- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli emitent defoltu reytinqini (LT IDR) “BB” səviyyəsində, eləcə də həyat qabiliyyəti reytinqini (VR) “bb” səviyyəsində təsdiqləyib. GDP xəbər verir ki, “Fitch” -in qeydlərinə görə, müsbət proqnoz ABB-nin kredit portfelində ortamüddətli perspektivdə mülayim artım gözləntilərini əks etdirir, eyni zamanda dayanıqlı aktiv keyfiyyətini qoruyur. “Fitch”in məlumatına görə, reytinqlərin təsdiqlənməsi bankın VR-nin “bb” səviyyəsində əks olunan müstəqil profilinə əsaslanır. “Güclü daxili bazar mövqeyi, möhkəm balans strukturu və etibarlı maliyyə göstəriciləri Azərbaycanın neftdən asılı iqtisadiyyatına qarşı həssaslıqla tarazlaşdırılır”, – agentlikdən qeyd edilib. “Fitch” analitiklərinin fikrincə, dollarlaşmanın azalması və aktivlərin keyfiyyəti ilə bağlı problemlərin həlli…
Azərbaycanda Mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını davam etdirərək nüfuzlu ECO Ticarət və İnkişaf Bankı ilə MKOS maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 illik müddətə 5 milyon Avro həcmində kredit sazişi imzalayıb. Cəlb edilən vəsait ölkədə kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək. Məlumat üçün qeyd edək ki, bu, TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında imzalanan sayca beşinci sazişdir. Belə ki, Bank əvvəlki illərdə də sözügedən maliyyə qurumundan kiçik və orta sahibkarlığın və ticarətin maliyyələşdirilməsi üçün maliyyə vəsaiti cəlb edib. Azərbaycanın…
2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanın ilkin gəlirlər balansında 1.1 milyard ABŞ dolları həcmində kəsir qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.3 faiz azalma deməkdir. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə neft-qaz sektoru üzrə 1.4 milyard dollar məbləğində kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.3 milyard dollar həcmində profisit müşahidə olunub. İlkin gəlirlər üzrə ümumi dövriyyə isə 3.8 milyard dollar təşkil edib. Nəsirov bildirib ki, bu dövriyyənin 64.2 faizi və ya 2.4 milyard dolları Azərbaycandan qeyri-rezidentlərə edilən…
2025-ci ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyindən təsirlənib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə cari əməliyyatlar balansında 2.3 milyard ABŞ dolları həcmində profisit formalaşıb ki, bu da ÜDM-in 6.3 faizinə bərabərdir. Nəsirov bildirib ki, bu göstərici ölkənin makroiqtisadi sabitliyi baxımından müsbət hal kimi qiymətləndirilir.
“Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib ki, ölkənin aparıcı fintex şirkətlərindən biri “PashaPay” ilə “Mastercard” arasında innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzlanıb. GDP-yə bu barədə açıqlama verən Zeynalov qeyd etdi ki, bu əməkdaşlıq çərçivəsində “PashaPay”in daxil olduğu “Bir” ekosisteminin üzvü “M10” şirkəti birbaşa bir neçə sahədə Mastercard-la əməkdaşlıq edəcək. Əməkdaşlığın əsas istiqamətlərindən biri kart buraxılması olacaq. M10 şirkəti Mastercard brendi altında kartlar buraxmağa başlayacaq. Digər bir əməkdaşlıq sahəsi kibertəhlükəsizlik həlləri olacaq. Üçüncü olaraq, M10 şirkəti Mastercard-ın məsləhət xidmətlərindən yararlana biləcək. Emil Zeynalov həmçinin vurğulayıb ki, bu razılaşma Mastercard-ın MoneySend, Cross-Border Send və Alias Directory…
Azərbaycan hökuməti növbəti illər üzrə inflyasiya proqnozunu açıqlayıb. GDP bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, mal və xidmətlərin tənzimlənən tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,4% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 4,2% olacağı gözlənilir.
ABŞ-ın dörd nəhəng şirkətinin bazara dəyəri 3 trilyon dollar həddini aşdı. GDP xəbər verir ki, texnologiya nəhəngi Alphabet (Google-un ana şirkəti) bazarda 3 trilyon dollarlıq dəyərə çataraq, bu görkəmli kluba qoşuldu. Beləliklə, indi Nvidia, Microsoft və Apple ilə yanaşı, ABŞ bazarlarında dörd şirkət var ki, onların hər birinin bazara dəyəri 3 trilyon dolları ötüb. Bu göstərici, süni intellekt və bulud texnologiyalarına olan tələbatın artması səbəbindən bu texnologiya şirkətlərinin sürətli inkişafını bir daha nümayiş etdirir. Xüsusilə, Nvidia-nın bu qrupa sonradan qoşulması diqqət çəkir.
Onllikdən sonra ilk dəfə olaraq ki, valyuta riskindən qorunma ilə Amerikan aktivlərinə investisiya qoyan ETF-lərə (investisiya fondları) vəsait axını, bu cür qorunma olmayan fondlara olan axını üstələyib. Bunu Deutsche Bank-ın valyuta tədqiqatları üzrə qlobal rəhbəri Corc Saravelos bazar ertəsi günü bankın qeydində, 500-dən çox fondu əhatə edən məlumatlara istinadən yazıb.
SOCAR İtaliyada 2 neft emalı zavodu,4500 -dən çox yanacaqdoldurma məntəqəsi olan nəhəng şirkəti aldı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) beynəlxalq ticarət üzrə “qolu” olan SOCAR Trading S.A. (İsveçrə) özəl “Italiana Petroli” (IP) şirkətinin aktivlərini satın alaraq, Avropada ən böyük enerji oyunçularından birinə çevrildi. GDP xəbər verir ki, müqaviləyə əsasən, SOCAR-a aşağıdakı aktivlər keçir: · İtaliyada yerləşən iki neft emalı zavodu;· Ölkə ərazisində fəaliyyət göstərən 4500-dən çox yanacaqdoldurma məntəqəsinin şəbəkəsi;· Geniş neft anbarları və saxlanma terminalları;· Əlaqəli logistika və nəqliyyat infrastrukturu. Məlumata görə, SOCAR Trading hər iki neft emalı zavoduna illik ümumilikdə 10 milyon ton xam neft təchizatını təmin etməyi öhdəsinə götürüb. Bu, Azərbaycan neftinin Avropa bazarında mövqeyinin daha da gücləndiyini nümayiş etdirir. Satın almanın…
Qızıl rekord təzələməyə davam edir: Unsiyası 3680 ABŞ dolları
