Author: Aynure Gdp

Azərbaycanın dövlət enerji şirkəti SOCAR Türkiyənin Bursagaz və Kayserigaz təbii qaz paylama şirkətlərindəki səhmlərinin satışı üçün potensial alıcılarla müzakirələr aparır. GDP xəbər verir ki, Reuters-in bu barədə olan məlumatına görə, şirkət rəsmi danışıqların ilkin mərhələdə olduğunu təsdiqləyib, lakin mümkün satışın vaxtı barədə ətraflı məlumat verməyib. Məlumata görə, SOCAR eyni zamanda başqa aktivlərinin də satışı ilə bağlı müzakirələr aparır. Hazırda satış prosesinin təfərrüatları açıqlanmayıb.

Read More

Bakı Fond Birjasının 2024-cü ilin III rübündə “Azərbaycan Kapital Bazarına dair Bülleten”inə görə, hesabat dövründə birjada həyata keçirilən əməliyyatların ümumi həcmi 3 milyard 283 milyon 078 798 min manat təşkil edib. GDP xəbər verir ki, hesabat dövründə birjada 1 698 əməliyyat həyata keçirilib. Bakı Fond Birjasında orta gündəlik ticarətin həcmi 18 milyon 444 min 263 manat olub. Birjada dövlət istiqrazları ilə ticarət həcmi 3 milyard 283 milyon 078 708 min manat təşkil edib. Ticarət əməliyyatlarının sayı isə 1 698, orta gündəlik ticarət həcmi: 18 milyon 444 min 263 manat, orta gündəlik əməliyyat sayı isə 9,54 olub.

Read More

ABŞABŞ-da səhmlər ardıcıl ikinci həftə artaraq Dow, S&P 500 və S&P 400 MidCap indekslərini tarixi zirvələrə çatdırdı. Russell 2000 üç ildən çox əvvəlki rekordunu yeniləyərək yeni zirvəyə yüksəldi.  Donald Trampın Scott Bessent-i Xəzinədarlıq naziri vəzifəsinə namizəd göstərməsi müsbət qarşılandı, çünki investorlar iqtisadi sabitlik və inflyasiya nəzarətinə diqqət gözləyirdilər. Lakin Tramp daha sonra Meksika, Kanada və Çindən idxallara yüksək tarif tətbiq edəcəyini elan etdi. Bu xəbər avtomobil istehsalçılarına mənfi təsir göstərdi, General Motors 9%-ə yaxın dəyər itirdi. İsrail və Hizbullah arasında atəşkəsin elan edilməsi bazar əhvalını yaxşılaşdırdı, lakin neft qiymətlərini aşağı salaraq enerji səhmlərinə təsir etdi. Oktyabr ayında şəxsi gəlirlər 0.6% artaraq…

Read More

Brent neftinin qiymətlərinin 10% azalması kapital bazarının fəaliyyətinə, investorların əhval-ruhiyyəsinə və likvidliyinə təsir göstərə bilər. Bu, həmçinin Azərbaycan iqtisadiyyatında diversifikasiyanın vacibliyini daha da vurğulayır. GDP xəbər verir ki, bu “Bakı Fond Birjasının 2024-cü ilin III rübü Azərbaycan Kapital Bazarına dair Bülleten”ində qeyd edilir. Neftdən asılılığın azaldılması: Azərbaycanın iqtisadi sabitliyi üçün kritik addım 2022-ci ildə Azərbaycanın ÜDM-i 44% artıb, lakin 2023-cü ildə 9% azalaraq iqtisadiyyatın neft qiymətlərindən irihəcmli asılılığını göstərib. 2023-cü ildə Brent neftinin qiymətlərinin 10% azalması bu azalmaya əsas səbəblərdən biri kimi vurğulanır.Bu, ölkənin iqtisadiyyatının neft bazarındakı dalğalanmalara qarşı həssaslığını bir daha sübut edir. Sənaye Bölməsi və İqtisadi Diversifikasiya Azərbaycan…

Read More

Mərkəzi Bankın 2024-2026-cı illər üçün strategiyası maliyyə inklüzivliyini artırmaq, maliyyə alətlərini diversifikasiya etmək və kapital bazarlarının qeyri-neft ÜDM-ə töhfəsini 10%-dən 14%-ə çatdırmaq məqsədi daşıyır. GDP xəbər verir ki, bu “Bakı Fond Birjasının 2024-cü ilin III rübü Azərbaycan Kapital Bazarına dair Bülleten”ində qeyd edilib. Bülleten bildirilir ki, Azərbaycanda maliyyə sektorunda sağlam artım və sabitlik müşahidə olunur. Sentyabr 2024-cü il vəziyyətinə görə, ölkənin maliyyə sektoru əlverişli iqtisadi şərait və tənzimləyici islahatlar sayəsində davamlı inkişaf edir. «Bank sektorunda xalis mənfəət 6,6% artaraq təxminən 454 milyon dollara çatıb, əməliyyat gəlirləri isə 19,2% artaraq 2,199 milyard dollara yüksəlib. Bankların cəmi aktivləri 9,3% artaraq 29,123 milyard…

Read More

Amerikadakı fond indeksləri Şükran Günündən sonra qısaldılmış ticarət sessiyasının əvvəlində yüngülcə artır. İnvestorlar Federal Ehtiyat Sisteminin (FES) pul-kredit siyasətinin perspektivlərini qiymətləndirirlər. Analitiklərə görə, amerikan mərkəzi bankı 66% ehtimalla dekabr iclasında faiz dərəcəsini 25 bazis punktu endirəcək. GDP xəbər verir ki, CME FedWatch-un məlumatlarına əsasən, qalan ehtimal faiz dərəcəsinin dəyişməz qalması üzərindədir. Ticarətin əvvəlində ayrı-ayrı şirkətlərin səhmləri belə dəyişib: Əsas indekslər:

Read More

Fransada siyasi və iqtisadi gərginlik kəskinləşir. Son 14 ildə ölkənin səhmləri Avropada ən zəif performans göstərənlərdən biri olub, CAC40 indeksi son 24 ildə yalnız 9% artaraq ciddi durğunluq nümayiş etdirir. GDP xəbər verir ki, investorlar ölkənin maliyyə vəziyyəti ilə bağlı ciddi narahatçılıq keçirir. Fransız dövlət istiqrazlarının gəlirliyi ilk dəfə olaraq yunan istiqrazlarının səviyyəsinə çatıb, bu isə hökumətin 2025-ci il üçün büdcə siyasəti ilə bağlı ciddi şübhələr yaradır. Siyasi böhran daha da dərinləşir. Parlament prezident əksəriyyətindən məhrum olub və sol fraksiyalar sosial xərclərin artırılmasında israr edir. Müxalifət dekabr ayında hökumətə etimadsızlıq göstərmək üçün hazırlıq aparır. Makronun hökuməti büdcə kəsirini azaltmaq üçün…

Read More

Mərkəzi Bank tərəfindən 2024-cü ilin 3-cü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. GDP xəbər verir ki,sorğunun 2024-cü il III rübü üzrə nəticələrinə əsasən, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam etmişdir. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. İpoteka Kreditlərinin Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kredit standartlarında isə heç bir dəyişiklik qeydə alınmamışdır. Bankların proqnozlarına görə, növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik gözlənilmir.

Read More