Author: Aynure Gdp

Xarici investisiyaların azalması fonunda dövlət investisiyaları artıb Bu məlumatlar Hesablama Palatasının 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb. Məlumata görə, bu dövrdə əsas kapitala yönəldilən ümumi investisiyalar 12711,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% azdır. Hesabat dövründə xarici mənbələrdən cəlb edilən investisiyalar 27,3% azalaraq 2132,4 milyon manata enib. Daxili investisiyalar isə 2,8% artaraq 10578,7 milyon manat təşkil edib.

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə xidmətləri istehlakçılarını saxta sənəd və lisenziyalarla bağlı xəbərdar edib. Bank rəhbərliyinin adından hazırlanmış saxta sənədlərdən istifadə edilərək vətəndaşlara yanlış məlumatların verilməsi halları aşkarlanıb. GDP-nin məlumatına görə, AMB bildirir ki, lisenziyalı maliyyə xidmətləri göstərən qurumlar haqqında rəsmi məlumatlar yalnız Bankın www.cbar.az saytında “Bazar iştirakçıları” bölməsində yerləşdirilir və mütəmadi olaraq yenilənir. Vətəndaşlara hər hansı maliyyə xidmətindən istifadə etməzdən əvvəl həmin qurumun lisenziyasının mövcudluğunu Mərkəzi Bankın rəsmi internet səhifəsindən yoxlamaq tövsiyə olunur. Şübhəli hallarla qarşılaşdıqda və ya əlavə məlumat almaq üçün Mərkəzi Bankın 966 nömrəli Qaynar xəttinə müraciət etmək mümkündür.

Read More

COP29 çərçivəsində təşkil olunan “Sudan effektiv istifadə” mövzusunda panel müzakirəsində GİLTEX-in rəhbəri Kamran Ağası şirkətin ekoloji siyasəti və dayanıqlı inkişaf strategiyası barədə məlumat verib. Onun sözlərinə görə, su məsələsi və enerji səmərəliliyi şirkətin gündəliyində duran iki əsas məsələdir. Hazırda şirkət öz su təmizləmə qurğusunu qurmaq üçün müvafiq şirkətlərlə fəal müzakirələr aparır.”Məqsədimiz sıfır tullantı səviyyəsinə çatmaqdır. Bu, əslində fantastik bir nailiyyət olacaq. Bununla yanaşı, karbon əsaslı məsələləri və problemli məqamları müəyyən etmək üçün əsas məlumat bazası üzərində işləyirik”, – deyə K.Ağası bildirib. GİLTEX rəhbəri qeyd edib ki, şirkət ekoloji məhsulların istehsalına xüsusi diqqət yetirir. Belə ki, emal prosesindən keçməyən yeni nəsil…

Read More

Uzunmüddətli qiymətli kağızlar, qısamüddətli ABŞ qiymətli kağızları və bank axınları üzrə xalis xarici alışlar 2024-cü ilin sentyabr ayında 398.4 milyard dollar təşkil edib. GDP xəbər verir ki, bu, avqust ayındakı 75.9 milyard dollarlıq axından sonra qeydə alınıb. Ümumi məbləğdən 341.1 milyard dolları özəl investorların, 57.3 milyard dolları isə rəsmi qurumların payına düşüb. Xaricilərin ABŞ xəzinə istiqrazlarına sahibliyi sentyabrda ardıcıl beşinci ay artaraq rekord həddə – 8.673 trilyon dollara çatıb. Bu, avqust ayındakı 8.503 trilyon dollardan və ötən ilin eyni dövrü ilə müqayisədə 15.4% çoxdur. Eyni zamanda, ABŞ rezidentləri də xarici uzunmüddətli qiymətli kağızlara investisiyalarını artırıb və xalis alışlar 47.1 milyard…

Read More

Bernstein analitikləri proqnozlaşdırır ki, bitkoin 2025-ci ilin sonunadək 200 000 dollar səviyyəsinə yüksələ bilər. GDP xəbər verir ki, qiymət artımının əsas drayveri kimi Trampın kriptovalyuta siyasəti, ABŞ-da bitkoin strateji ehtiyatının yaradılması, tənzimləmədə şəffaflıq və institusional investorlar tərəfindən tələbatın artması göstərilir. Qeyd edək ki, hazırda bitkoin təxminən 70 000 dollar səviyyəsində ticarət olunur.

