- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Microsoft şirkəti cümə günü dərc etdiyi bloq yazısında 2025-ci maliyyə ilində süni intellekt iş yüklərini idarə edə biləcək məlumat mərkəzlərinin tikintisinə 80 milyard dollar xərcləyəcəyini açıqlayıb. Microsoft-un vitse-sədri və prezidenti Bred Smitin sözlərinə görə, gözlənilən süni intellekt infrastrukturuna xərclərin yarıdan çoxu ABŞ-da həyata keçiriləcək. Microsoft-un 2025-ci maliyyə ili iyun ayında başa çatır. “Bu gün Amerika Birləşmiş Ştatları özəl kapital sərmayələri və müxtəlif ölçülü Amerika şirkətlərinin – dinamik startaplardan tutmuş köklü müəssisələrə qədər – innovasiyaları sayəsində qlobal süni intellekt yarışına rəhbərlik edir. Biz Microsoft olaraq bunu OpenAI ilə əməkdaşlığımız, Anthropic və xAI kimi inkişaf edən şirkətlər və öz süni intellektə əsaslanan…
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda dəyişikliklər edib. GDP xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək. İndiyə qədər valyuta hərraclarına qatılmaq üçün sözügedən tələbin pozulmaması şərt kimi qoyulmuşdu. AMB-nin Hüquq və təşkilati işlər departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
SOCAR 15 yanvar 2025-ci il tarixindən “Yaşıl istiqraz”ların buraxılışına başlayır. 200 milyon ABŞ dolları həcmində buraxılacaq istiqrazların nominal dəyəri 1000 dollar, illik gəlirliyi 6% olacaq. GDP xəbər verir ki, 5 illik müddətə buraxılan istiqrazların kupon ödənişləri rüblük həyata keçiriləcək. İstiqrazlardan toplanan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan enerji layihələrinə yönəldiləcək. İstiqrazların anderrayteri “Paşa Kapital” İnvestisiya Şirkətidir. “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazları 28 fevral 2025-ci ilədək 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən və investisiya şirkətlərindən əldə etmək mümkündür. Ətraflı məlumat üçün: 1999 (çağrı mərkəzi), socaristiqraz.az və socarcapital.az
Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. GDP xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.
Məlum qəzadan sonra baş verən və yaxud da baş verməli olan kommunikasiya addımlarını nəzərə alaraq daha ərtaflı fikir bölüşməyə ehtiyac olduğunu düşünürəm. Təbii ki, bunda AZAL-ın böhran kommunikasiyasına hazır olmamağının hiss edilməməsi ilə bağlı olan öncəki paylaşımımın da təsiri var. Ətraflı və bölmələr üzərində olacaq məqalənin kimlər üçün isə uzun olma ehtimalı ola bilər, əvvəlcədən nəzərə almağınızı xahiş edirəm. Beləliklə, bu məqalədə oxuyacaqsınız: 1. Mətbuat xidməti və PR-ın fərqi AZAL-ın timsalında;2. Böhran kommunikasiyası nədir və AZAL-ın etməli olduqları;3. Həmkarı düzgün müdafiə etmə yolları;4. İmic reputasiyası: AZAL əməkdaşları, AZAL, dövlət – Ölkə başçısının addımı. Çalışacağam ki, bu bəndlərin üzərindən mümkün olduğu…
