Author: Aynure Gdp

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub. GDP xəbər verir ki, bu vəzifə Vəli Məmmədova həvalə edilib. Bundan öncə o, “PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib. 2011-2016-cı illərdə isə Azercell şirkətində çalışıb. Vəli Məmmədov kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ sosial məsuliyyət, dayanıqlı inkişaf, multimedia məhsullarının hazırlanması, tədbir təşkilatçılığı sahəsində geniş təcrübəyə malikdir. Bir çox irimiqyaslı layihələrdə iştirak etmişdir.

Read More

2024-cü il 28 iyun tarixində Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanuna əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə, habelə işçilərin müvəqqəti yaşaması üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə bilər. GDP xəbər verir ki,İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 16-da Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə brifinqdə məlumat verilib. Məlimata görə bu tikililər yalnız sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər. Lakin yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir. Kənd…

Read More

İran rialı ABŞ dollarına nisbətdə 2% ucuzlaşaraq yeni tarixi minimuma çatıb. GDP xəbər verir ki, 1 dollar üçün 756 min rial. İran valyutası noyabr ayında, İrana “maksimum təzyiq” göstərəcəyini vəd edən Donald Trampın ABŞ seçkilərində qələbəsindən sonra aktiv şəkildə ucuzlaşmağa başlayıb.

Read More

Dünyanın ən böyük yarımkeçirici məhsul istehsalçılarından biri olan Broadcom Inc.-in kapitalizasiyası ilk dəfə olaraq 1 trilyon dollar həddini keçib. GDP xəbər verir ki,cümə günü keçirilən ticarət sessiyasında şirkətin səhmləri 21%-dən çox bahalaşma nümayiş etdirib. Ötən ticarət sessiyasının nəticələrinə əsasən, Broadcom-un bazar dəyəri 843.79 milyard dollar təşkil edib. Bu o deməkdir ki, şirkət ticarəti 1 trilyon dollardan yüksək bazar dəyəri ilə başa vurmaq üçün səhmlərinin qiymətini ən azı 19% artırmalıdır. Cümə axşamı ABŞ bazarlarının bağlanmasından sonra yayımlanan Broadcom-un dördüncü maliyyə rübü üzrə hesabatı şirkətin həm xalis mənfəətinin, həm də gəlirinin əhəmiyyətli dərəcədə artdığını göstərib. Bu, səhmlərin qiymətinin kəskin yüksəlməsinə səbəb olub.…

Read More

Avropa Mərkəzi Bankı (AMB) Avrozonada iqtisadi artım proqnozlarını yenidən aşağı salıb. GDP xəbər verir ki, 2024-cü il üçün ÜDM artımı 0.7%, 2025-ci ildə 1.1%, 2026-cı ildə 1.4% və 2027-ci ildə isə 1.3% səviyyəsində gözlənilir. Bu, son üç ay ərzində 2024-cü il və sonrakı illər üçün proqnozların ikinci dəfə azaldılmasıdır. AMB-nin bu qərarı, Avrozonanın iqtisadi vəziyyətinin davamlı zəiflədiyini göstərir. İqtisadi artımın azalmasının əsas səbəbləri olaraq rəqabət qabiliyyətsiz iqtisadiyyat, yüksək resurs xərcləri və təşəbbüsləri boğan hədsiz bürokratiya ön plana çıxır. Bu problemlər Avrozonada iqtisadi dinamikanın bərpa olunmasını çətinləşdirir və qlobal iqtisadi arenada regionun təsirini zəiflədir. Bununla yanaşı, Avropanın qlobal iqtisadi oyunçu rolundan…

Read More

ABŞ Rusiya neftinə qarşı əlavə sanksiyalar tətbiq edə bilər. GDP xəbər verir ki, bu barədə cümə günü ABŞ-ın Maliyyə naziri və Federal Ehtiyat Sisteminin keçmiş rəhbəri Canet Yellen məlumat verib. ABŞ Rusiya neftinin daşınmasında istifadə olunan, “kölgə donanması” adlanan tanker qruplarına qarşı əlavə sanksiyalar tətbiq etməyi nəzərdən keçirir və Çin banklarına qarşı sanksiyaları da istisna etmir.

Read More

Nasdaq Yeni Zirvəyə ÇatdıƏsas indekslər həftəni aşağı tamamladı, lakin Nasdaq Composite 20,000 səviyyəsini keçərək yüksəldi. Russell 2000 ikinci həftədir ki, S&P 500-dən geridə qalır. Tesla (+12.08%) və Alphabet (+8.44%) kimi şirkətlərin səhmlərinin güclü artması texnoloji indekslərin rekord həddinə çatmasına səbəb oldu. Tesla səhmləri analitiklərin müsbət proqnozları və robotaksi tətbiqi ilə bağlı nikbinlikdən yüksəldi. Alphabet isə yeni “Willow” kvant hesablama çipini təqdim etdikdən sonra dəyər qazandı. Bu çipin genişmiqyaslı simulyasiyalar və şifrələrin qırılması üçün faydalı olacağı gözlənilir, lakin bu, illər və ya onilliklər çəkə bilər. İnflyasiya noyabr ayında 0.3% artdığını göstərdi, gözləntilərə uyğun oldu. İllik əsasda əsas qiymətlər 3.3% yüksələrək oktyabr…

Read More

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal, AİB-in baş iqtisadçısı Xaqəni Kərimov, Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov, BFB-nin İdarə Heyətinin üzvü Oqtay Qasımov, həmçinin Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) icraçı direktoru Murad Yəhyayev iştirakı ilə görüş keçirilib. GDP xəbər verir ki, görüş zamanı kapital bazarının inkişafı, investorların bazara cəlb edilməsi yolları və emitentlərin bazara çıxış imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb. Tərəflər, həmçinin gələcəkdə mümkün əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.Görüşdə kapital bazarının dayanıqlı inkişafını təmin etmək məqsədilə bir sıra prioritet mövzulara xüsusi diqqət yetirilib. Bunlar arasında kapital bazarı üzrə mütəxəssislərin biliklərinin artırılması, maliyyə savadlılığının…

Read More

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki,“Bakı Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaqdır.

Read More