Author: Aynure Gdp

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, 2024-cü ildə istehlakçı hüquqları və bazar nəzarəti ilə bağlı cəmi 7979 müraciət qeydə alıb. GDP xəbər verir ki, bu barədə Agentliyin rəhbəri Məmməd Abbasbəyli sosial şəbəkə hesabında məlumat verib. O bildirib kii, müraciətlərin bölgüsü aşağıdakı kimi olub: Agentliyin rəhbəri Məmməd Abbasbəyli sosial şəbəkələrdəki paylaşımında qeyd edib:”Tədbirlərimiz istehlakçıların rifahını və bizneslərin müştəriyönümlülüyünü hədəfləyir. 2024-cü ildə qeydə alınan müraciətlərin 70%-dən çoxu təxirə salınmadan həll edilib.” Statistika:

Read More

Bankların 2024-cü ildə aktivləri, öhdəlikləri və kapitalı artıb GDP Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 2023-cü ilin dekabr ayına nisbətən 7.8% artaraq 53,001.4 mln. manat, cəmi öhdəlikləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 7.6% artraq 46,383 mln. manat, balans kapitalı isə illik müqaisədə 9.2% artaraq 6,618.4 mln. manat olub. Bu göstəricilər bank sektorunun davamlı inkişafını və maliyyə sabitliyini əks etdirir. Aktivlərin və kapitalın artımı bankların öz fəaliyyətlərini genişləndirmək və iqtisadiyyata daha çox dəstək vermək imkanlarını gücləndirib.

Read More

Azərbaycan Respublikasında maliyyə xidmətləri istehlakçılarının hüquqlarının daha effektiv müdafiəsi məqsədilə müxtəlif assosiasiyalar nəzdində işçi qrupları təsis edilib. GDP xəbər verir ki, bu qruplar Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Birjası İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək. İşçi qruplarının əsas vəzifəsi istehlakçı hüquqlarının qorunması sahəsində səmərəliliyin artırılması, pozulmuş hüquqların bərpası və mübahisələrin operativ və effektiv şəkildə həll edilməsinə töhfə verməkdir. Məlumatına görə, 2025-ci il yanvar ayının 27-də işçi qruplarının və assosiasiya nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib. Görüş zamanı Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinə ünvanlanmış vətəndaş müraciətlərinin cavablandırılması prosesində qanunvericiliyin tələblərinə riayət edilməsi,…

Read More

ChatGPT-nin yaradıcısı olan OpenAI bəyanat yayaraq Çin startapı DeepSeek-i Amerika şirkətlərinin inkişaflarını öz süni intellekt modellərini təkmilləşdirmək üçün istifadə etməkdə ittiham edib. GDP xəbər verir ki,bu səbəbdən OpenAI ABŞ hakimiyyəti ilə əməkdaşlığını gücləndirəcəyini və texnologiyalarını qorumaq üçün daha sıx tədbirlər görəcəyini açıqlayıb. ABŞ Hərbi Dəniz Donanması milli təhlükəsizlik səbəbindən hərbçilərə DeepSeek-dən istifadəni qadağan edib. Eyni zamanda, Microsoft araşdırma apararaq DeepSeek-in OpenAI-nin çıxış məlumatlarını icazəsiz şəkildə əldə edib-etmədiyini müəyyənləşdirməyə çalışır. DeepSeek-in nüfuzuna zərbə vurmaq üçün aparılan kampaniyaya Britaniya mətbuatı da qoşulub. Daily Mail qəzeti Çinli şirkət təsisçisini qeyri-adi saç düzümü ilə ittiham etməyə qədər gedib.

Read More

Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı 2025-ci ilin ilk iclasında növbəti faiz endirimi etməsi geniş gözlənilir. GDP xəbər verir ki, treyderlər mərkəzi bankın durğun vəziyyətdə qalan Federal Ehtiyat Sistemindən (Fed) nə qədər uzaqlaşmağa hazır olduğunu qiymətləndirməyə çalışırlar. Çərşənbə günü pul bazarları yanvar iclası üçün 35 baza bəndi həcmində faiz endirimini qiymətləndirirdi ki, bu da avrozonanın mərkəzi bankının ən azı dörddəbir faiz bəndi endirim edəcəyini göstərir. Bu addım depozit imkanlarını – bankın əsas faiz dərəcəsini – 2.75%-ə endirəcək və 2024-cü ilin iyun ayında monetar yumşalma başladıqdan bəri beşinci faiz azalması olacaq. Bazar qiymətləndirmələri göstərir ki, AMB mart və iyun iclaslarında daha…

Read More

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin yanvar-dekabr ayları üzrə sığora ödənişləri açıqlanıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” şirkəti olub. Belə ki, Paşa Həyat Sığorta – 2023-cü ildə 266,164 min manat sığorta ödənişi edib, 2024-cü ildə isə bu rəqəm 418,779 min manata çatıb. Artım 152,615 min manat olub ki, bu da 57.3%-lik artım deməkdir. Bazar payı 2023-cü ildə 45.3%, 2024-cü ildə isə 55.6% olub. 2. Paşa Sığorta – 2023-cü ildə 144,012 min manat sığorta ödənişi edib, 2024-cü ildə 141,292 min manat olub. Dəyişiklik -2,720 min manat olub ki, bu…

Read More

2024-cü ildə Azərbaycanın sığorta bazarında sığorta haqlarının həcminə görə “Paşa Həyat Sığorta” 594,399 min manat yığımla bazarın 43.9 faizinə sahib olaraq lider mövqeyini qoruyub. GDP xəbər verir ki, ölkənin sığorta bazarında ikinci yerdə 317,560 min manat yığımla bazarın 23.5 faizini təşkil edən “Paşa Sığorta” qərarlaşıb. İlk üçlüyü 90,939 min manat yığımla bazarın 6.7 faizini təşkil edən “Atəşgah Həyat” tamamlayıb. Dördüncü yerdə 76,436 min manat yığımla bazarın 5.6 faizini təşkil edən “Atəşgah”, beşinci yerdə isə 79,351 min manat yığımla bazarın 5.9 faizini təşkil edən “Qala Sığorta” qərarlaşıb. “Meqa Sığorta” 36,217 min manat yığımla bazarın 2.7 faizinə sahib olaraq altıncı yeri tutub.…

Read More

2023 və 2024-cü illərin yanvar-dekabr ayları üzrə sığorta göstəricilərinin təhlili göstərir ki, sığorta bazarında əhəmiyyətli artım müşahidə edilib. GDP Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ildə sığorta haqları 1,353,185 manat təşkil edərək, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 130,648 manat və ya 10.69% artaraq 1,222,537 manat təşkil edib. Eyni zamanda, sığorta ödənişlərində daha yüksək artım dinamikası qeydə alınmışdır. Belə ki, 2024-cü ildə sığorta ödənişləri 752,712 manat təşkil edərək, əvvəlki ilin göstəricisini 165,387 manat və ya 28.16% üstələmişdir. Bu göstəricilər sığorta bazarının 2024-cü ildə dinamik inkişaf etdiyini göstərir. Sığorta haqlarındakı artım bazarın genişləndiyini, ödənişlərdəki daha yüksək artım isə sığorta şirkətlərinin…

Read More

“Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu”. GDP xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə söyləyib. Dövlət başçısının sözlərinə görə, Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi, amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu: “Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib – Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək”. Prezident qeyd…

Read More