Close Menu
    What's Hot

    Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”

    06 May 2026

    Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb

    06 May 2026

    Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”

    06 May 2026
    Trending
    • Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
    • Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
    • Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
    • Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
    • Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
    • Mərkəzi Bank faiz qərarını açıqladı
    • 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
    • Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”

      06 May 2026
      Recent

      Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”

      06 May 2026

      Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”

      06 May 2026

      Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”

      06 May 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      “Azərpoçt”un rəhbəri vəzifəsindən ayrılan İsi Mustafayev yeni vəzifəyə təyin olunub

      20 Aprel 2026

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Azərbaycanda 500 min manat kapital ilə yeni broker şirkət yaradılıb

      07 Aprel 2026

      Qlobal bazarlarda son qiymətlər

      29 Aprel 2026

      Maliyyə bazarında son qiymətlər: indekslərdən əmtəələrədək

      28 Aprel 2026

      S&P 500 şirkətləri 2025-ci ildə 400 min iş yerini ixtisar edib

      27 Aprel 2026

      Brent neftinin qiyməti 108 dollardan yuxarı qalxıb

      27 Aprel 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Belarus kriptobanklara yaşıl işıq yandırdı: 26 sikkə, 11 əməliyyat

      24 Aprel 2026

      İran danışıqlardan imtina etdi, bitkoin 74.000 ABŞ dollarını sınaqdan keçirib

      20 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Qlobal bazarlarda son qiymətlər

      29 Aprel 2026

      Maliyyə bazarında son qiymətlər: indekslərdən əmtəələrədək

      28 Aprel 2026

      S&P 500 şirkətləri 2025-ci ildə 400 min iş yerini ixtisar edib

      27 Aprel 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb

      06 May 2026
      Recent

      Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb

      06 May 2026

      2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb

      06 May 2026

      Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib

      06 May 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » Trampın seçkilərdə qələbəsi: Qlobal bazarlarda dəyişikliklər və gözləntilər
    Birja

    Trampın seçkilərdə qələbəsi: Qlobal bazarlarda dəyişikliklər və gözləntilər

    20 Yanvar 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Screenshot
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    İlkin əks-səda fond bazarında özünü göstərdi, burada S&P 500 indeksi “Tramp rallisi” zamanı qazandığı əhəmiyyətli bir hissəni itirdi. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini gözlənildiyi kimi aşağı salacağına şübhə etməyə başladılar və yeni administrasiyanın siyasi vədlərinin səhmlərin dəyərinə təsirini qiymətləndirdilər. Xəzinə istiqrazlarının gəlir əyrisi də noyabrın sonundan bəri ilk enişdən sonra sonra kəskin şəkildə dəyişdi. Eyni zamanda, bitkoin və dollar öz mövqelərini qorudu.

    Bu tendensiyalar üçün əsas sınaq Trampın vəzifəyə başlaması ilə başlayır. Ən böyük risk tariflərlə bağlıdır. Administrasiyanın planları əvvəlki prezidentliyi dövründəkindən daha uzunmüddətli və proqnozlaşdırılması çətin olan ticarət müharibələrinə səbəb ola bilər. Uoll-Striti həmçinin immiqrasiya siyasətinin ABŞ iqtisadiyyatına təsirləri və artan geosiyasi gərginlik narahat edir. Trampın artıq ABŞ-ın ənənəvi müttəfiqləri – Kanada, Meksika və Avropanı hədəf alması bu narahatlığı artırır.

    “Proqnozlaşdırma bir ehtimal ifadəsidir, lakin biz fərziyyələr irəli sürməliyik, çünki bu, iqtisadi perspektivlərə təsir göstərəcək,” – Citigroup-un ABŞ üzrə baş iqtisadçısıları 2025-ci il üçün proqnozlarla bağlı bildirib.

    Administrasiyanın dəyişməsi fonunda treyderlərin diqqət etdiyi aktivlər və sektorlara qısa bir baxış:

    Səhmlər

    Trampın qələbəsindən sonra yaranan ilkin eyforiya fond bazarının bəzi sektorlarında, xüsusilə kiçik kapitalizasiyalı şirkətlərdə özünü tez bir zamanda göstərdi. Russell 2000 indeksi seçkilərdən sonrakı gün 5.8% artaraq son iki ildəki ən yaxşı nəticəni göstərdi. Məntiq sadə idi: yeni administrasiyanın proteksionist ticarət siyasəti əsas gəlirlərini daxili bazardan əldə edən şirkətlərə ən çox fayda verəcəkdi.

