- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
Author: Aynure Gdp
İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanan qlobal “Yaşıl artım portalı”nın təqdim edilib. GDP xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri bildirib ki, Yaşıl İnkişaf portfelinin təqdimatı COP29-un ən praktiki təşəbbüslərindən biridir. Nazir qeyd edib ki, iqtisadi planlaşdırma siyasətləri və təchizat zəncirində inteqrasiyaya ehtiyac var və bu məsələ prezidentliyin təşəbbüslərində öz əksini tapıb. İqlim Maliyyəsi İnvestisiyaları üzrə İctimai Təşəbbüs (PİCFİ) çərçivəsində investisiya qərarları və ticarət əməliyyatlarında iqlim məsələləri, o cümlədən iqlim maliyyəsi məsələləri iqtisadi planlaşdırma siyasətinin mərkəzində olacaq. Professor Ricardo Hausman-ın rəhbərliyi ilə Harvard komandası tərəfindən həyata keçirilən layihə bu yanaşmanın praktiki…
Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarov ölkənin maliyyə sektounun rəhbərləri ilə görüş keçirib. GDP xəbər verir ki, görüşdə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbərləri iştirak ediblər. Müzakirələr zamanı kapital bazarlarının üçüncü rüb üzrə fəaliyyəti və əldə edilən nəticələr təhlil olunub. Eyni zamanda, kapital bazarlarının ölkənin maliyyə sisteminin dayanıqlı inkişafındakı rolu və qarşıda duran çağırışlar diqqət mərkəzində olub. Görüşdə həmçinin maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçirilən təşəbbüslər müzakirə edilib.
İqtisadi planlaşdırma siyasətlərinin və təchizat zəncirinin inteqrasiyasına ehtiyac var İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanan qlobal “Yaşıl artım portalı”nın təqdimatında İqtisadiyyat naziri Mikayıl Cabbarov iqlim məsələlərinin iqtisadi planlaşdırmada əhəmiyyətindən danışıb. Nazir bildirib ki, iqtisadi planlaşdırma siyasətlərinin və təchizat zəncirinin inteqrasiyasına ehtiyac var və bu məsələ prezidentliyin büdcələri və əhatə dairəsi ilə irəli sürülən təşəbbüslərdə öz əksini tapıb. “Biz bunu PİCFİ – İqlim Maliyyəsi İnvestisiyaları üzrə İctimai Təşəbbüs adlandırırıq. Əgər investisiya qərarları qəbul ediriksə və ya ticarət aparırıqsa, iqlim məsələlərini, o cümlədən iqlim maliyyəsi məsələlərini iqtisadi planlaşdırma siyasətimizin mərkəzində qoymuruqsa, böyük ehtimalla istədiyimiz…
Azərbaycan Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) birgə təşkilatçılığı ilə Bakıda Mərkəzi Asiya üzrə Enerji Keçidi İnvestisiya Forumu öz işinə başlayıb. İki günlük forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və BƏƏ-dən olan yüksək səviyyəli rəsmilər iştirak edir. GDP xəbər verir ki, tədbirdə “Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) proqramı təsis edilib. Proqram regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini və regionlararası əlaqələrin gücləndirilməsini hədəfləyir. Azərbaycan Energetika naziri Pərviz Şahbazov çıxışında Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin yaradılması istiqamətində başlanılan işbirliyi barədə məlumat verib. Nazir COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji tərəfdaşlığı sazişinin əhəmiyyətini vurğulayıb.…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AMB tərəfindən təşkil edilən “Dünyada dayanıqlı maliyyələşdirmənin təşviqi: dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu və müqayisəliliyi üzrə Yol Xəritəsi” mövzusunda panel müzakirəsində çıxış edib. “İlk növbədə, biz prioritetlər, məlumatlar və tənzimləmə daxil olmaqla yaşıl maliyyə üçün funksional ekosistem yaradacağıq”, – deyə Mərkəzi Bankın sədri bildirib. T.Kazımovun sözlərinə görə, AMB artıq Azərbaycan Yaşıl Taksonomiyasını hazırlayıb və bu prosesə müxtəlif maraqlı tərəflər, nazirliklər, maliyyə sənayesi assosiasiyaları və beynəlxalq maliyyə təşkilatları cəlb olunub. Mərkəzi Bank rəhbəri qeyd edib ki, Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində 1991-ci illə müqayisədə 2050-ci ilə qədər emissiyaların 40 faiz azaldılması nəzərdə…
Trampın keçid komandası Bayden administrasiyasının elektromobillərə tətbiq etdiyi 7500 dollar məbləğində vergi güzəştini ləğv etməyi planlaşdırır. “Tesla”nın rəhbəri İlon Mask bu ilin əvvəlində bəyan etmişdi ki, bu subsidiyanın ləğvi “Tesla” satışlarına təsir göstərə bilər, lakin elektromobil bazarındakı “General Motors” kimi rəqiblərini müflis vəziyyətinə sala bilər.
