Author: Aynure Gdp

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə İsrailin “Israel Aerospace Industries” (IAI) korporasiyası arasında innovasiya sahəsində iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. GDP xəbər verir ki, memorandum çərçivəsində Azərbaycanda innovasiya və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Mükəmməllik Mərkəzinin təsis edilməsi, təlim proqramlarının keçirilməsi, insan kapitalının inkişafı və digər mühüm təşəbbüslər həyata keçiriləcək. İRİA-nın sədri Fərid Osmanov qeyd edib ki, qurum israilli texnologiya şirkəti ilə innovasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsində qərarlıdır: “Biz İsrailin akademik və texnoloji təşkilatları ilə əməkdaşlıq edərək onların qabaqcıl təcrübəsini Azərbaycana gətirmək və bilik mübadiləsini təşviq etməyi hədəfləyirik. İlkin təşəbbüslər arasında Azərkosmosla insan kapitalının…

Read More

ABŞ və Avstraliyada fermerlər indi mal-qara kəsimlərini əsasən öd daşlarını əldə etmək üçün edirlər. GDP xəbər verir ki, buna səbəb bu daşların bir unsiyası (təxminən 28 qram) 5,800 dollar dəyərindədir və bu, qızılın qiymətindən iki dəfə daha bahadır. Bu öd daşları ənənəvi Çin tibbində insult və ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunur. Alternativ tibbin dünya miqyasında populyarlaşması ilə bu daşlara olan tələbat da artıb. Hətta bəzi hallarda bütövlükdə bir mal-qaranın ətindən daha çox qazanc gətirdiyi üçün fermerlər üçün öd daşları daha cəlbedici olub. Braziliyada isə vəziyyət daha da maraqlıdır: cinayətkar qruplar fermerlərə basqın edib mal-qaradan öd daşlarını oğurlayırlar. İronik olan isə…

Read More

Tramp bildirib ki, ABŞ yaxın zamanda “tarixində heç olmadığı qədər güclü və zəngin” bir dövlətə çevriləcək və onun planlaşdırdığı dəyişikliklərdən bütün dünya faydalanacaq. GDP xəbər verir ki, Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı o, həmçinin ölkəni istehsal, süni intellekt və kriptovalyutalar sahəsində “super güc” etmək niyyətində olduğunu vurğulayıb.

Read More

Brent markalı neftin qiyməti 23 yanvar 2025-ci il tarixində 1.28% azalaraq 77.99 dollara düşüb. Gdp xəbər verir ki, bu azalma bazarda təklifin artması və tələbin zəifləməsi ilə izah oluna bilər. Səudiyyə Ərəbistanının hasilatı artıracağı xəbərləri, ABŞ dollarının güclənməsi və qlobal iqtisadi şərtlər qiymətə təsir göstərib. Texniki baxımdan, qiymət 78.00 dollarlıq dəstək səviyyəsini qıraraq daha aşağı səviyyələrə enib. Bu azalma neft ixrac edən ölkələrin gəlirlərini azalda, enerji idxal edən ölkələr üçün isə xərcləri azalda bilər.

Read More

Amerikanın enerji sektoru üzrə mütəxəssis Anas Alhajın açıqlamasına görə, ABŞ-ın şist neft ehtiyatları hazırda azalma tendensiyası göstərir. Maliyyə naziri 2028-ci ilə qədər hasilatı 3 milyon barrel artırmaq və büdcə kəsirini ÜDM-də 6.8%-dən 3-4%-ə endirmək niyyətindədir. Ancaq gələn il üçün Perm hövzəsində yalnız 100 min barrel artım gözlənilir. Yeni quyuların qazılması rentabelli deyil və bu xərclərin artmasına səbəb olur. Ekspert hesab edir ki, Donald Trampın sənaye və Wall Street arasında seçim etməsi maraqlı olacaq. Tarif müharibələri neft qiymətlərini yenidən yüksəldə bilər. Böyük ehtimalla ABŞ Səudiyyə Ərəbistanı ilə razılaşaraq ona bazar payı verməklə qiymətləri endirməyə çalışacaq. Lakin Səudiyyə Ərəbistanı hazırda OPEK+ formatında…

Read More

ABŞ-ın prezidentinin keçid komandasının rəhbəri Robert Uilki bildirib ki, əgər Vladimir Putin Ukrayna ilə bağlı razılığa gəlməsə, Amerika Birləşmiş Ştatları dünya bazarına neft tədarükünü kəskin şəkildə artıracaq və qiyməti bir barel üçün 40 dollar və ya daha aşağı endirəcək. GDP xəbər verir ki, onun sözlərinə görə, bu strategiya Rusiya iqtisadiyyatına ciddi təzyiq göstərməklə yanaşı, Putin rejiminin müharibə iqtisadiyyatını iflas vəziyyətinə gətirə bilər. Robert Uilki qeyd edib ki, ABŞ-ın qlobal neft bazarında aparıcı mövqeyi onun bu təsir mexanizmini reallaşdırmasına imkan verəcək. Əsas məqsəd Ukraynadakı müharibəni iqtisadi vasitələrlə dayandırmaq və Rusiyanın hərbi fəaliyyətinə sərt iqtisadi cavab verməkdir.

Read More

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib. Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub. Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib.

Read More

Çinin Henan əyalətində qlobal bazarları dəyişdirə və qızıl mədənçiliyi sahəsində Çinin liderliyini gücləndirə biləcək nəhəng bir qızıl yatağı aşkar edilib. Təxminən 75 milyard avro dəyərində qiymətləndirilən bu yataq, miqyası və potensial təsiri ilə diqqət çəkir. Çinli geoloqların illərlə apardıqları tədqiqatlar nəticəsində aşkar edilən bu yataq yalnız böyük ölçüsü ilə deyil, həm də tərkibindəki qızılın yüksək saflığı ilə fərqlənir. İlkin tədqiqatlar göstərir ki, Henan dağlarında minlərlə ton qızıl mövcuddur və bu tapıntı son onilliklərdəki ən əhəmiyyətli kəşflərdən biridir. Ekspertlər bu ərazidə mədən işlərinin onilliklər boyunca davam edə biləcəyini proqnozlaşdırırlar. Qızılın yüksək saflığı isə hasilat xərclərini azaltmaqla Çinə qlobal qızıl bazarında əhəmiyyətli…

Read More