- ABŞ-ın WTI nefti 117 ABŞ dollarlıq zirvədən 95 ABŞ dollarına düşüb. Bu gün Bakı vaxtı ilə 00:30-da Tramp mətbuat konfransı keçirəcək.
- Neft qiymətlərində kəskin artım: Fyuçerslər 97 dolları keçdi
- Azərbaycanda qadınların iqtisadiyyatda rolu-Məşğulluq, əməkhaqqı fərqi və hüquqi təminat
- Rəsmi medianın məlumatına görə, Saudi Aramco təhlükəsizliyi və davamlı tədarükü təmin etmək üçün bəzi neft daşımalarını Yanbu limanına yönləndirir
- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
Author: Aynure Gdp
2024-cü ilin yanvar-noyabr aylarında geniş mənada pul kütləsi (M3), yəni iqtisadiyyatda mövcud olan ümumi pul ehtiyatı, ilin əvvəlində 44,898.7 milyon manat təşkil edib. GDP xəbər verir ki, noyabr ayında isə bu rəqəm 44,691.8 milyon manata enib. Bu, 206.9 milyon manat və ya 0.46% azalma deməkdir. Geniş mənada pul kütləsinin azalması, iqtisadiyyatın ümumi likvidliyinin ilin sonunda bir qədər yavaşladığını göstərir. Dar mənada pul aqreqatı (M2), yəni manatla olan nağd pullar və manatla tələb/təklif depozitlərini əhatə edən göstərici isə artıb. Yanvar ayında 34,253.5 milyon manat olan bu göstərici noyabr ayında 34,639.9 milyon manata çatıb. Bu, 386.4 milyon manat və ya 1.13% artımı…
2023-cü ilin 11 ayı ilə 2024-cü ilin 11 ayı arasında daşınar əmlakla bağlı reyestrə daxil edilmiş bildirişlərin və bu bildirişlər üzrə aparılmış axtarışların sayında müəyyən nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. GDP xəbər verir ki, 2023-cü ilin 11 ayında cəmi 90,585 bildiriş qeydiyyata alınıb. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 126,156-ya çatıb. Bu, 35,571 bildiriş fərqinə və ya 39,26% artıma bərabərdir. Bu artım, daşınar əmlakla bağlı reyestr əməliyyatlarının xeyli aktivləşdiyini və daha çox bildirişin qeydiyyata alındığını göstərir. Bu tendensiya, daşınar əmlak bazarının genişləndiyini və hüquqi əməliyyatların sayının artdığını göstərən mühüm bir göstəricidir. Eyni zamanda, bildirişlər üzrə aparılan axtarışların sayında artım…
İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) ilə ticarət əlaqələri barədə açıqlama verib GDP xəbər verir ki,Əliyevin sözlərinə görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın TDT-yə üzv dövlətlərlə ticarət dövriyyəsinin həcmi 6,3 milyard ABŞ dollarına çatıb. Bu dövr ərzində ölkənin ixracı 3,7 milyard ABŞ dolları təşkil edib. Nazir müavini qeyd edib ki, əldə olunan nəticələr müsbət olsa da, mövcud potensial daha yüksəkdir və bu istiqamətdə həyata keçirilən təşəbbüslərin səmərəliliyinin artırılması vacibdir. Əliyev xüsusilə Orta Dəhliz marşrutunun əhəmiyyətini vurğulayıb. O bildirib ki, Türk dövlətlərinin reallaşdırdığı birgə layihələr və ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını sürətləndirir. Bu da…
2023-cü ilin 11 ayı ilə 2024-cü ilin 11 ayı arasında manatın nominal və real effektiv məzənnələrində (NEER və REER) müəyyən dəyişikliklər müşahidə edilib. GDP xəbər verir ki, nominal effektiv məzənnəyə (NEER) nəzər yetirsək, ümumi göstərici 2023-cü ilin noyabr ayında 102,0 olduğu halda, 2024-cü ilin noyabrında 107,5-ə yüksəlib. Bu, manatın nominal dəyərinin ümumi göstərici üzrə 5,5 bənd və ya 5,39% artımını ifadə edir. Qeyri-neft sektoru üzrə isə artım daha güclüdür: 2023-cü ildə 168,5, 2024-cü ildə isə 180,4səviyyəsinə yüksələrək 11,9 bənd və ya 7,06% artıb. Bu, qeyri-neft sektorunda manatın nominal dəyərinin daha çox gücləndiyini göstərir. Real effektiv məzənnəyə (REER) gəldikdə, ümumi göstərici 2023-cü ilin noyabrında 121,4 olduğu halda, 2024-cü ilin eyni dövründə 122,6-ya çatıb. Bu, cəmi 1,2 bənd və ya 0,99% artımı…
Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. GDP xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə 2018-ci ildən bəri güzəştli mənzillərin satışını həyata keçirir. GDP xəbər verir ki,bu müddət ərzində 4802 şəxsə 233,1 milyon manat məbləğində güzəştli ipoteka krediti təqdim edilib. Güzəştli mənzillərin 70 %-dən çoxu, yəni təxminən 3361 mənzil İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə satılıb.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun məlumatına əsasən, ölkə üzrə ipoteka kreditlərinin ümumi həcmi 4,5 milyard manat təşkil edir. GDP xəbər verir ki, bunun 3,3 milyard manatı dövlət xətti ilə 52,4 min şəxsə, 1,2 milyard manatı isə bankların daxili ipoteka proqramları çərçivəsində 12 min şəxsə təqdim olunub. Kreditlərin 32 %-i, yəni 1,44 milyard manatı güzəştli kateqoriyalara aid şəxslərə, 73 %-i, yəni 3,285 milyard manatı isə gənclərə və gənc ailələrə yönəldilib. Bundan əlavə, kreditlərin 18 %-i, yəni 810 milyon manatı ölkənin 50 regionunda həyata keçirilib.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Fond) aktivləri 3,7 milyard manat, məcmu kapitalı isə 1,23 milyard manat təşkil edir. GDP xəbər verir ki, 2005-ci ildən etibarən fəaliyyət göstərən qurum toplam 136,1 milyon manatlıq mənfəət əldə edib. Fond, ölkənin suveren reytinqinə (BBB-) bərabər beynəlxalq reytinqə malik yeganə maliyyə təsisatıdır. Bu, onun dayanıqlı və etibarlı maliyyə qurumu olduğunu təsdiqləyir. Fəaliyyət göstərdiyi 18 il ərzində bütün illəri mənfəətlə başa vurmuş, istiqraz emissiyası ilə əlaqədar olaraq 1,906 milyard manatdan çox öhdəlikləri uğurla icra etmişdir. Fondun qiymətli kağızlar bazarındakı ən mühüm nailiyyətlərindən biri ən uzunmüddətli emissiyaya sahib olmasıdır. İstiqrazlarının orta müddəti 22 il təşkil…
Dekabrın 25-də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən media nümayəndələri üçün yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə birgünlük təlim təşkil edilib. Təlim çərçivəsində iştirakçılara Azərbaycanda əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi haqqında ətraflı məlumat verilib. Tədbirdə jurnalistlərin mövzu ilə bağlı sualları cavablandırılıb. Təlim zamanı açıqlanan məlumata görə, ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 minə yaxın ailə mənzil şəraitini yaxşılaşdırıb. Bu ailələrin 70 faizdən çoxunu gənclər təşkil edir. Media nümayəndələrinə həmçinin Fondun sahibkarlığa dəstək alətləri barədə də məlumat təqdim edilib. Qeyd olunub ki, indiyədək Fondun…
