- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Brent markalı neftin qiyməti 23 yanvar 2025-ci il tarixində 1.28% azalaraq 77.99 dollara düşüb. Gdp xəbər verir ki, bu azalma bazarda təklifin artması və tələbin zəifləməsi ilə izah oluna bilər. Səudiyyə Ərəbistanının hasilatı artıracağı xəbərləri, ABŞ dollarının güclənməsi və qlobal iqtisadi şərtlər qiymətə təsir göstərib. Texniki baxımdan, qiymət 78.00 dollarlıq dəstək səviyyəsini qıraraq daha aşağı səviyyələrə enib. Bu azalma neft ixrac edən ölkələrin gəlirlərini azalda, enerji idxal edən ölkələr üçün isə xərcləri azalda bilər.
Amerikanın enerji sektoru üzrə mütəxəssis Anas Alhajın açıqlamasına görə, ABŞ-ın şist neft ehtiyatları hazırda azalma tendensiyası göstərir. Maliyyə naziri 2028-ci ilə qədər hasilatı 3 milyon barrel artırmaq və büdcə kəsirini ÜDM-də 6.8%-dən 3-4%-ə endirmək niyyətindədir. Ancaq gələn il üçün Perm hövzəsində yalnız 100 min barrel artım gözlənilir. Yeni quyuların qazılması rentabelli deyil və bu xərclərin artmasına səbəb olur. Ekspert hesab edir ki, Donald Trampın sənaye və Wall Street arasında seçim etməsi maraqlı olacaq. Tarif müharibələri neft qiymətlərini yenidən yüksəldə bilər. Böyük ehtimalla ABŞ Səudiyyə Ərəbistanı ilə razılaşaraq ona bazar payı verməklə qiymətləri endirməyə çalışacaq. Lakin Səudiyyə Ərəbistanı hazırda OPEK+ formatında…
ABŞ-ın prezidentinin keçid komandasının rəhbəri Robert Uilki bildirib ki, əgər Vladimir Putin Ukrayna ilə bağlı razılığa gəlməsə, Amerika Birləşmiş Ştatları dünya bazarına neft tədarükünü kəskin şəkildə artıracaq və qiyməti bir barel üçün 40 dollar və ya daha aşağı endirəcək. GDP xəbər verir ki, onun sözlərinə görə, bu strategiya Rusiya iqtisadiyyatına ciddi təzyiq göstərməklə yanaşı, Putin rejiminin müharibə iqtisadiyyatını iflas vəziyyətinə gətirə bilər. Robert Uilki qeyd edib ki, ABŞ-ın qlobal neft bazarında aparıcı mövqeyi onun bu təsir mexanizmini reallaşdırmasına imkan verəcək. Əsas məqsəd Ukraynadakı müharibəni iqtisadi vasitələrlə dayandırmaq və Rusiyanın hərbi fəaliyyətinə sərt iqtisadi cavab verməkdir.
Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib. Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub. Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib.
Çinin Henan əyalətində qlobal bazarları dəyişdirə və qızıl mədənçiliyi sahəsində Çinin liderliyini gücləndirə biləcək nəhəng bir qızıl yatağı aşkar edilib. Təxminən 75 milyard avro dəyərində qiymətləndirilən bu yataq, miqyası və potensial təsiri ilə diqqət çəkir. Çinli geoloqların illərlə apardıqları tədqiqatlar nəticəsində aşkar edilən bu yataq yalnız böyük ölçüsü ilə deyil, həm də tərkibindəki qızılın yüksək saflığı ilə fərqlənir. İlkin tədqiqatlar göstərir ki, Henan dağlarında minlərlə ton qızıl mövcuddur və bu tapıntı son onilliklərdəki ən əhəmiyyətli kəşflərdən biridir. Ekspertlər bu ərazidə mədən işlərinin onilliklər boyunca davam edə biləcəyini proqnozlaşdırırlar. Qızılın yüksək saflığı isə hasilat xərclərini azaltmaqla Çinə qlobal qızıl bazarında əhəmiyyətli…
Bu gün 2025-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransı keçirilib. Mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış edib. GDP çıxışın tam versiyasını təqdim edir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, 2025-ci və 2026-cı illərdə inflyasiya hədəf diapazonunda qalacaq. GDP xəbər verir ki, brifinq zamanı Taleh Kazımov bildirib ki, 2025-ci ilin sonunda inflyasiyanın 5.5%, 2026-cı ildə isə 3.8% olacağı gözlənilir. Taleh Kazımov qeyd edib ki, 2024-cü ilin oktyabr proqnozu ilə cari ilin yanvar proqnozu arasında 0.3 faiz bəndi fərq var. Bu fərqin əsas səbəbi inflyasiya proqnozunun aşağı doğru yenilənməsi və qiymət artım tempinin azalmasıdır. “Kənd təsərrüfatı istehsalçıları ilə bağlı qiymətlərin artım tempində də azalma müşahidə olunur. Oktyabr ayında bu sahədə qiymətlərin 6.8% artacağı proqnozlaşdırılmışdı. Lakin yanvar ayında proqnozlarımız göstərir ki, bu…
Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinin elan olunması ilə bağlı keçirilən brifinqdə bildirib ki, dekabr ayında illik inflyasiya 4.9% təşkil etmişdir. Ərzaq inflyasiyası 5.5%, qeyri-ərzaq inflyasiyası 2.4%, xidmətlər üzrə inflyasiya isə 6.3% olmuşdur. Baza inflyasiyası isə 4.4% səviyyəsində qeydə alınmışdır. GDP xəbər verir ki, Taleh Kazımovun sözlərinə görə, Azərbaycanda inflyasiyaya təsir edən bir sıra xarici və daxili amillər mövcuddur. Xarici amillərdən bəhs edərkən vurğulanıb ki, illik inflyasiya göstəricisi əsasən ticarət tərəfdaşlarının inflyasiya səviyyəsi ilə əlaqədardır. Belə ki, ticarət tərəfdaşlarının inflyasiyası illik əsasda ümumilikdə 4.41 faiz bəndi artırıcı təsir göstərmişdir. Bununla yanaşı, Azərbaycanın qeyri-neft ticarət tərəfdaşlarının 11…