    Lakin bu entuziazm tez sönməyə başladı. İndeks 5-25 noyabr arasında 8% yüksəldi, lakin sonrakı həftələrdə bu artımın böyük hissəsini itirdi.

    “Bu səhmlərin çoxu ya minimal gəlir gətirir, ya da zərər edir. Onların yaşamaq üçün maliyyələşməyə ehtiyacı var və faiz dərəcələrinin artması onlar üçün tamamilə uyğunsuzdur,” – Interactive Brokers-in ekspertləri bildirib.

    Bank səhmləri

    Bank səhmləri də seçkilərdən sonrakı canlanma dövrünü yaşadı, çünki Tramp kreditorlara nəzarəti zəiflətməyi vəd etmişdi. KBW Bank indeksi 5-25 noyabr arasında təxminən 14% artaraq 52 həftənin maksimum səviyyəsinə çatdı. Bununla belə, daha sonra 1.8% dəuər itirərək impulsunu itirdi.

    Enerji şirkətləri

    Enerji şirkətlərinin səhmləri də neft və qaz hasilatına dair “quyuları qazın” siyasəti sayəsində seçkilərdən sonra dəstək gördü. S&P 500 Enerji indeksi 6 noyabrda 3.5% artaraq ilin ən yaxşı nəticəsini göstərdi və seçkilərdən 22 noyabra qədər 6.5% yüksəldi. Lakin o vaxtdan bəri bazarın həddindən artıq doyması, tariflər və iqtisadi artım qorxuları fonunda 3.2% itki nümayiş etdirdi.

    Nisbətən sabit sektorlar

    Fond bazarında investorların nisbətən «şıq gördüyü» sektorlar daha sabit qaldı. Kriptovalyutalarla bağlı səhmlər əsasən gəlirlərini qorudu. Tesla Inc isə daha da fərqləndi. Elektromobil istehsalçısının səhmləri Trampın qələbəsindən sonra 70% bahalaşdı, baxmayaraq ki, yeni prezident elektromobillərə qarşı skeptikliyi ilə tanınır. Bu, İlona Maskın administrasiyaya yaxınlığı və onun tamamilə avtonom avtomobillər istehsalı ilə bağlı ambisiyalarına yardım edəcəyi nəzəriyyəsinə əsaslanır.

    Valyutalar

    Trampa edilən seçki mərclərinin ən aydın təzahürü dollarla bağlı uzunmüddətli mövqe idi. Bu, əsasən, Tramp administrasiyasının gözlənilən daha yumşaq fiskal siyasətinin təsiri ilə tariflərin artırılması və inflyasiya nəticələrinə dair gözləntilərə əsaslanırdı. Bloomberg Dollar İndeksi seçkilərdən sonrakı 10 həftə ərzində 5% artaraq Trampın 2016-cı ildəki qələbəsindən sonrakı artımla müqayisə edilə biləcək səviyyəyə çatdı. Bu hərəkətin əsasında qlobal valyutaların, o cümlədən Avro və Kanada dollarının zəifləməsi durur. Bu valyutalar Trampın iqtisadi siyasətinə görə risklərə daha çox məruz qalırdı.

    Uoll-Strit bu tendensiyanı böyük ölçüdə proqnozlaşdırmışdı. JPMorgan Chase & Co.-nun baş analitikləri Mira Çandan və komandası Tramp qalib gəldiyi halda Avronun paritetə enəcəyini proqnozlaşdırmışdı. Barclays Capital-ın valyuta bazarı üzrə strateqi Skaylar Montqomeri Koninq isə Kanada dollarının pandemiya dövründən bəri ən aşağı səviyyələrə düşəcəyini bildirmişdi. Mira Çandan və onun komandası hazırda Avronun bu rüb paritetdən aşağı səviyyədə ticarət ediləcəyini gözləyir.

    “Düşünürəm ki, tariflər hələ də tam qiymətə daxil edilməyib,” – JPMorgan-ın qlobal valyuta strategiyası üzrə rəhbəri Mira Çandan son podkastında deyib.