Read More

TikTok-un Çində yerləşən ana şirkəti ByteDance, son səhmlərin geri alışı təklifindən sonra öz dəyərini təxminən 300 milyard dollar olaraq qiymətləndirir, deyə şənbə günü The Wall Street Journal məlumat yayıb. GDP xəbər verir ki, bu, texnologiya nəhənginin populyar TikTok tətbiqinin ABŞ-da qadağan olunma təhlükəsi ilə üzləşdiyi bir vaxtda baş verir. TikTok-un ana şirkəti ByteDance, son günlərdə investorlarına səhmləri təxminən hər biri 180 dollar qiymətinə geri almağı planlaşdırdıqlarını bildirib. Məlumata görə, ByteDance investorları Donald Trump-ın yenidən Ağ Evə qayıtmasını TikTok-un ABŞ-dakı ümidləri üçün ümumilikdə müsbət hesab edirlər. İyun ayında Bloomberg BusinessWeek müsahibəsində Trump belə deyib: “Mən TikTok-un tərəfdarıyam, çünki rəqabət olmalıdır. TikTok olmasa, yalnız Facebook və Instagram qalır.” Daha əvvəl Trump TikTok-u milli təhlükəsizlik…

Read More

WTI xam neft fyuçersləri Norveçin Qərbi Avropadakı ən böyük neft yatağı olan Johan Sverdrup yatağında elektrik kəsintisi səbəbindən istehsalın dayandırılması xəbərindən sonra 2.5%-dən çox artaraq barrel üçün 68.8 dollara yüksəlib. GDP xəbər verir ki, bu gözlənilməz bağlanma Şimal dənizi bazarında təchizatla bağlı narahatlıqları artırıb. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsində artan gərginlik də qiymətlərin bahalaşmasına təsir edib. Rusiya genişmiqyaslı hava hücumu ilə Ukraynanın elektrik infrastrukturuna ciddi ziyan vurub. Qeyd edək ki, ötən həftə neft qiymətləri Çin iqtisadiyyatının zəif göstəriciləri və Beynəlxalq Enerji Agentliyinin 2025-ci ilədək qlobal neft təchizatında artıqlıq proqnozları fonunda 3%-dən çox ucuzlaşmışdı. Qeyd: WTI (West Texas Intermediate) – Amerika Birləşmiş…

Read More

Çin hökumətinin alüminiumun ixracatına tətbiq etdiyi güzəştləri ləğv etməsi dünya bazarında alüminium qiymətlərinin 5,5% artmasına səbəb oldu Londondakı Metal Birjasında alüminium qiymətləri cümə günü keçirilən ticarət sessiyasının nəticələrinə görə 5,5% artaraq 1 ton üçün 2,64 min dollar səviyyəsinə yüksəlib. Bu, apreldən bəri alüminium qiymətlərindəki ən böyük sıçrayış oldu. Çin hökumətinin bu addımı, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən hər hansı proteksionist tədbirlərin qəbul edilməsindən əvvəl ölkənin ticarət profisitinin azaldılması cəhdi ola bilər. Çin hökuməti alüminiumun ixracına tətbiq etdiyi vergi güzəştlərini ləğv edərək bu sektorun ixracatını məhdudlaşdırır. Bunun nəticəsində alüminium qiymətləri dünya bazarında kəskin şəkildə yüksəlib. Həmin qərar Çinin…

Read More

SOCAR-ın 2024-cü ildə ödəmədiyi və 2025-ci ildə ödəyəcəyi dividend məbləğlərinin cəmi 662 milyon manata çatacaq. Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində bildirilir ki, 2024-cü ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq 408,0 milyon manat dividend ödənişi yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə nəzərdə tutulub. Lakin həmin dövr ərzində SOCAR tərəfindən bu məbləğin ödənilməsi təmin edilməyib. Eyni zamanda, 2023-cü ildə də SOCAR üzrə 200,0 milyon manat dividend ödənişi nəzərdə tutulsa da, ödənilməyib. Buna baxmayaraq, 2025-ci ilin büdcə layihəsində SOCAR-dan alınacaq dividendin məbləği 54,0 milyon manat artırılaraq 462,0 milyon manata çatdırılıb. Beləliklə, SOCAR-ın 2024-cü ildə ödəmədiyi…

Read More

Maliyyə naziri Samir Şərifov Dövlət Neft Fondundan gələn il dövlət büdcəsinə transfertin artımına aydınlıq gətirib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, artım Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır: “Ermənistan ciddi şəkildə silahlanır. Buna cavab olaraq, cənab Prezidentin tapşırığına əsasən, milli təhlükəsizlik xərclərinin artrılmasına, ona görə də Neft Fondundan transfertin artırılmasına ehtiyac yaranıb. Bilirsiniz ki, biz Neft Fondundan transfertin cari illə müqayisədə artmasının tərəfdarı deyildik”.Qeyd edək ki, 2025-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat…

Read More