Enerji əmtəə bazarında əhəmiyyətli qiymət dəyişiklikləri müşahidə olunub. Dünən əsas enerji daşıyıcılarının qiymətlərində müxtəlif istiqamətli dinamika qeydə alınıb. GDP xəbər verir ki, ən kəskin azalma təbii qaz qiymətlərində baş verib – 7.27% ucuzlaşma müşahidə edilib. Metanol qiymətləri də 0.65% geriləyib. Digər tərəfdən, Avropanın əsas təbii qaz mərkəzi olan Hollandiyanın TTF indeksi 5.54% artıb. Böyük Britaniyanın təbii qaz qiymətləri də 4.95% yüksəlib. Neft məhsulları və xam neft bazarında da müsbət dinamika müşahidə olunub: Bu qiymət dəyişiklikləri qlobal enerji bazarında davam edən volatilliyin göstəricisidir.
Bu gün COP29 Global forumu zamanı Mavi Zonada təşkil olunan “Daha Yaxşı Pambıq” konfransı zamanı Azərbaycan Tekstil Assosiasiyası ilə “Uztəxtilprom” Assosiasiyası arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədə Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova və “Uztextilprom” Assosiasiyasının Sədri Mirmuxsin Sultanov imza atıblar. Bu Memorandum iki təşkilat arasında strateji tərəfdaşlığın başlanğıcıdır və davamlı inkişaf, ekoloji məsuliyyət və COP29 prinsiplərinin tətbiqi əsasında tekstil sənayesinin inkişafına yönəlib. Əməkdaşlığın əsas məqsədləri dayanıqlı tekstil texnologiyaları və ekoloji təmiz istehsal sahəsində təcrübə mübadiləsi, hər iki ölkənin tekstil sənayesində enerji effektivliyi və texnologiyaların tətbiqinə dəstək, həmçinin karbon izinin azaldılması və tullantıların idarə olunmasını əhatə edən COP29…
Azərbaycanda “yaşıl istiqrazlar”ın qarşısında duran əsas maneə qanunverici çərçivənin olmamasıdır. Bunu “PAŞA Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev COP29 çərçivəsində keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” adlı tədbirdə bildirib. “COP29 öncəsində də “yaşıl istiqrazlar”a maraq var idi. Müzakirə olunacaq əsas məsələlərdən biri “yaşıl istiqrazlar”ın yaradılmasıdır. Lakin bu istiqrazların inkişafına mane olan əsas səbəb qanunverici bazanın yoxluğudur. Müvafiq qanunverici çərçivə olmadan “yaşıl istiqrazlar” bazara təqdim edilə bilməz və biz bu cür məhsulları təklif edə bilmərik. Bu istiqamətdə qanunverici orqanlarla iş aparılır və düzgün həll yolları hazırlanmalıdır ki, istiqrazlar bazara çıxarılanda hər hansı problem yaranmasın”, – deyə…
Nazir: “Son 30 ildə Azərbaycan CAREC ölkələrinə 4,2 milyard ABŞ dolları birbaşa investisiya yatırıb”
Son 30 il ərzində Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olan ölkələrindən Azərbaycana birbaşa investisiyalar 1,4 milyard ABŞ dolları, Azərbaycanın CAREC ölkələrinə birbaşa investisiyaları isə 4,2 milyard ABŞ dolları təşkil edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən “İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü”ndə bildirib. “Azərbaycan CAREC-ə üzv ölkələr ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi istiqamətində səylərini davam etdirir. Bu ilin ilk 9 ayı ərzində Azərbaycanla CAREC üzv dövlətləri arasında ticarət dövriyyəsi təxminən 4 milyard ABŞ dolları təşkil edib və həmin dövrdə CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətindəki payı 11,5% olub. Qarşılıqlı investisiyalarda da eyni müsbət dinamikanı müşahidə…
