- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri ilə bağlı yaydığı press-relizdə inflyasiyaya təsir edən xarici amillər və iqtisadi göstəricilərlə bağlı əhəmiyyətli məqamlar qeyd edilib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, ötən il qlobal əmtəə qiymətləri indeksi 4.3% artıb. Bununla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası 2024-cü ilin 11 ayı ərzində azalaraq 11.9%-ə enib. Bu azalma, əsasən, manatın nominal effektiv məzənnəsinin 9%-lik möhkəmlənməsi hesabına neytrallaşıb. Mərkəzi Bank bildirir ki, son aylarda inflyasiyaya təsir edən xarici amillər ümumilikdə stabil olaraq qalıb. Bu, ölkənin iqtisadi sabitliyinə və maliyyə bazarlarının dayanıqlığına müsbət təsir edir. Bu cür göstəricilər Azərbaycanın iqtisadi mühitində sabitliyi qoruyub saxlamaqla…
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. GDP xəbər verir ki,Mərkəzi Bankın faiz dəhlizi ilə bağlı press-relizində bildirilir ki, faiz dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Təchizatçıların uyğunluq göstəriciləri üzrə müvafiq məlumatları ilə yanaşı, məhkumluq barədə məhkəmə qərarının olub-olmaması haqqında arayışın təqdim edilməsi portal vasitəsilə həyata keçirilir. “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 491 nömrəli Qərarına əsasən, bir sıra dövlət qurumları ilə dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) inteqrasiyası nəzərdə tutulub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən növbəti inteqrasiya prosesi Daxili İşlər Nazirliyi ilə birgə “hüquqi şəxs və ya fərdi sahibkarın icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 il ərzində…
22 yanvar 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını elan edəcək. GDP xəbər verir ki,həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək. Konfransda qəbul edilən qərarın detalları, faiz dəhlizinə təsir edən amillər və gələcək monetar siyasət istiqamətləri barədə məlumat veriləcək.
Federal Ehtiyat Sistemi İdarə Heyəti, ekoloji cəhətdən davamlı maliyyə sistemlərini təşviq etmək üçün 2017-ci ildə yaradılmış beynəlxalq tənzimləyicilər koalisiyası olan “Maliyyə Sisteminin Yaşıllaşdırılması Şəbəkəsi”ndən (NGFS) çıxmaq qərarını elan edib. Bəyanatında Federal Ehtiyat Sistemi, NGFS daxilində əməkdaşlığın dəyərini qəbul etsə də, təşkilatın fəaliyyət dairəsinin “İdarə Heyətinin qanuni məsuliyyətlərinin sərhədlərini aşan məsələləri” əhatə etdiyini qeyd edib. NGFS, mərkəzi bankların siyasətlərinə daxil edə biləcəyi iqlim dəyişikliyinə dair makro-maliyyə ssenarilərinin, həm uzunmüddətli, həm də qısamüddətli, hazırlanmasına fokuslanır. 2024-cü ilin noyabr ayında NGFS, 2050-ci ilə qədər uzanan beşinci uzunmüddətli ssenarilər toplusunu dərc etdi. Koalisiya, həmçinin mərkəzi banklara monetar siyasətə iqlim məsələlərinin inteqrasiyası və portfelləri üçün…
İlkin əks-səda fond bazarında özünü göstərdi, burada S&P 500 indeksi “Tramp rallisi” zamanı qazandığı əhəmiyyətli bir hissəni itirdi. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini gözlənildiyi kimi aşağı salacağına şübhə etməyə başladılar və yeni administrasiyanın siyasi vədlərinin səhmlərin dəyərinə təsirini qiymətləndirdilər. Xəzinə istiqrazlarının gəlir əyrisi də noyabrın sonundan bəri ilk enişdən sonra sonra kəskin şəkildə dəyişdi. Eyni zamanda, bitkoin və dollar öz mövqelərini qorudu. Bu tendensiyalar üçün əsas sınaq Trampın vəzifəyə başlaması ilə başlayır. Ən böyük risk tariflərlə bağlıdır. Administrasiyanın planları əvvəlki prezidentliyi dövründəkindən daha uzunmüddətli və proqnozlaşdırılması çətin olan ticarət müharibələrinə səbəb ola bilər. Uoll-Striti həmçinin immiqrasiya siyasətinin…
Mərkəzi Bankın rəhbər heyəti 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib. GDP xəbər verir ki, ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, onların müqəddəs xatirəsinə hörmət və ehtiram ifadə olunub.
Melaniya Tramp öz memkoinini buraxaraq əri Donald Trampın memkoininin qiymətini 40% ucuzlaşdırıb. GDP xəbər verir ki, Melaniya Tramp, əri tərəfindən buraxılmış memkoinin rekord uğurlarından ilham alaraq – hansı ki, bir gündə 58 milyard dollar qazandırmışdı – özünün də geri qalmadığını sübut etmək qərarına gəlib. “İndi MELANIYA ala bilərsiniz,” – ABŞ prezidentinin həyat yoldaşı sosial şəbəkələrdə yazıb. Melaniyanın memkoininin nə qədər mənfəət gətirəcəyini hələ bilmirik, lakin o, artıq müəyyən bir “uğur” əldə edib: Donald Trampın memkoininin dəyəri 40% azalıb.
