- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının sədri dəyişib. GDP xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Şuranın sədri Azərbaycan Baş nazirinin müavini Samir Şərifov olacaq. İndiyə qədər bu vəzifədə Əli Əhmədov idi.
Yanvarın 27-də İqtisadi Şuranın iclası keçirilib. Bu barədə GDP-yə Nazirlər Kabinetindən məlumat verilib. Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar, 2024-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri və İqtisadi Şuranın 2025-ci il üzrə Fəaliyyət Planı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Azad İqtisadi Zonanın (AİZ) yaradılması ilə bağlı məsələlər, ölkəmizin beynəlxalq maliyyə institutları və fondları ilə əməkdaşlığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2024-cü il üzrə Fəaliyyət Hesabatı və 2025-ci il üçün Fəaliyyət Planı və digər cari…
Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 16 dekabr 2024-cü il tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb Yenilənmiş qanuna əsasən, bundan sonra Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək. Alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır. Bununla bağlı müvafiq İcra Hakimiyyəti orqanları dedikdə Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi nəzərdə tutulur
Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla M.Musayev bu təltifə Azərbaycanda sahibkarlığın inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb. Qeyd edək ki, bu gün Məmməd Musayev 70 yaşı tamam olur.
Nasdaq futures indeksi 3% düşüş qeyd edir ki, bu da Çin süni intellekt şirkəti DeepSeek-in yaratdığı İA köməkçisinin artan populyarlığı ilə əlaqədardır. GDP xəbər verir ki, DeepSeek-in İA köməkçisi App Store-da ən çox yüklənən proqramlar arasında birinci yerdə qərarlaşıb və Android Play Store-da da ən çox yüklənənlər sırasına daxil olub. Mütəxəssislər qeyd edirlər ki, DeepSeek-in ən yeni İA modelinin daha az inkişaf etmiş çiplərdə işləyərək daha yüksək iqtisadi səmərəlilik göstərməsi ehtimalı, Nvidia Corp. kimi şirkətlərin həddindən artıq qiymətləndirilməsinin əsaslılığını şübhə altına qoyur. Çin Trump-a cavab verdi və süni intellektin inkişafına 1 trilyon yuan sərmayə qoyacaq Çin, süni intellektin inkişafı üçün 1 trilyon yuan (təqribən 140 milyard dollar) sərmayə qoyacağını…
“Xalq Sığorta” ASC-də İnformasiya texnologiyaları departamentinin rəhbəri təyin olunub. Bu vəzifəyə təyin olan şəxs Abdullayev Ziya Abdulla oğludur. O, Qafqaz Universitetində İnformatika və hesablama texnikası üzrə təhsil alıb. Xatırladaq ki, “Xalq Sığorta” şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 32.516 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 4.4 manat olan 7.39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37.5%-lik səhmdarı) məxsusdur.
Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Makroiqtisadi Dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda 2024-cü ilin yekunları üzrə monitorinq və qiymətləndirmə nəticələri müzakirə edilərək, tədbirlərin effektivliyinin artırılması istiqamətində yeni addımlar müəyyənləşdirilib. İclasda iştirak edən Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupunun sədri Əliyar Məmmədyarov, strategiya istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib. İşçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov isə il ərzində görülən işlər və çağırışlarla bağlı ətraflı məlumat təqdim edib. İclasda “Daxili…
Neft qiymətləri bazar ertəsi günü azalma tendensiyası göstərir, bu, keçən həftəki düşüşün davamıdır. GDP xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında mart ayı üçün Brent neftinin futures müqavilələrinin qiyməti Moskva vaxtı ilə saat 8:20-ə olan məlumata görə hər barrel üçün 77,93 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 0,57 dollar (0,73%) aşağıdır. Nyu-York Ticarət Birjasının elektron ticarətində mart ayı üçün WTI neftinin futures müqavilələrinin qiyməti isə hər barrel üçün 74,09 dollara qədər azalaraq 0,57 dollar (0,76%) ucuzlaşıb.
Aqrar Subsidiya Şurası, 2025-ci il üçün əkin və məhsul subsidiyaları ilə bağlı yeni qərarlar qəbul edib. Bu qərarlara əsasən, bəzi bitkilər üzrə subsidiyalar artırılıb, bəziləri isə azadılıb. Dəyişikliklər fermerlərin daha effektiv fəaliyyət göstərməsi və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədi daşıyır. GDP xəbər verir ki, dəyişikliklərə əsasən şəkər çuğunduru üzrə subsidiyalar artırılıb. Müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri üzrə məhsul subsidiyası 19 AZN/ton-dan 22 AZN/ton-a qədər artırılıb ki, bu da 15,8% artım deməkdir. Müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri üzrə isə məhsul subsidiyası 18 AZN/ton-dan 19 AZN/ton-a qədər artırılıb ki, bu da 5,6% artım deməkdir. Tütün üzrə subsidiyalar azadılıb Virciniya sortu, yaş tütün üzrə…
“Azercell Telekom” MMC-nin bu gün yaydığı məlumata əsasən Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində 2 AZN (ƏDV daxil) aylıq abunə haqqı tətbiq olunacaq. Aylıq abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunacaq. Dəyişikliklərlə bağlı Azercell mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq şirkətin mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirdiyi bildirib. Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bildiyi qeyd olunub. Eyni zamanda, telekommunikasiya şəbəkəsinin keyfiyyətinin artırılması…
