- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
Author: Aynure Gdp
ABŞ səhm bazarı yeni zirvələrə çatdı. S&P 500, Dow Jones və S&P MidCap 400 bu həftə gözləniləndən yaxşı nəticələr ilə rekord zirvələrə çatdı. JPMorgan Chase və Wells Fargo səhmləri, üçüncü rüb mənfəətində gözləniləndən kiçik azalmalar bildirdikdən sonra artdı. NVIDIA səhmləri yüksəldi, bu da Alphabet (Google-un ana şirkəti) və Tesla-nın “robotaksi” və “robotvan” təqdimatlarının zəif qarşılanmasına baxmayaraq, “tech” səhmərini “value” səhmlərindən üstün etdi. İnflyasiya gözləniləndən bir qədər yüksəkdi İqtisadi məlumatlar daha az müsbət idi, sentyabrda inflyasiya gözləniləndən çox artdı – qiymətlər keçən il ilə müqayisədə 3.3% artdı. Tibb və nəqliyyat xərcləri artdı, lakin enerji qiymətləri azaldı. İşsizlik iddiaları isə son 14 ayın…
30 sentyabr 2024-cü il tarixində “Rabitəbank” 19 milyon 183 min manat xalis mənfəət əldə edib ki, bu da illik müqaisədə 14.03% artımın göstəricisidir. Bankın aktivləri 12% artaraq 1 milyard 129 milyon manata çatıb. Göstəricilərdə artım və azalmalar aşağıdakı kimidir:
ABB (Azərbaycan Beynəlxalq Bankı) 2024-cü ilin ilk 9 ayını (yanvar-sentyabr) 235 milyon 85 min manat xalis mənfəətlə başa vurub.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Elmir Həbibullayev və “Kapital Bank” ASC-nin İH-nin üzvü Fərid Hidayətzadə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına üzv seçiliblər. Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin məlumatında bildirilir. Məlumata görə, bu, barədə qərar Assosiasiyanın Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağında – gizli səsvermə nəticəsində qəbul edilib. Yeni üzvlər Şurada ABB-nin İH-nin sədri Abbas İbrahimovu və “Kapital Bank”ın Müşahidə Şurasının sədri Rövşən Allahverdiyevi əvəz ediblər. Hazırda Himayəçilik Şurasına Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Gülər Paşayeva sədrlik edir. Onun Şuradakı müavini isə AMB-nin daha bir baş direktoru Şahin Mahmudzadədir. Şuranın digər üzvləri Elnur…
Azərbaycanın iki böyük bankı öz sistemləri vasitəsi ilə dövlət xidmətlərini təmin edə biləcək. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müavini Rəşad Xalıqov “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib. “Açıq hökumət” təşəbbüsləri çərçivəsində həyata keçiriləcək bu layihə pilot mərhələdədir. Onun icrası üçün iki böyük bankla danışıqlar aparılır. Bu, konseptual şəkildədir”, – deyə o qeyd edib. Mənbə:Report
İdarə etdiyi aktivlərin həcminə görə dünyanın ən böyük Amerika investisiya şirkəti BlackRock Inc üçüncü rübdə xalis mənfəətini 2%, gəlirini isə 15% artırıb.GDP xəbər verir ki, BlackRock-un idarə olunan aktivləri 26% artaraq rekord 11,48 trilyon dollara çatıb.Son rübdə BlackRock fondlarına xalis vəsait axını 221 milyon dollar təşkil edib ki, bu da rekord göstəricidir. Ekspertlər bu rəqəmi orta hesabla 160 milyard dollar proqnozlaşdırıblar.2024-cü ilin iyul-sentyabr aylarında şirkətin xalis gəliri əvvəlki ilin eyni dövründəki 1,6 milyard dollar və ya hər bir səhm üçün 10,66 dollar ilə müqayisədə 1,63 milyard dollar və ya hər səhm üçün 10,9 dollar təşkil edib. Bu rəqəm üçün analitik…
Kanadanın TD Bankı narkotik kartelinin pullarının yuyulmasına görə rekord məbləğdə- GDP xəbər verir ki, bu bank ABŞ-da onuncu, Kanadada isə ikinci ən böyük bankdır. 2018-ci ilin yanvarı ilə 2024-cü ilin aprel ayları arasında bankın əməliyyatlarının 90%-dən çoxu nəzarətsiz qalıb və bu, böyük məbləğdə pulların yuyulmasına imkan verib. Wall Street Journal-ın məlumatına görə, TD Banka qarşı təhqiqat ABŞ hakimiyyətinin Çin cinayətkar qrupunun üzvlərinin bank filialları vasitəsilə fentanil satışından əldə edilən milyonlarla dolları yuduğu və bank işçilərinə rüşvət verdiyi şübhəli əməliyyatları aşkar etdikdən sonra başlayıb.
“Yelo Bank” ASC 2024-cü ilin ilk 9 ayını (yanvar-sentyabr) 35 milyon 63 min manat xalis mənfəət ilə başa vurub ki, bu da bankın mənfəətinin illik müqaisədə 2,5 dəfə və ya 21 milyon 267 min manat arttığının göstərisidir. GDP xəbər verir ki, hesabat dövründə “Yelo Bank” -ın kredi portfeli 133 milyon 589 min manat və ya 17,5% artaraq 897 milyon 898 min manat təşkil edib. “Yelo Bank”ın depozit portreli (cəmi depozitlər) 2023-cü ilin dekarın sonu ilə müqaisədə 450 milyon 497 min manat azalaraq 841 milyon 527 min manata enib. Bankda hüquqi şəxslərin depozitləri 516 milyon 566 min manat azalaraq 204 milyon 29…