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Türkiyə bankı ilə əməkdaşlıq edəcək. GDP xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) Türkiyə Sənaye İnkişaf Bankının (Türkiye Sınai Kalkınma Bankası) nümayəndələri ilə görüş keçirilib. Görüşdə AQC sədri Vüqar Oruc, AQC sədrinin birinci müavini Fərid Rüstəmov, AQC Bank Ekspert Şurasının sədr müavinləri Ruslan Quliyev və Samir Nəsibov, Türkiyə Sənaye İnkişaf Bankının daşınmaz əmlak qiymətləndirilməsi üzrə baş meneceri Makbule Yönel Maya, daşınmaz əmlak qiymətləndirilməsi üzrə baş menecerin köməkçisi Ozan Kolcuoğlu, daşınmaz əmlak qiymətləndirilməsi üzrə meneceri Doğuşcan İğde iştirak edib. Görüş çərçivəsində Türkiyə bankının nümayəndərləri AQC-nin fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndirib. AQC sədri Vüqar Oruc son illər ölkəmizdə qiymətləndirmə sahəsində…
2024-cü ilin yanvar-dekabr ayları ərzində Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlarda ümumi dövriyyə həcmi 108,433,191,943 AZN təşkil edib. Bu dövriyyəyə əsasən, bütün investisiya şirkətlərinin bazar payına görə renkinqi aşağıdakı kimi formalaşmışdır: Lider mövqeyi “ABB İnvest İnvestisiya Şirkəti” QSC tutmuşdur. Şirkətin ümumi dövriyyəsi 59,071,219,597 manat təşkil edərək ümumi bazar dövriyyəsinin 54.47%-ni əhatə etmişdir. Bu, şirkəti bazarın ən böyük iştirakçısı edir və ümumi bazar payı baxımından əhəmiyyətli üstünlük təmin edir. İkinci yerdə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşmışdır. Şirkətin dövriyyəsi 26,834,694,838 manat olmuş və ümumi bazarın 24.75%-ni təşkil etmişdir. Bu göstərici şirkətin bazardakı güclü mövqeyini qoruduğunu göstərir. Üçüncü yerdə Assist Finance İnvestisiya Şirkəti ASC yer almışdır. Şirkət 6,111,196,252 AZN dövriyyə ilə bazarın 5.64%-lik payına sahib olmuşdur. Dördüncü yeri “Unicapital İnvestisiya Şirkəti”…
2024-cü ildə Bakı Fond Birjasının (BFB) ümumi dövriyyəsi 71.16 milyard manat təşkil edib ki, bu da 2023-cü ilin yanvar-dekabr dövründə qeydə alınan 27.34 milyard manatlıq dövriyyə ilə müqayisədə 160%-lik artım deməkdir. GDP xəbər verir ki, bu əhəmiyyətli artımın əsas səbəblərindən biri REPO əməliyyatlarında müşahidə edilən yüksək göstəricilər olub. Dövlət qiymətli kağızları üzrə dövriyyə 2023-cü ildə 8.41 milyard manat olduğu halda, 2024-cü ildə bu göstərici 5.88 milyard manata düşüb. Bu, 30.1%-lik azalma deməkdir. Əqdlərin sayı isə 2,807-dən 2,306-ya enib ki, bu da 17.9%-lik azalmaya işarə edir. İlkin bazar üzrə dövriyyə 6.90 milyard manatdan 4.79 milyard manata düşərək 30.6% azalıb, təkrar bazar…
ABŞ Federal Ehtiyat Sistemi Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) 2024-cü ilin dekabr iclasında inflyasiya risklərinin artdığı ilə bağlı narahatlıqlarını ifadə edib. GDP xəbər verir ki, komitə üzvləri qeyd etdiblər ki, son aylarda inflyasiya göstəriciləri gözləniləndən daha yüksək olub və bu, potensial ticarət və miqrasiya siyasəti dəyişikliklərinin təsirləri ilə əlaqələndirilə bilər. FOMC iştirakçıları inflyasiyanın 2%-lik hədəfə doğru irəliləyəcəyini proqnozlaşdırsa da, bu prosesin əvvəlki gözləntilərdən daha uzun çəkə biləcəyini və hətta müvəqqəti dayana biləcəyini vurğuladılar. Komitə üzvləri pul siyasətini yumşaltma tempinin yavaşladılması üçün uyğun bir nöqtəyə yaxın olduqlarını da bəyan etdilər. Dekabr ayında Fed federal fond faiz dərəcəsini 25 baza bəndi azaldaraq…
