləndirəcəyini və onların iqtisadi qərarlar vermə bacarıqlarını inkişaf etdirəcəyini vurğulayıblar. Əməkdaşlıq çərçivəsində tələbələr üçün təlimlər, seminarlar və tədbirlər keçiriləcək, onlara investisiya və maliyyə bazarlarının işləmə mexanizmləri haqqında fundamental biliklər öyrədiləcək. Layihənin əsas məqsədi gənclərdə maliyyə savadlılığını yüksəltmək və onların iqtisadi fəaliyyətlərə daha aktiv qoşulmasına şərait yaratmaqdır. AFBİA və JAA nümayəndələri bu təşəbbüsün gələcək iqtisadi inkişafa önəmli töhfə verəcəyinə inanaraq, əməkdaşlığın uğurlu olacağına ümid bəsləyirlər.
İcbari Sığorta Bürosu (İSB) innovasiya, texnologiya və rəqəmsal sənaye sahəsində əldə etdiyi uğurlarına görə beynəlxalq “The BOLD Awards” müsabiqəsində qalib olub. İSB 2024-cü ilin oktyabrında müsabiqəyə 3 kateqoriya üzrə müraciət edib. Dəyərləndirmə zamanı şəffaflıq, təsir dərəcəsi, əhatə dairəsi və insan faktoru kimi əsas meyarlara əsaslanan qiymətləndirmə nəticəsində İSB-nin təqdim etdiyi layihələr hər üç nominasiya üzrə finala yüksəlib. Portuqaliyanın Lissabon şəhərində keçirilən tədbirdə münsiflərin qərarı və ictimai səsvermə əsasında İSB-nin İT layihələri “Boldest InsurTech” və “Boldest SaaS” nominasiyalarında qalib seçilib. Qeyd edək ki, “The BOLD Awards” rəqəmsal sənayeyə əsaslanan 33 kateqoriya üzrə fərdi şəxslər, startaplar və şirkətləri bir araya gətirən beynəlxalq…
2024-cü il ərzində Mərkəzi Bank tərəfindən notların buraxılışı zamanı faiz dərəcələrində tədricən artım müşahidə olunub. Bu tendensiya 2025-ci ildə də davam edib. Xüsusilə 2025-ci ilin yanvar və fevral aylarında göstəricilərə diqqət yetirsək, 28 günlük notlar üzrə faiz dərəcəsi 7.27%, 84 günlük notlar üzrə 7.8%, 168 günlük notlar üzrə 7.3%-8.0%, 252 günlük notlar üzrə isə 7.5%-8.2% səviyyəsində qərarlaşıb. Bu, 2024-cü ilin əvvəli ilə müqayisədə bütün müddətli notlar üzrə əhəmiyyətli artım deməkdir. Belə ki, müqayisə etsək, 2024-cü ilin əvvəlindən 2025-ci ilin fevralına qədər 28 günlük notlar üzrə faiz dərəcəsi 6.60%-dən 7.27%-ə qədər artıb ki, bu da təxminən 10% artım deməkdir. Eyni zamanda,…
Son zamanlar Michael Bloomberg ABŞ-da yaxınlaşan maliyyə böhranı ilə bağlı bir məqalə yayımladı. O, hazırda federal hökumətin hər il 7 trilyon dollar xərclədiyini, amma yalnız 5 trilyon dollar vergi topladığını bildirib. Bu vəziyyətin nəticəsi olaraq büdcə defisiti ÜDM-nin 6%-ni təşkil edir və köhnə borcların yenidən maliyyələşdirilməsi ilə bu problem daha da sürətlənir. Nəticədə, bu il ABŞ-ın milli borcu ÜDM-nin 100%-ni keçir. Amma bu vəziyyət necə bu qədər sürətlə pisləşdi? Trump dövründə belə bir böhran baş verə bilərdimi? Əlbəttə, xeyr. Əsl məsuliyyət Demokratlarındır, çünki onlar Joe Biden administrasiyası vasitəsilə Trump-ın dövründəki problemləri daha da ağırlaşdırdılar. Biden son ilində xərcləri çox artırdı,…