    Trampın qələbəsindən sonra inkişaf etməkdə olan bazar valyutalarının əksəriyyəti zəifləyib. MSCI indeksi seçki günündən bəri 2.2% azalıb, cənubi Afrika randı və Avropa valyutaları isə lider mövqedə geriləyib.

    Meksika pesosu, treyderlərin əks tendensiyalara qarşı ticarət etmək üçün sevimli valyutası, seçkilərdən bəri dollara nisbətdə 3.4% zəifləyib. Lakin digər 31 əsas valyutaya nisbətən daha dayanıqlı olub. Pesonun nisbi sabitliyi treyderlərin ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltma müddətini uzatması ilə bağlı gözləntilərinə bağlıdır. Onların fikrincə, bu da Meksika siyasətçilərini daha ehtiyatlı addımlar atmağa sövq edəcək.

    Bu arada, Çin yuanı 5 noyabrdan bəri həm daxili, həm də xarici bazarlarda dollara nisbətdə 3%-dən çox dəyər itirib. Bu, tarif riskləri və ABŞ-Çin dövlət istiqrazları gəlirləri arasındakı fərqin artması ilə əlaqədardır. Çin Xalq Bankı valyutanı dəstəkləmək üçün müxtəlif alətlərdən istifadə edib və devalvasiya gözləntiləri dekabrın əvvəlində pik nöqtəsinə çatdıqdan sonra azalıb.

    Faiz dərəcələri

    Trampın qələbəsi və respublikaçıların çoxluğu inflyasiyanı stimullaşdıracağı və ABŞ-ın uzunmüddətli borcuna təzyiq göstərəcəyi gözlənilən siyasət vədləri fonunda gəlir əyrisinin dikləşəcəyini proqnozlaşdırmağa səbəb olmuşdu. Təxminən gözlənildiyi kimi də oldu: 10 illik və 2 illik xəzinə istiqrazlarının gəlirliliyi arasındakı fərq təxminən 34 baza bəndi artdı ki, bu da 2022-ci ilin əvvəllərindən bəri maksimum səviyyəyə yaxındır. Uzunmüddətli xəzinə istiqrazları Trampın andiçmə mərasimi ərəfəsində dəyər itirdi.

    “Biz artıq əyrilərin dikləşdiyini görməyə başlayırıq,” – Schroder Investment Management-in portfel meneceri Nil Sazerlend bildirib. “FED-in dərəcəni 100 baza bəndi aşağı salmasına baxmayaraq, uzunmüddətli gəlirlər artır, bu, çox şeyin artıq bazarda qiymətləndirildiyini göstərir.”

    ABŞ-ın dayanıqlı iqtisadi məlumatları və Trampın siyasəti ilə bağlı qeyri-müəyyənlik qısamüddətli dərəcələrə də təzyiq göstərib. Svop treyderləri hazırda bu il FED-in dərəcələri 0.25%-dən az iki dəfə azaldacağını gözləyirlər. Seçkilərdən əvvəl isə bu rəqəm təxminən altı azalma idi.

    Kriptovalyutalar

    Əvvəllər kriptovalyutalara skeptik yanaşan və bitkoini “fırıldaqçılığa bənzər” adlandıran Tramp mövqeyini tamamilə dəyişib. O, kriptovalyutaları siyasətin prioriteti etmək və sahənin nümayəndələrinə administrasiyada söz haqqı vermək planı üzərində çalışır. Bloomberg-in mənbələrinə görə, bu, tənzimləmələrin yumşaldılması və strateji bitkoin ehtiyatının yaradılmasını da əhatə edir.

    Seçkilərdən sonra kriptoaktivlər təbii olaraq artıb. Bitkoin dekabrın ortalarında rekorda çataraq 5 noyabr qiymətinə 50% əlavə edib. Bloomberg Galaxy kriptovalyuta indeksi seçkidən sonrakı gün 11% artıb və o vaxtdan bəri 29% daha yüksəlib.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

    05 May 2026

    Qlobal bazarlarda son qiymətlər

    29 Aprel 2026

    Maliyyə bazarında son qiymətlər: indekslərdən əmtəələrədək

    28 Aprel 2026

    S&P 500 şirkətləri 2025-ci ildə 400 min iş yerini ixtisar edib

    27 Aprel 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.